Icma.az
close
up
RU
Bakı bazarlarında meyvələr “əl yandıran” qiymətə satılır SƏBƏB

Bakı bazarlarında meyvələr “əl yandıran” qiymətə satılır SƏBƏB

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Payız mövsümü meyvələrinin qiymətində artım müşahidə olunur və bu hal bir neçə əsas amillə əlaqələndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin avqust ayında Azərbaycanda istehlakçı qiymət indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 6,6 faiz artıb. Bu artım xüsusilə qida məhsulları üzrə daha aydın hiss olunur.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ölkə ərazisində qida mallarının idxalında artım qeydə alınsa da, meyvə və tərəvəz ixracının yüksəlməsi daxili bazarda bahalaşmaya səbəb olub. Onun sözlərinə görə, paytaxt bazarlarında meyvələrin qiymətləri “əl yandıran” səviyyəyə qədər yüksəlib.

“Payız aylarında adətən yerli məhsulların bolluğu fonunda ucuzlaşma gözlənilsə də, bu il əksinə, müəyyən bahalaşma tendensiyası müşahidə edilir. Əsas səbəblərdən biri təklifin məhdudlaşmasıdır. Hava şəraitinin qeyri-sabit keçməsi, məhsulun yetişmə dövrünün uzanması və logistika zəncirində yaranan çətinliklər bazara çıxarılan meyvə həcmini azaldıb. Bununla yanaşı, idxal və yerli istehsal arasındakı balansda və valyuta məzənnəsində olan dəyişikliklər də meyvə qiymətlərini təsir edə bilər”.

Ekspert vurğulayıb ki, digər tərəfdən, logistika və maya dəyərinin artması da qiymət artımına təsir göstərən amillər sırasında yer alır:

“Mövsüm dəyişikliyi ilə əlaqədar daşınma və saxlama xərclərinin artması meyvələrin satış qiymətinə birbaşa təsir edib. Daxili bazarda bəzi meyvələrə olan tələbatın artması da bahalaşmanı dərinləşdirən amillərdən sayılır. Nümunə olaraq, payız mövsümündə xüsusilə C vitamini ilə zəngin meyvələrə - sitrus növlərinə maraq artır”.

Müsahibimizin fikrincə, qlobal bazarlarda və valyuta məzənnələrindəki dəyişikliklər də qiymət formalaşmasına təsir göstərən mühüm faktorlardandır:

“İdxal və yerli istehsal arasında balansın pozulması, valyuta məzənnəsindəki dəyişikliklər nəticəsində də  qiymətlərdə müəyyən dəyişikliklər yarana bilir.

Hazırda konkret qiymət artımına gəlincə, əsasən sitrus meyvələrində, üzüm və digər şirəli meyvələrdə, həmçinin alma və heyva kimi payız məhsullarında müşahidə olunur. Sitrus növlərinin bazara bir müddətdir çıxmasına baxmayaraq, onların kiloqramla qiyməti 4-5 manat civarındadır. Üzüm və oxşar meyvələrdə ixracın artması səbəbindən də yerli bazarda təklif azalıb. Alma və heyva kimi meyvələrin mövsümündə isə “bolluq” gözlənsə də, qiymətlərdə ciddi ucuzlaşma baş verməyib”,- A.Nəsirli bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri