Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq diqqətəlayiqdir Deputat

Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq diqqətəlayiqdir Deputat

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Çoxşaxəli xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən Çin Xalq Respublikası ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi dəyərləndirir. Milli maraqlara qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanan Azərbaycan-Çin əlaqələri zaman keçdikcə daha da möhkəmlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Prezident İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi məxsusi müsahibə bu münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir. 

"Aprelin 22-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı, həmçinin yeni geosiyasi reallıqlar fonunda formalaşmaqda olan beynəlxalq nizamda strateji mövqelərin möhkəmləndirilməsi baxımdan böyük əhəmiyyət daşıyır. Bu səfər çoxşaxəli mahiyyət daşıyır və Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin əsasını qoyacaqdır. Səfər çərçivəsində keçirilən görüşlərin əsas məğzini qarşılıqlı siyasi etimadın daha da gücləndirilməsi, iqtisadi və ticari əlaqələrin yeni mərhələyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi, eləcə də qlobal təşəbbüslər çərçivəsində birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması təşkil edir. Dövlətlərarası münasibətlərdə nəqliyyat-logistika əməkdaşlığı xüsusi yer tutur.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan beynəlxalq nəqliyyat layihələri Çin tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsü ilə uyğunluq təşkil edir. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla regionun nəqliyyat mərkəzinə çevrilməkdə qərarlı addımlar atmışdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də müasir avtomobil magistralları və dəmir yolu infrastrukturunun gücləndirilməsi Azərbaycanın tranzit potensialını artırmış, Çin-Avropa ticarət marşrutlarında mühüm həlqəyə çevrilməsini təmin etmişdir. Bu dəhlizlər vasitəsilə yüklərin səmərəli və sürətli daşınması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan Avrasiyanın geoiqtisadi xəritəsində mühüm tranzit ölkə kimi çıxış edir.

Səfər çərçivəsində tərəflər, həmçinin “Kəmər və yol” təşəbbüsü kontekstində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini də müzakirə etmişdir.  

Azərbaycanın Çinlə əməkdaşlıqda maraqlı olması həm də bu əlaqələrin ölkələrin dayanıqlı inkişafına töhfə verəcəyinə inamdan qaynaqlanır. Çin dünyanın ən böyük iqtisadi güclərindən biri kimi müxtəlif sahələrdə – texnologiya, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlara malikdir. Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq da diqqətəlayiqdir. Təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində həyata keçirilən layihələr əlaqələrin möhkəmlənməsini təşviq edir. Çin universitetlərində azərbaycanlı tələbələrin sayı artır, eyni zamanda, ölkəmizdə Çin dili və mədəniyyətinə maraq genişlənir.

 Nəticə etibarilə, bu səfər gələcək onilliklər üçün Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. İki dövlət arasında bir-birinə hörmət və strateji əməkdaşlıq əsasında qurulan münasibətlər beynəlxalq sistemdə sülh, təhlükəsizlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq nümunəsi kimi dəyərləndirilir. Bu çərçivədə siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticarət və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşməsi regional sabitlik və inkişaf üçün mühüm imkanlar yaradır. Bu, yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından deyil, həm də Asiya ilə Avropa arasında geostrateji körpünün güclənməsi baxımdan xüsusi əhəmiyyət daşıyır". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see205

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see136

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri