Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq tədbir keçirilir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 oktyabr, AZƏRTAC
Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmisi bir araya gəlib.
Mərasimdə ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, Avropa İttifaqı Şurasının keçmiş prezidenti və Belçikanın sabiq Baş naziri Şarl Mişel və digər xarici qonaqlar çıxış edirlər.
Tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də Azərbaycanda arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr üçün dinamik platforma yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 24 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















