Icma.az
close
up
RU
Bu meyvələr qorxunc xəstəliklərə səbəb ola bilər

Bu meyvələr qorxunc xəstəliklərə səbəb ola bilər

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almanı hər zaman sağlamlıq rəmzi hesab etmişik, lakin Avropadan gələn son hesabat bu təsəvvürləri alt-üst edir. "PAN Europe" təşkilatının 2025-ci ilin sonunda apardığı araşdırma göstərir ki, marketlərdə satılan almaların içində bir yox, eyni anda bir neçə zəhərli kimyəvi maddə - "pestisid kokteyli" gizlənib. Araşdırmaya görə, həmin almaların 80%-i toksikdir.

Azərbaycan bazarı üçün bu, olduqca ciddi siqnaldır.

Çünki ölkəmiz həm yerli istehsalı dəstəkləyir, həm də xüsusilə qış və bahar aylarında xaricdən böyük həcmdə alma idxal edir.

Hesabatın ən sarsıdıcı hissəsi uşaq qidaları ilə bağlıdır. Əgər bu almalardan püre və ya şirə hazırlansaydı, onların çoxu qanunsuz elan edilərdi.

Almaların 36%-də beyin hüceyrələrini zədələyən maddələr tapılıb. Nümunələrin 61%-də xərçəng yarada bilən göbələk əleyhinə maddələr aşkar edilib. Tapılan maddələrin bir çoxu ana bətnindəki dölün beyin inkişafını ləngidir.

Avropa ölkələrindən gələn parlaq, uzun müddət xarab olmayan almalar çox vaxt ildə 30 dəfəyə qədər kimyəvi işlənməyə məruz qalır.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, xaricdən gətirilən digər meyvələr kimi parlaq formada olan almalarda kimyəvi birləşmə qalıqları daha çoxdur:

"Bu almalarda pestisid riski çox yüksəkdir. Çünki onların yetişdirilməsi zamanı zərərvericilərdən, xəstəliklərdən qorumaq üçün müxtəlif pestisidlərdən istifadə olunur. Həmin pestisidlər becərmə dövründə müəyyən miqdarda meyvələrin tərkibinə keçir. Təbii ki, belə meyvələri qəbul edən insanların da orqanizmində pestisidlərin miqdarı yüksək olur.

Bəzi meyvələrin üzərində parafin və mum örtüyü olur.

Bu örtük meyvələri daha uzunömürlü edir. Daşınma və saxlanma zamanı meyvənin parlaqlığını saxlayır. Nəzərə alaq ki, meyvəni uzun müddət saxlamaq üçün onu kal olanda dərirlər və tez yetişməməsi üçün mum, parafin örtüyündən istifadə edilir. Bu örtük həm də meyvənin tez yetişməsini sürətləndirən etilen qazının miqdarını azaldır. Nəticədə yetişmə prosesi uzanır".

Müsahibimiz hesab edir ki, istifadə olunan bu kimyəvi qatqılar insan sağlamlığına ciddi zərər verir:

"Bu cür meyvələr sinir sisteminə mənfi təsir göstərir. Xüsusilə də, 20-25 yaş arasındakı insanlarda fizioloji inkişafa neqativ təsir edir. Hormonal pozğunluğa səbəb olur. Parlaq meyvələrdən davamlı istifadə hüceyrələri zədələyir. Bu da xərçəng riskini artırır. Kimyəvi maddələrə yoluxmuş meyvələr allergiyaya, mədə ağrılarına və bağırsaqların funksiyasının pozulmasına səbəb olur".

Məhsəti Hüseynova bu cür xoşagəlməz hadisələrdən sığortalanmaq üçün bəzi məsələlərə diqqət edilməsini vacib sayır:

"İlk növbədə yerli və mövsümi meyvələrdən istifadə olunmaldır. Parlaq meyvələri sürtərək, ən azı 30-60 saniyə ilıq suda yumaq lazımdır. Eyni zamanda meyvələrin qabığını soyaraq yemək ən effektiv vasitələrdən biridir. Çünki pesdisidlərin çox hissəsi qabıqda qalır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Mart 2026 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri