Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Berlin səfəri Azərbaycan üçün mühüm uğurdur”

“Berlin səfəri Azərbaycan üçün mühüm uğurdur”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Cənab Prezident İlham Əliyevin Almaniyaya həyata keçirdiyi son rəsmi səfər siyasi, iqtisadi və strateji baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan-Almaniya münasibətləri yüksələn xətt üzrə inkişaf edir və ölkəmiz bu əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verir:

“Bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir. Görünən odur ki, Almaniya da Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Son illərdə qarşılıqlı siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli görüşlərin keçirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi bunun bariz göstəricisidir.

Hazırda Azərbaycan və Almaniya enerji, iqtisadiyyat, sənaye, ticarət, nəqliyyat, logistika, bərpa olunan enerji, elm, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlıq həyata keçirirlər. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi mühüm rol oynayır. Avropada enerji mənbələrinin şaxələndirilməsinə artan ehtiyac fonunda Azərbaycanın təbii qaz ehtiyatları və etibarlı ixrac infrastrukturu böyük əhəmiyyət kəsb edir. Almaniyanın da Azərbaycan qazına maraq göstərməsi və ölkəmizdən enerji resurslarının alınması istiqamətində atılan addımlar iki ölkə arasında strateji əməkdaşlığın daha da güclənəcəyindən xəbər verir”.

Millət vəkili vurğulayıb ki, bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq da yeni imkanlar açır: “Azərbaycanın bərpa olunan enerji potensialı, xüsusilə külək və günəş enerjisi layihələri Almaniyanın qabaqcıl texnologiyaları ilə birləşərək hər iki ölkə üçün faydalı əməkdaşlıq perspektivləri yaradır. Bu istiqamətdə həyata keçiriləcək birgə layihələr həm iqtisadi inkişafı sürətləndirəcək, həm də qlobal iqlim məqsədlərinə töhfə verəcək.Tərəflər arasında imzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərimizin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Alman şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi, müxtəlif sənaye və xidmət sahələrinə sərmayə yatırması ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Azərbaycan da öz növbəsində Almaniyanın qabaqcıl texnologiyalarından, innovativ təcrübəsindən və investisiya imkanlarından faydalanmaqda maraqlıdır. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına və biznes əlaqələrinin genişlənməsinə də şərait yaradır”.

C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyada yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və ona göstərilən hörmət və etimad Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi kimi qiymətləndirilə bilər:

“Bu, eyni zamanda Almaniyanın Azərbaycanla münasibətlərə verdiyi önəmi və gələcək əməkdaşlıq perspektivlərinə olan inamını nümayiş etdirir.

Qeyd edilməlidir ki, zaman-zaman münasibətlərdə müəyyən fikir ayrılıqları və gərgin məqamlar yaşansa da, qarşılıqlı hörmətə, beynəlxalq hüququn prinsiplərinə və konstruktiv dialoqa əsaslanan münasibətlər bu məsələlərin aradan qaldırılmasına imkan verib. Bu gün hər iki tərəf əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün siyasi iradə nümayiş etdirir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Azərbaycanın Avropa ilə əməkdaşlığının genişlənməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadi əlaqələrin möhkəmləndirilməsi və regional sabitliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Atılan bu addımlar gələcəkdə Azərbaycan-Almaniya əlaqələrinin daha da inkişaf etməsinə, strateji tərəfdaşlığın möhkəmlənməsinə və hər iki xalqın mənafeyinə xidmət edən yeni layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 İyul 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri