Icma.az
close
up
RU
İslamabadın İrəvanla dialoqu 8 avqust bəyannaməsinin gerçəkləşməsinə yönəlib

İslamabadın İrəvanla dialoqu 8 avqust bəyannaməsinin gerçəkləşməsinə yönəlib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pakistan Qafqazda sülh prosesini fəal dəstəkləyir 

Bu günlər, demək olar ki, ermənilərin bütün yazılı və elektron mediası Pakistanın xarici işlər naziri İshaq Darın “X” sosial şəbəkəsində ölkəsi ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulduğunu elan etdiyi səhifəsinə böyük sevinclə müraciət edir və səxavətlə tirajlayırlar. 

Yeni reallığın diktə etdiyi jest 

Pakistanın baş diplomatının sözlərinə görə, erməni həmkarı Ararat Mirzoyanla birgə Tiencin şəhərində keçirilən ŞƏT-in XXV Zirvə toplantısı çərçivəsində imzaladıqları Birgə Bəyannamə ilə BMT Nizamnaməsinin prinsip və məqsədlərinə sadiqliklərini təsdiqləyib, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirmək üçün birgə fəaliyyət barədə razılığa gəliblər. Bu, o deməkdir ki, Pakistan və Ermənistan diplomatik münasibətlərin qurulmasına dair protokol imzalayıblar. Nəticədə, Pakistanın SSRİ-nin dağılmasından sonra 34 il ərzində Ermənistan Respublikasını dövlət kimi tanımaqdan imtina edən dünyada yeganə ölkə kimi qaldığı vəziyyət artıq keçmişə gömüldü.

Bəli, İslamabadın indiki geosiyasi durumda İrəvanla münasibətlərinə yenidən baxması Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın doğurduğu əks-səda sayıla bilər. Yəni, bu, qardaş Pakistanın məhz yeni reallığı nəzərə almaqla etdiyi diplomatik jest kimi qəbul olunmalıdır. Biz yaxşı bilirik ki, Pakistan onilliklər ərzində Azərbaycanın sadiq və sarsılmaz müttəfiqi olaraq qalıb və onun Ermənistanı dövlət kimi tanımaması Qarabağı işğal etməsi faktı ilə bağlı birmənalı qərarı olub. Məhz bu kontekst siyasi analitiklərin diqqətini daha çox cəlb edib. Çünki rəsmi ­İslamabadın müstəqillik qazandıqdan sonra Ermənistanı tanımamasının səbəbləri məlumdur. Azərbaycanla səmimi qardaşlıq və etibarlı tərəfdaşlıq münasibətlərinə malik Pakistan ərazi bütövlüyünün bərpası məsələsində Bakının mövqeyini bütün müstəvilərdə və həmişə dəstəkləyib.

İslamabad bu qərarı Vaşinqton sammitindən sonra verdi

Xatırladaq ki, Pakistan dünyada (Türkiyədən sonra) Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. 2002-ci ildə Bakı və İslamabad müdafiə və hərbi əməkdaşlıq haqqında saziş imzalayıb. Pakistan həm də Xocalı soyqırımını pisləyən qətnamə qəbul edən ilk ölkə olub. Qardaş ölkənin Senatı 2012-ci ildə faciəni soyqırımı kimi tanıyıb. Növbəti il Azərbaycan Pakistanın təşkil etdiyi AMAN-2013 dəniz təlimlərində iştirak edib. Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirləri tərəfindən 2021-ci ildə imzalanan ­İslamabad Bəyannaməsi siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsinə yönəlib. Bəyannamə müdafiə sektorunda üçtərəfli əməkdaşlığa, o cümlədən qabaqcıl təcrübə və texnologiyaların mübadiləsinə sadiqliyini bir daha təsdiqləyib.

Beləliklə, yalnız Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bakının səsləndirdiyi bütün prinsipləri özündə birləşdirən “dünyanın 1 nömrəli ofisində” sülh sazişini parafladıqdan sonra Pakistan Ermənistanla diplomatik münasibətlər qurmaq imkanlarını nəzərdən keçirməyə başladı. Bu proses həm də Vaşinqton razılaşmalarının beynəlxalq önəmini nümayiş etdirdi ki, bu da digər məsələlərlə yanaşı, Azərbaycanın regionda qeyd-şərtsiz liderliyi sayəsində baş tutdu. Şübhə yoxdur ki, İslamabad bu addımı Bakı ilə məsləhətləşmələrdən sonra atıb. Bu kontekstdə Prezident İlham Əliyevin ilin əvvəlində Azərbaycan və Pakistanın beynəlxalq münasibətlərin bütün məsələlərində, xüsusilə də suverenlik və ərazi bütövlüyünün təmin edilməsi aspektində bir-birini dəstəkləməkdə davam edəcəkləri barədə dediyi sözləri xatırlayırıq. İslamabadın bu xoşməramlı jesti İrəvanın boynuna müəyyən öhdəlik də qoyur. Əgər Ermənistan hakimiyyəti həqiqətən regional və qlobal siyasətin subyektinə çevrilmək niyyətindədirsə, 8 avqust Vaşinqton Birgə Bəyannamələrini pozmamalıdır.

Rəsmi İslamabadın bu mövqeyinin tarixi korreksiyası Ağ Evdə keçirilən sammitdən sonra ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyulması və yekun sülh sazişinin imzalanması perspektivinin açılması ilə bağlı razılıq əldə olunduqdan sonra baş verdi. Məhz münaqişənin başa çatması ilə Pakistanın Ermənistanı tanımaq və onunla diplomatik əlaqələr qurmaq üçün siyasi imkanının olduğu elan edildi. Bəli, Azərbaycan və Pakistan arasında dərinləşən strateji tərəfdaşlıq İslamabadın müttəfiqinin maraqlarına zidd hərəkət edə biləcəyi ehtimalını istisna edir.

Dehlinin cəhdlərini puça çıxaran qərar

Aydın məsələdir ki, bu gün Azərbaycanın bölgədə münasibətlərin normallaşması yönündə atılan addımlara etiraz etmir. Çünki ölkəmiz öz ərazi bütövlüyünü bərpa, Qarabağ üzərində tam suverenliyini təmin edib. Üstəlik, özünün irəli sürdüyü sülh gündəliyi ilə prosesin yekun mərhələsinin həmmüəllifinə çevrilib. Dost və qardaş Pakistanın məhz Vaşinqton sammitinin əlverişli fonundan istifadə edərək Ermənistanla diplomatik münasibətlərin bərpasına qərar verməsi qətiyyən təəccüblü görünməməlidir.

Yəni, hazırda şahidi olduğumuz mövcud vəziyyət İkinci Qarabağ müharibəsindən sonra baş verən dəyişikliklərin birbaşa nəticəsi sayılmalıdır. İndi biz həmin dövrün fəsadlarının aradan qaldırılmasını müşahidə etməkdəyik. Amma yenə də bölgədə məkrli məqsədlərini reallaşdırmağa çalışan kənar aktorlar var. Cənubi Qafqazda Hindistan timsalında yeni amilin meydana çıxması ənənəvi Azərbaycan–-Türkiyə–Pakistan oxu üçün çağırışa çevrilib. Bu koalisiyanın güclənməsindən ehtiyatlanan rəsmi Dehli Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi nəticəsində yaranan boşluqdan istifadə edərək İrəvanın əsas silah təchizatçısı rolunda çıxış etməyə girişib. Bu səbəbdən Cənubi Qafqazın təkcə regional deyil, həm də qlobal rəqabət meydanına çevrildiyini deyə bilərik. Bu mübarizədə Hindistanın Azərbaycan–Türkiyə–Pakistan birliyinə qarşı çıxması heç kəsə sirr deyil. Amma bu zaman Çinin eyni vaxtda həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi, həm Bakı, həm də İrəvanla tərəfdaşlıq əlaqələri qurması başadüşüləndir. 

Belə bir şəraitdə Pakistan Vaşinqton sammitinin əlverişli fonundan istifadə edərək Ermənistanla diplomatik müstəviyə keçməyə qərar verdi. Bu addım təkcə simvolik deyil, həm də hər şeydən əvvəl praqmatikdir. Çünki bu qərar İslamabadın regional proseslərdə daha fəal iştirakına imkanlar açır, eyni zamanda, onun yeni təhlükəsizlik arxitekturasında iştirakını gücləndirir. 

Beləliklə, Ağ Evdə keçirilən sülh sammiti Azərbaycanın ənənəvi müttəfiqlərinin siyasətində yeni səhifənin açılmasına imkan verən əsas məqam oldu. Neçə onilliklər Rusiyanın “arxa bağçası” hesab edilən region gözümüzün qabağında sürətlə dəyişir: yeni ittifaq xətləri yaradılır, qlobal oyunçular güclənir və köhnə formatlar keçmişin arxivinə göndərilir. Onu da yada salaq ki, Bakının sadiq müttəfiqi olan Türkiyə Ermənistanın müstəqilliyini hələ 1991-ci ildə tanıyıb, amma İrəvanın Azərbaycana təcavüzü səbəbindən sərhədlərini bu ölkənin üzünə bağlayıb və heç vaxt diplomatik əlaqələr qurmayıb. Pakistan isə daha da irəli gedərək, prinsip etibarilə erməni dövlətinin mövcudluğunu tanımaqdan imtina etmişdi.

Əslində, İslamabadın bu siyasi jesti Hindistanın Ermənistandan Azərbaycana, Türkiyə və Pakistana qarşı Cənubi Qafqazda vasitə kimi istifadə etmək cəhdinin puça çıxdığı anlamına gəlir. Çünki Azərbaycan və Ermənistan arasında Vaşinqton görüşündə əldə edilən razılaşmalar bəziləri kimi, rəsmi Dehlini də xarici siyasi kursuna, o cümlədən Cənubi Qafqazla bağlı məsələlərə yenidən baxmağa vadar edəcək.

Pakistan Ermənistana faydalı əməkdaşlığın və qarşılıqlı münasibətlərin işğalçılıq, yersiz və əsassız iddialardan daha faydalı olduğunu ötən 34 ildə göstərib. İndi əminliklə deyə bilərik ki, Qarabağın işğaldan azad edilməsi Ermənistanın Pakistana da yolunu açmış oldu...

İmran BƏDİRXANLI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri