Icma.az
close
up
RU
Bakı boşaldılmalıdır Bu qurumlar bölgələrə köçürülsün

Bakı boşaldılmalıdır Bu qurumlar bölgələrə köçürülsün

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Hazırda Bakıda dünyanın ən böyük iqlim konfransı olan COP29 tədbiri keçirilir. Tədbir zamanı yaşıl həyatın inkişafı istiqamətində bir çox məsələlər gündəmə gətirilir. Bunlardan biri də şəhərlərin ekoloji cəhətdən daha təmiz olmasının yolları ilə bağlıdır.

Bəs Bakının ekoloji təmiz olması üçün hansı yollar var? İnsanların rayonlardan Bakıya axışması şəhərin ekologiyasına hansı mənfi təsirlərini göstərir?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar ekoloq Qorxmaz İbrahimli bildirdi ki, Bakı zəhərli şəhər deyil, əksinə, Bakının havası, suyu, hər şey gözəldir. Sadəcə şəhər quruluşuna görə burada əhali həddindən çox məskunlaşıb.

Onun sözlərinə görə, bizim daxili demoqrafiyamız, urbanizasiya prosesi düz deyil:

"Bakı şəhəri boşaldılmalıdır. Bakının ekologiyasında isə heç bir problem yoxdur. Şəhər yollarından COP29 iştirakçıları da istifadə edir və bu zaman Bakı sakinləri əziyyət çəkir. Çünki Bakının yol infrastrukturu düzgün deyil. Amma bunun Bakının ekologiyasına aidiyyəti yoxdur, bu, birbaşa insanların əsəbinə təsir edir. Paytaxtımız dünyanın müasir şəhərlərindən biridir və ekoloji heç bir problem yaşamır. Dəm qazı, metan qazı, maşınların atmosferə buraxdığı qazlar da böyük bir çəkiyə malik deyil. Əslində, COVID-19 dan sonra Bakının havası xeyli təmizlənib".

Ekoloq qeyd etdi ki, Bakıda yaşıllıqlar əvəzinə hündür binaların tikilməsi, parklar əvəzinə restoranların açılması isə kültür məsələsidir və həll edilməli olan problemlərdəndir:

"Bakıda ekoloji problem XIX əsrdə neft kəşf olunandan sonra olmuşdu, Abşeron yarımadası və paytax həddindən çox çirklənmişdi. Müstəqillik dönəmində Qara şəhərin Ağ şəhərə çevrilməsi, Abşeron torpaqlarının yuyulması, təmizlənməsi radiasiya problemlərini qismən həll eliyib. Deyə bilmərik ki, paytaxtımız ekoloji təmizlik cəhətdən ən ideal şəhərdir. Çünki Bakı səhra şəhəridir, buranın yayı isti, qışı da mülayim keçir".

Q.İbrahimli regionlardakı insanların da şəhərə axışmasından danışdı:

"Bu, hökumətin yanlış siyasətinin nəticəsidir. Bakıda əhali çox yığıldığına görə hətta suyun da qiyməti qaldırılacaq. Çünki ölkənin şərq ucqarında yerləşdiyinə görə buranın su ehtiyatı yoxdur. Abşeron yarımadasından bahalı su gətirilir, gündəlik ərzaq məhsullarının əksəriyyəti ucqarlardan gətirilir. Halbuki Abşeron yarımadası 90-cı illərin əvvəlində Bakının ərzaq təminatını minimal dərəcədə həyata keçirə bilirdi. Buranın öz meyvəsi, öz tərəvəzi vardı. 90-cı illər böhran vaxtı burada əhali qeyri-planlı məskunlaşdı. Abşeron yarımadasının əkinə yararlı qumsal verimli torpaqları bu gün yoxdur".

Ekoloq qeyd etdi ki, Bakının əhalisi rəsmi olaraq 3 milyondan yuxarıdır.

"Amma ölkə əhalisinin 40-50 faizi məhz paytaxtda məskunlaşıb. Bu, özü anomaliyadır. Ona görə də Gəncəni, Mingəçeviri, Şirvanı, Lənkəranı, Bərdəni inkişaf etdirmək lazımdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyini Bakıdan çıxarıb Bərdəyə köçürmək lazımdır. Sənaye Nazirliyini Gəncəyə yerləşdirmək lazımdır. SOCAR-ı Şirvana yerləşdirmək olar. Amma hökumətimiz bu nazirliklər üçün müstəqillik dönəmində, xüsusən neft bumu zamanı xeyli vəsait yatırıb, böyük, bahalı binalar inşa edib ki, buna gərək yox idi. Bu prosesləri həyata keçirərək şəhəri boşaltmaq olar, universitetləri burdan çıxarıb müxtəlif əyalət şəhərlərinə aparmaqla həm əhalinin balansını orada dəyişmək, həm də kənd əhalisinin şəhərə axınının qarşısını almaq olar", - deyə Q.İbrahimli vurğuladı. (redaktor.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri