Icma.az
close
up
RU
Bakı Berlin: keçmiş və bu gün gələcək üçün təminatdır

Bakı Berlin: keçmiş və bu gün gələcək üçün təminatdır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Müasir geosiyasi dəyişikliklər və münasibətlərə baxış

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin həm keçmişi, həm bu günü, həm də gələcək perspektivləri ilə bağlı fikirləri aktuallaşdırır. Bəribaşdan ümumiləşdirmə aparıb deyə bilərik ki, Almaniya ölkəmizin Avropada ən sabit münasibətlər trayektoriyası ilə seçilən ölkələrdəndir və mövcud status-kvo müasir dövrün reallıqlarına əsaslanmaqla yanaşı, tarixi ənənələrə söykənir.

Əlbəttə, Prezident İlham Əliyevin Almaniyaya səfəri, ilk növbədə, hazırkı gerçəkliklər kontekstində qiymətləndirilməli hadisədir. Məlum olduğu kimi, müasir beynəlxalq münasibətlər sistemindəki dərin geosiyasi dəyişikliklər dövlətlərarası əməkdaşlığın mahiyyətini və prioritetlərini yenidən müəyyənləşdirir. O da məlumdur ki, “soyuq müharibə”dən sonra formalaşmış təhlükəsizlik və iqtisadi model artıq öz aktuallığını itirməkdədir. Deməli, yenilənmələr və dəyişikliklər qaçılmazdır.

Bəli, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, Avropa ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi tərəfdaşlığın mühüm hadisəsinə çevrilməyə iddialıdır. Çünki Almaniya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri ilə diqqət çəkir. Rəsmi Berlin Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqun təşviqinə, regionda etimad mühitinin möhkəmləndirilməsinə və yekun sülh sazişinin imzalanması istiqamətində beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmanın dəstəklənməsinə mühüm töhfə verir.

Almaniya Avropa İttifaqının mühüm ölkəsidir. Haşiyə çıxaraq onu da bildirək ki, son illərdə yaşanan qlobal proseslər Aİ-nin xarici siyasət və iqtisadi strategiyasını yenidən nəzərdən keçirməyə vadar edib. Uzun müddət təhlükəsizliyini əsasən ABŞ-a, enerji təminatını Rusiyaya, iqtisadi inkişaf modelini Çin bazarına söykəyən Avropa artıq bu yanaşmanın risklərini açıq şəkildə görür. Məhz buna görə Brüssel enerji mənbələrinin, nəqliyyat marşrutlarının və kritik xammal təchizatının şaxələndirilməsini strateji prioritet elan edib. Bu siyasətin həyata keçirilməsində isə Azərbaycan xüsusi yer tutur.

Hazırda Azərbaycan Avropanın 10-u Aİ üzvü olmaqla 16 ölkəsini təbii qazla təmin edir. Son illərdə Avropaya qaz ixracının əhəmiyyətli dərəcədə artırılması və 2027-ci ilədək bu göstəricinin 20 milyard kubmetrə çatdırılması planı ölkəmizin qitənin enerji təhlükəsizliyində rolunun daha da möhkəmləndiyini göstərir. Lakin Azərbaycanın strateji əhəmiyyəti yalnız enerji sahəsi ilə məhdudlaşmır. Müasir geosiyasətdə nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərdən hesab olunur.

Avropa İttifaqının aparıcı iqtisadiyyatına çevrilmiş Almaniya üçün də enerji təhlükəsizliyi, təchizat zəncirlərinin dayanıqlılığı və Mərkəzi Asiya bazarlarına çıxış xüsusi strateji əhəmiyyət daşıyır. Bu  baxımdan Azərbaycan Berlin üçün etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi əlaqələrin əsas halqalarından biridir.

Ayrıca onu deyək ki, Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı–Berlin münasibətlərinə yeni dinamika gətirib. Həmçinin Orta Dəhliz də Almaniya sənayesi üçün böyük perspektivlər açır. Bu marşrut Mərkəzi Asiya bazarlarına çıxışı asanlaşdırmaqla yanaşı, kritik xammal tədarükünün şaxələndirilməsinə və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılmasına xidmət edir. Təbii ki, iqtisadi münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoq da mühüm rol oynayır. Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində aparıcı alman şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər investisiya əməkdaşlığının genişləndirilməsi, “yaşıl enerji”, yüksək texnologiyalar, logistika və işğaldan azad olunmuş ərazilərdə bərpa layihələrinə yeni sərmayələrin cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Heç şübhəsiz, dövlətimizin başçısının səfəri çərçivəsində bu baxımdan da müsbət dinamikanı proqnozlaşdırmaq mümkündür. Həm də ona görə proqnozlaşdırmaq mümkündür ki, Azərbaycan–Almaniya münasibətlərinin möhkəm təməli təkcə siyasi və iqtisadi əməkdaşlıqdan ibarət deyil. İki xalqı birləşdirən zəngin humanitar əlaqələr bu münasibətlərə xüsusi dəyər qazandırır.

Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Deməli, əminliklə onu da söyləyə bilərik ki, bu səfər həm tarixi-humanitar irsə ehtiramın, həm də müasir qlobal çağırışlara verilən ortaq siyasi və iqtisadi cavabın ifadəsi olacaq.

Sonda onu da deyək ki, artan investisiya marağı, alman şirkətlərinin Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələrində iştirak niyyəti, enerji, logistika və yaşıl iqtisadiyyat sahələrində genişlənən əməkdaşlıq Bakı ilə Berlin arasında formalaşmış strateji tərəfdaşlığın artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq Avrasiyanın enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarının inkişafına və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm geosiyasi əməkdaşlıq modelinə çevrilməsindən xəbər verir. Əminik ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri, eyni zamanda, bu kimi məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

R.ƏVƏZ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri