Icma.az
close
up
RU
Bakı Arbitraj Mərkəzində beynəlxalq konfrans

Bakı Arbitraj Mərkəzində beynəlxalq konfrans

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bakıda Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.

Tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də Azərbaycanda arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr üçün dinamik platforma yaratmaqdır.

Konfransda 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq dövlət rəsmisi, hüquqşünas, xarici qonaq iştirak edib.

Tədbirdə Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva çıxış edərək bildirib ki, mərkəz yüksək beynəlxalq standartlara uyğun olaraq yaradılıb. Digər arbitraj mərkəzləri kimi Bakı Arbitraj Mərkəzinin də müvafiq qərarları olacaq: "Arbitraj qaydaları hazırdır. Bu qaydalar rus, fransız və türk dillərində də tərtib olunacaq”.

Ali Məhkəmənin sədri İnam Kərimov çıxışında qeyd edib ki, məhkəmələr və arbitraj bir-birinə rəqib deyil. Azərbaycan arbitrajı əsas beynəlxalq müqavilələrin, o cümlədən 1958-ci il Nyu-York Konvensiyasının iştirakçısıdır: “Arbitrajın yaxşı işləməsi üçün bizə güclü institutlar, qanunları ardıcıl və dürüst şəkildə tətbiq edən məlumatlı hakimlər lazımdır. Bu, arbitraja olan etimadı artıracaq və Azərbaycanda qanunun aliliyini daha da möhkəmləndirəcək”.

Ədliyyə naziri Fərid Əhmədov vurğulayıb ki, Azərbaycanda beynəlxalq arbitraj proseslərinə dərindən bələd olan, bu sahədə ixtisaslaşmış yeni nəsil gənc hüquqşünaslar formalaşıb: “Bakı Arbitraj Mərkəzinin yaradılması Azərbaycanın hüquq sisteminin beynəlxalq arenaya inteqrasiyası və ədalətli mübahisə həlli mexanizmlərinin qurulması istiqamətində mühüm addımdır”.

Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişelin sözlərinə görə, arbitraj dövlətlərə, şirkətlərə və beynəlxalq investorlara sakit, etibarlı və ədalətli mühitdə fikir ayrılıqlarını həll etmək imkanı verir: “Vasitəçilikdən və barışdırmadan fərqli olaraq, arbitraj məhkəmə qüvvəsinə malik bağlayıcı qərar çıxarır. Bu, hüquqi aydınlıq və sabitlik yaradır. Daimi məhkəmələrdən fərqli olaraq, arbitraj prosesi çevikdir. Tərəflər öz arbitrlərini seçə, qaydalarını müəyyənləşdirə və nəticənin obyektivliyinə inanaraq bu prosesi şəffaf şəkildə idarə edə bilirlər. Bu baxımdan, arbitraj yalnız hüquqi mexanizm deyil, həm də etimadın, sülhün və hüququn üstünlüyünün simvoludur”.

Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitutun keçmiş prezidenti Maria Chiara Malaguti deyib ki, regionda iqtisadi inteqrasiyanın, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün etibarlı hüquqi mühitin yaradılması vacibdir. Bu baxımdan, Bakıda Beynəlxalq Arbitraj Mərkəzinin təsis edilməsi çox mühüm və vaxtında atılmış addımdır“.

Çıxışlardan sonra tədbir panel müzakirələrlə davam edib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri