Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək.
İdman.Biz Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış avqustun 14-16-da 13 nömrəli Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər İdman Məktəbində təşkil olunacaq.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan badmintonçular iştirak edəcəklər.
Yarışın baş hakimi yunanıstanlı mütəxəssis Xristos Evangelidis təyin olunub. Onun müavini isə Səbuhi Hüseynov olacaq.
Turnirin mükafat fondu 5 min ABŞ dolları (8500 manat) təşkil edəcək.
Avropa Badminton Federasiyasının dərc etdiyi təqvimə əsasən, avqustun 13-də komandaların nümayəndələrinin iclası keçiriləcək. Oyun proqramı isə avqustun 14-də saat 09:00-da başlayacaq və avqustun 16-da final qarşılaşmaları ilə başa çatacaq. Həmin görüşlərin yekununda turnirin mükafatçıları müəyyənləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 03 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















