Icma.az
close
up
RU
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a FHN-dən bildirilib. 

Bildirilib ki, FHN-in Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında keçirilən birgə təlimə Nazirliyin Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin, Nəqliyyatda Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsinin, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyinin yerli qurumları arasında qəza-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsindən ibarət olub.

Təlim zamanı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında müxtəlif xidmətlərin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin "təhlükəli ərazidən" təxliyəsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, yanğın yerində kəşfiyyat və yanğınla mübarizə əməliyyatları simulyasiya edilib.

Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür birgə təlimlər fövqəladə halların effektiv idarə olunması, hava limanlarında əməliyyat dayanıqlığının artırılması və müvafiq strukturlar arasında inteqrasiya olunmuş cavab sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri