Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Oktyabrın 28-dən noyabrın 8-dək Bakı yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək: Azərbaycanın paytaxtı Bakı Beynəlxalq İncəsənət Festivalına (BIAF) ev sahibliyi edəcək.

Adalet.az xəbər verir ki, 2025-ci ildən bəri keçirilən genişmiqyaslı, multidisiplinar festival müasir dünya səhnəsinin əsas simalarını, o cümlədən rəssamları, xoreoqrafları, rəqqasları, musiqiçiləri, tanınmış ifaçıları və rejissorları bir araya gətirəcək.

Festivalın teatr proqramı Lev Dodinin Anton Çexovun eyniadlı pyesi əsasında hazırladığı və böyük rəğbət qazanan “Qağayı” tamaşasının nümayişi ilə açılacaq. Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Malıy” Dram Teatrının – Avropa Teatrının bu yaxınlarda baş tutmuş, nüfuzlu “Qızıl Sofit” və “Qızıl Maska” mükafatlarına layiq görülmüş premyerasını 29 və 30 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində izləmək mümkün olacaq.

Görkəmli rejissor uzun illərdir Çexov dramaturgiyasına müraciət edir. Tamaşa klassik əsərin daha dərin və özünəməxsus təfsiridir. Tamaşada Çexovun sənət və həyat haqqında fəlsəfi düşüncələri əsərin dramaturji quruluşuna üzvi şəkildə daxil edilir.

Dodinin növbəti Çexov dünyasını yaratdığı aktyor ansamblı da möhtəşəmdir: İqor Çerneviç – Triqorin, Yelizaveta Boyarskaya – mürəkkəb, təsirli və qeyri-adi Arkadina, Sergey Kurışev – Sorin, Anna Zavtur – Zareçnaya, Yevgeni Zayfrid – Treplev, Oleq Ryazantsev – Medvedenko, Polina Sevastyanixina – Maşa obrazında çıxış edəcəklər. Müasir səhnənin ən görkəmli rəssamlarından biri olan Aleksandr Borovskinin metaforik səhnə tərtibatı – səhnə-göl obrazı və yırğalanan qayıqlar – Çexovun varlığın kövrəkliyi haqqında düşüncəsini təcəssüm etdirir. Dodinin sözlərinə görə, onun “Qağayı” tamaşası, xüsusilə də, sənət adamlarına və sənətdəki həyata həsr olunub: “Birdən-birə söhbətin sənətkarlardan – həyatı xüsusilə həssaslıqla duyan, ona özünəməxsus şəkildə və hər dəfə, deyərdim ki, bütün varlığı ilə reaksiya verən insanlardan getməsi önəm qazandı. Əslində, bu tamaşa daha çox özümüz haqqındadır – bu gün düşündüklərimiz, qarşılaşdığımız suallar, məsuliyyətimiz və məsuliyyətsizliyimiz haqqında”.

“Qağayı” tamaşasının nümayişlərindən dərhal sonra elə həmin səhnədə festivalın tamaşaçıları dünya ədəbiyyatı klassikasının daha bir fərqli yozumunu izləyə biləcəklər. 1 və 2 noyabr tarixlərində Tel-Əvivin məşhur “Qeşer” Teatrı öz nəslinin ən nüfuzlu rejissorlarından biri – Dmitri Krımovun yeni tamaşasını təqdim edəcək. Onun teatrı təxəyyül və oyun qanunları ilə yaşayır; reallıqla dərindən bağlı olan təhlükəli, ecazkar dərəcədə absurd bir oyunla. 2026-cı ilin iyununda premyerası baş tutan “Qanlı Mariya” (Bloody Mary) tamaşası əsərin yaranmasına ilham verən Fridrix Şillerin məşhur “Mariya Stüart” dramının nə səhnələşdirilməsi, nə də sadə illüstrasiyasıdır. Tamaşa rejissorun yaratdığı tamamilə yeni bir dünyanı təqdim edir. Bu dünya faciəli süjetin ayrı-ayrı fraqmentlərindən, onunla bağlı ortaq yaddaşımızdan, eləcə də “Mariya Stüart”ı müasir reallıqlar haqqında ciddi düşüncə və müzakirə üçün başlanğıc nöqtəsinə çevirən çağdaş həyatın özündən formalaşır. Saşa Demidovun Kraliça Elizabet, Yevgeniya Dodinanın isə Mariya Stüart obrazını canlandırdığı əsas personajlar qrotesk, az qala sirk obrazlarını xatırladan uydurma insan- simvollardır. Əsas personajlar gözlərimiz önündə canlanıb ətə-qana dolurlar: maskalar çatlayır, klounada etirafa, mücərrəd obrazlar isə canlı bədənə çevrilir. Bu teatrda gülüş hər zaman kədərli olanla yanaşı dayanır, oyun isə mövcudluq formasına və bizim bu qədər mürəkkəb həyatımız haqqında danışmaq üsuluna çevrilir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunacaq tamaşalar da kifayət qədər maraq doğuracaq. 5 və 6 noyabr tarixlərində dünya səviyyəsində tanınan xoreoqraf, əfsanəvi “Batsheva Dance Company” truppasından və Ohad Naharin məktəbinin yetirməsi Şahar Binyamini iki mühüm əsərini – “Yeni dünya” (New Earth) və “Bolero X” tamaşalarını “House of Dance Company”nin ifasında vahid bir proqramda təqdim edəcək.

“New Earth” rəqqasların sürünərək etdikləri hərəkətlərin üzvi və daim dəyişən fiqurlara çevrildiyi, hipnotik, demək olar ki, ilkin instinktləri xatırladan səhnə əsəridir. Tamaşanın premyerası 2025-ci ildə Avstriyada keçirilmiş “Bregenzer Frühling” festivalında baş tutub.

“Bolero X” isə Binyamininin Moris Ravelin orkestr repertuarının ən tanınmış əsərlərindən biri olan məşhur “Boléro” əsərinə verdiyi yeni yozumdur. 2023-cü ildə Vankuverdə fəaliyyət göstərən “Ballet BC” (Ballet British Columbia) üçün yaradılan tamaşa sonradan genişmiqyaslı ansambl əsərinə çevrilib. Tamaşanın tam versiyasında səhnədə eyni anda 50-yə qədər rəqqas çıxış edir və musiqinin getdikcə artan gərginliyi fonunda fərdiliklə kollektiv güc arasındakı münasibət araşdırılır. Qüsursuz reputasiyaya malik xoreoqraf olan Binyamini “Paris Operası”, Milandakı “La Skala”, “Bordo Milli Baleti” kimi nüfuzlu teatr və kollektivlərlə əməkdaşlıq edir.

Bu il BIAF-ın əsas prinsiplərindən biri dünya səviyyəli, mədəni gündəmi formalaşdıran sənətçilərlə Azərbaycan sənətçiləri arasında sıx əməkdaşlığın qurulmasıdır. Bu yanaşma çərçivəsində Şahar Binyamini hər iki tamaşada iştirak etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Bakı Xoreoqrafiya Akademiyasının rəqqasları arasından seçim edəcək. Xoreoqraf gənc rəqqaslarla məşqlər keçərək onları Bakı səhnəsindəki tamaşalara birbaşa cəlb edəcək.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Bakı Beynəlxalq İncəsənət festivalı (BIAF) Bakının ən seçilən səhnələrində müxtəlif janrları əhatə edən 20-dən çox tədbirlə yaddaqalan olacaq. Proqrama konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətçilərlə görüş və ustad dərsləri daxildir. İncəsənətin möhtəşəm bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçiləri və yaradıcı kollektivləri birləşdirəcək.

BIAF-2026-nın ətraflı proqramı və tədbirlərə biletlər festivalın rəsmi saytında əlçatan olacaq: biaf.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Avqust 2026 04:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri