Icma.az
close
up
RU
Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat taktiki təlim...

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat taktiki təlim...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"AZCON Holding"in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) dəstəyi, Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı Beynəlxalq Dəniz Limanında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “Bakı 2025” adlı əməliyyat-taktiki təlim keçirilib.

FHN, ADY və digər qurumların rəhbər şəxslərinin müşahidəsi ilə keçirilmiş təlimin məqsədi irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyət mexanizmini sınaqdan keçirmək, aidiyyəti qurumların real imkanlarını qiymətləndirmək, idarəetmə sistemini təkmilləşdirmək və qərargahların əməliyyat hazırlığını artırmaq olub.

Təlimin ssenarisinə əsasən, episentri Xəzər dənizində olmaqla Bakıdan 110 km cənub-şərqdə güclü şərti zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ axtarış-xilasetmə, yanğınların söndürülməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Təlimə ümumilikdə 1250 nəfərlik şəxsi heyət, 8 helikopter, 277 ədəd xüsusi texnika və 14 baş xüsusi təlim keçmiş xidmət iti cəlb edilib.

Bu təlim ADY-nin digər infrastruktur obyektləri ilə yanaşı, Bakı Beynəlxalq Dəniz Limanında da təhlükəsizliyə, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına xüsusi önəm verdiyini nümayiş etdirir. ADY-də bu kimi təlimlər mütəmadi olaraq həyata keçirilir.

Qeyd edək ki, Bakı Limanı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq ADY-nin strukturuna inteqrasiya edilib.

Xəzər hövzəsinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Limanı müasir standartlara cavab verən təhlükəsizlik avadanlıqları, o cümlədən yanğından mühafizə və fövqəladə hallara operativ reaksiya sistemləri ilə təchiz edilib.

Həmçinin liman ərazisində yük əməliyyatları zamanı personalın və yüklərin təhlükəsizliyi üçün ən qabaqcıl təcrübələr tətbiq edilir, 24 saat mühafizə xidməti aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 İyul 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri