Icma.az
close
up
RU
Bakı Astana arasında humanitar əməkdaşlıq prioritet sahələrdəndir Deputat

Bakı Astana arasında humanitar əməkdaşlıq prioritet sahələrdəndir Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regional sabitlik və Cənubi Qafqazda sülhün inkişafı, həmçinin iqtisadi-ticari və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, bu səfər, həmçinin qarşılıqlı anlaşma və etimadın daha da dərinləşdirilməsinə, regional geosiyasi dinamikanın gücləndirilməsinə yönəlmiş mühüm addım hesab olunur.

"Azərbaycan və Qazaxıstan xalqlarını əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi bağlar birləşdirir. Bu ortaq dəyərlər qarşılıqlı etimadın, əməkdaşlığın və regional əməkdaşlıq platformalarının inkişafında mühüm rol oynayır. Görüşlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticari əlaqələrin artırılması məsələlərinə diqqət yetirilib. Azərbaycan ərazisində və regionda həyata keçirilən nəqliyyat-logistika layihələri, xüsusən Orta Dəhliz və Zəngəzur Dəhlizi Asiya ilə Avropa arasında ticarət əlaqələrini gücləndirməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Azərbaycan və Qazaxıstan arasında humanitar əməkdaşlıq da prioritet sahələrdən biridir. Füzuli şəhərində açılışı baş tutan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin dəstəyi ilə yaradılıb. 

Beynəlxalq platformalarda da tərəflərin yaxın əməkdaşlığı diqqət çəkir. Azərbaycan və Qazaxıstan hər zaman BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, mövcud layihələri və təşəbbüsləri birgə həyata keçirir. Gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitinə ev sahibliyi edəcək. Həmin tədbirlər iki ölkə arasındakı strateji tərəfdaşlığın, ortaq dəyərlərin və regional liderliyin növbəti bariz nümunəsi olacaq. Tərəflər, həmçinin Avrasiya regionu ilə əlaqələrin inkişafı, Cənubi Qafqazın tranzit potensialının genişləndirilməsi və iqtisadi inteqrasiyanın təşviqi məsələlərinə toxunublar. Avqustda Vaşinqtonda imzalanan TRIPP layihəsi çərçivəsində açılan yeni marşrutlar, həm yüklərin dövriyyəsini artırmaqla, həm də ticarət potensialını genişləndirərək, regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyasına xidmət edir.

Nəticə olaraq, Astanada keçirilən görüşlər Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələnin başlanğıcını ehtiva edir. Regional sabitliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar və mədəni əlaqələrin inkişafı və Cənubi Qafqazda sülhün inkişafı istiqamətində əldə olunan razılaşmalar iki qardaş ölkə arasında strateji tərəfdaşlığın davamlı olacağından xəbər verir. Bu əməkdaşlıq həm iki ölkə, həm də regional sabitlik və inkişafın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri