Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Bakı Slavyan Universiteti Bakıdan köçürülsün Deputatdan təklif

Bakı Slavyan Universiteti Bakıdan köçürülsün Deputatdan təklif

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Məsələ hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda, bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbayca Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarix 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.

Bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bu yanaşmanı çox aktual və strateji əhəmiyyətli bir məsələ kimi qiymətləndirib.

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ali təhsil müəssisələrinin dekonsentrasiyası (paytaxtdan kənara çıxarılması) həm Bakının yükünün azaldılması, həm də regionların dirçəldilməsi baxımından mühüm addımdır.

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ali təhsilin regionlara transferi ölkəmizin balanslı inkişafı baxımından son dərəcə vacibdir. Bu, yalnız təhsil siyasəti deyil, eyni zamanda regional iqtisadiyyatın, məşğulluğun və insan kapitalının inkişafını hədəfləyən kompleks yanaşmadır”.

Deputatın fikrincə, hər bir universiteti mexaniki şəkildə köçürmək doğru olmaz:

“Köçürülmə prosesi “ixtisaslaşma və regionun potensialı” paralelliyi əsasında, yəni strateji uyğunlaşma prinsipi ilə həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, Texniki və sənaye təmayüllü universitetlər - məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Nəqliyyat və logistika: Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur. Slavyan Universitetinin adı və köçürülməsi məsələsi də ayrıca müzakirə obyekti ola bilər”.

M.Vəliyeva onu da əlavə edib ki, yeni yaradılacaq universitetlər “klassik” modeldən daha çox “nəticəyönümlü və innovativ” yanaşma əsasında qurulmalıdır:

"Qarabağ Universiteti və Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa olunan enerji, “ağıllı şəhər” texnologiyaları və turizm menecmenti üzrə ixtisaslaşmış müasir mərkəzlərin sayı artırılmalıdır. Yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və proqram mühəndisliyi üzrə regional mərkəz rolunu oynayacaq yeni təhsil ocaqlarına ehtiyac var. Logistika və tranzit idarəçiliyi çərçivəsində isə Azərbaycanın tranzit qovşağına çevrilməsi nəzərə alınaraq, xüsusilə cənub və qərb dəhlizləri üzərində bu sahəni dərindən öyrədən ixtisaslaşmış mərkəzlər yaradılmalıdır”.

Milli Məclisin üzvü vurğulayıb ki, universitetin sadəcə binasını köçürmək kifayət deyil, eyni zamanda uğurlu keçid üçün bu proses tam ekosistem yanaşması ilə həyata keçirilməlidir:

“Kampus modeli çərçivəsində müasir universitet şəhərcikləri - yataqxanalar, laboratoriyalar, startap mərkəzləri və sosial infrastrukturla birlikdə qurulmalıdır. Akademik heyət üçün stimullar nəzərdə tutulmalı, regionlara köçən müəllimlər üçün əlavə əməkhaqqı, mənzil və sosial təminat paketləri tətbiq edilməlidir. Sənaye ilə inteqrasiya təmin olunmalı, universitetlər yerləşdiyi bölgənin iqtisadi subyektləri ilə birbaşa əməkdaşlıq etməli və tələbələr real istehsalat mühitində təcrübə keçməlidirlər. Ümumiyyətlə qeyd edək ki, bu təşəbbüs düzgün planlaşdırıldığı təqdirdə Bakının demoqrafik və nəqliyyat yükünü azaldacaq, regionlarda iqtisadi fəallığı artıracaq, təhsilin keyfiyyətini praktikaya daha da yaxınlaşdıracaq. Bu, yalnız təhsil islahatı deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin əsas sütunlarından biri olacaq strateji layihədir”.

Parlamentin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov isə hesab edir ki, bəzi universitetlərin regionlara köçürülməsi və yeni ali təhsil müəssisələrinin yaradılması ölkədə regional inkişafın sürətləndirilməsi və elmi potensialın daha balanslı paylanması baxımından mühüm addım kimi qiymətləndirilə bilər:

“Bu prosesin əsas məqsədi yalnız universitetlərin fiziki olaraq köçürülməsi deyil, eyni zamanda regionlarda iqtisadi, sosial və elmi inkişafın stimullaşdırılmasıdır. Yanaşmaya görə, paytaxt yenə də ölkənin əsas akademik mərkəzi olaraq qalmalıdır və bütün universitetlərin köçürülməsi nə real, nə də məqsədəuyğundur. Lakin tətbiqi və praktik yönümlü ixtisaslar üzrə fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin əsas kampuslarının və ya iri filiallarının regionlarda yerləşdirilməsi daha effektiv nəticə verə bilər. Belə addımlar regionlarda təhsil imkanlarını genişləndirə, yerli iqtisadi fəaliyyətlə təhsili daha sıx əlaqələndirə və kadr hazırlığını yerli ehtiyaclara uyğunlaşdıra bilər”.

Deputat qeyd edib ki, regionların seçilməsində əhali sayı, iqtisadi potensial və nəqliyyat əlçatanlığı kimi meyarlar əsas rol oynayır:

“Bu baxımdan sənaye və iqtisadi imkanları olan böyük şəhərlər, enerji və sənaye infrastrukturu inkişaf etmiş bölgələr, həmçinin turizm və aqrar potensialı yüksək regionlar ali təhsil mərkəzlərinin formalaşması üçün daha əlverişli hesab olunur. Eyni zamanda yenidən qurulan ərazilərdə universitetlərin yaradılması həmin bölgələrin sosial və iqtisadi dirçəlişinə də mühüm töhfə verə bilər”.

V.Qafarov onu da nəzərə çatdırıb ki, yeni universitetlərin yaradılmasında regional ixtisaslaşma prinsipi xüsusi əhəmiyyət daşıyır:

“Müxtəlif bölgələrdə texnologiya, energetika, logistika, aqrar sahə, turizm və qida sənayesi kimi istiqamətlər üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin qurulması həm yerli iqtisadiyyatın inkişafına, həm də ölkənin elmi potensialının genişlənməsinə xidmət edə bilər.

Nəticə etibarilə, universitetlərin regionlara köçürülməsi və yeni ali təhsil müəssisələrinin yaradılması yalnız təhsil siyasəti deyil, həm də regional inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Düzgün planlaşdırılmış yanaşma nəticəsində paytaxt əsas elmi mərkəz olaraq qalmaqla yanaşı, regionlarda da yeni akademik mərkəzlər formalaşa bilər və bu, ölkədə ali təhsil sisteminin daha balanslı inkişafına töhfə verər”, - deyə deputat fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Mart 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri