Icma.az
close
up
RU
Bakı Brüssel iqtisadi gündəliyi

Bakı Brüssel iqtisadi gündəliyi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Növbəti hədəf investisiyalar və yeni nəqliyyat dəhlizləridir

Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və aparıcı investoruna çevrilib. Brüssel Bakı ilə ticarət və investisiya axınlarının böyük hissəsini təmin edir. Hesablamalara görə, 2024-cü ildə Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətinin təxminən 41,2 faizini təşkil edib, ölkənin ixracatının isə 63 faizini özündə cəmləyib. Eyni zamanda, Bakı Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir. Bu dinamika Azərbaycanın Avropa ilə iqtisadi inteqrasiyası üçün əlavə stimul yaradır və Aİ biznesləri üçün də geniş imkanlar açır.

Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi əlaqələr nəinki enerji sahəsində, həm də sənaye və kənd təsərrüfatı məhsulları üzrə inkişaf edir, texnologiya, avtomobil, maşınqayırma sahələrində əməkdaşlıq qurulur. Xüsusilə, Avropa İttifaqı Azərbaycana iqtisadi diversifikasiyanı dəstəkləyən layihələrə və yaşıl, rəqəmsal keçidin təmininə sərmayə qoyur – bunlara Bakı limanının dayanıqlı yük-sərnişin mərkəzinə çevrilməsi, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, minlərlə kiçik və orta sahibkara dəstək verilməsi daxildir.

Yeri gəlmişkən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirib. Məclisdə, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələlər müzakirə olunub. Zəngəzur dəhlizinin (TRIPP) Aİ-nin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması, Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışılıb. Eyni zamanda, Azərbaycanın Aİ-nin “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirakı imkanları nəzərdən keçirilib.

Azərbaycanın Avropa ilə əməkdaşlığında iqtisadi məsələlərdən savayı, elmi-tədqiqat və innovasiya sahəsində də qarşılıqlı fəaliyyət artır. Bakı Avropanın “Horizon Europe” proqramında iştirak etməklə texnologiya və elmi layihələrə qoşulmaq imkanlarını genişləndirir. Bu proqram çərçivəsində Azərbaycan ali təhsil müəssisələri və araşdırma institutları Avropa tərəfdaşları ilə birgə tədqiqatlara çıxış əldə edir, süni intellekt və kibertəhlükəsizlik üzrə milli kadr potensialını möhkəmləndirir. Beləliklə, Aİ-nin prioritetlər siyahısında Azərbaycanın iqtisadiyyatının modernləşdirilməsi mühüm yer tutur.

Avropa Komissiyasının Qonşuluq ölkələrini əhatə edən TEN-T genişlənmə xəritəsi isə göstərir ki, Cənubi Qafqazı Avropa nəqliyyat şəbəkələrinə birləşdirmək planlaşdırılır. Bu kontekstdə Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizinin TEN-T siyahısına daxil edilməsi xüsusilə diqqət mərkəzindədir. Bu layihə, gözlənildiyi kimi, Avropa və Asiyanı birləşdirən geniş dəmiryol marşrutunun tərkib hissəsi olacaq.

TEN-T çərçivəsində bu cür layihələrin nəzərdən keçirilməsi Azərbaycan üçün daha sürətli tranzit imkanları deməkdir. Azərbaycanın potensialı da məhz Aİ-üçün önəm kəsb edir. Təsadüfi deyil ki, son 3 ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Proqnozlara görə, 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyəti 2021-ci illə müqayisədə 3 dəfə artacaq, yüklərin keçid müddəti isə 2 dəfə azalacaq. Bu kontekstdə Azərbaycanın Orta Dəhlizin əsas həlqələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə, eləcə də Zəngəzur dəhlizi layihəsinə xüsusi önəm verməsi böyük əhəmiyyət daşıyır.

Ümumilikdə, 2030-cu il üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların 11,4 milyon ton, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə isə 32 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Bu çərçivədə Azərbaycan Rusiya və İranla əməkdaşlığı genişləndirərək "Şimal-Cənub" dəhlizinin əsas həlqələrindən biri olan Astara terminalının tikintisini yekunlaşdırmaq üzrədir. Terminalın yükaşırma qabiliyyətinin 2 milyon tona çatdırılması planlaşdırılır və modernizasiya işlərinin 2026-cı ilin mart ayının sonuna qədər başa çatdırılması gözlənilir.

Azərbaycan-Aİ əməkdaşlığının başqa bir önəmli istiqaməti rəqəmsallaşdırma, süni intellekt və kibertəhlükəsizlik sahələridir. Tərəflər Azərbaycan gənc kadrlarının bu sahələr üzrə biliklərinin artırılmasına, startap və şirkətlər üçün innovativ ekosistemin formalaşdırılmasına maraq göstərirlər. Belə ki, görüşdə “süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi” və Aİ-nin “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirak imkanlarının müzakirəsi xüsusi vurğulanıb. Bu baxımdan, Avropa İttifaqının Rəqəmsal 10 illik strategiyası çərçivəsində təqdim etdiyi qrant və investisiya mexanizmləri Azərbaycan üçün əhəmiyyətli maliyyə-dəstək kanalları yaradır. Məsələn, Aİ-nin Global Gateway təşəbbüsündə Bakı ilə razılaşan Avropa Komissiyası nəqliyyat, enerji və rəqəmsal sahələrdə dayanıqlı və möhkəm əlaqələr qurmağı hədəfləyir. Bu çərçivədə Avropa büdcəsi Azərbaycanda nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılmasını və kibertəhlükəsizlik infrastrukturunun modernləşdirilməsini maliyyələşdirə bilər. Nəticə etibarilə, Avropa kompüter şəbəkələri təhlükəsizliyinin yüksəldilməsi, kibercinayətkarlığa qarşı təcrübə mübadiləsi və süni intellektlə bağlı ortaq layihələr Azərbaycanda texnologiya transferini sürətləndirəcəkdir. Bu əməkdaşlıq həm də Aİ-nin müasir texnologiyalar bazarında mövqeyinin gücləndirilməsinə, həm də Azərbaycan şirkətlərinin Avropa standartlarına uyğun inkişafına töhfə verir.

Elə qeyd etdiyimiz məsələlərlə bağlı Avropa İttifaqının nüfuzlu "EU Today" nəşrində redaktor, tanınmış siyasi icmalçı və publisist Qeri Kartraytın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə həsr edilən məqaləsində də xüsusi yanaşmalar möcvuddur: “Azərbaycanın münaqişədən sonrakı Qərbə doğru yönəlməsi qısa bir an deyil, struktur dəyişiklikdir. Odur ki, Brüsselin bu yeni fəsli aydınlıq, öhdəlik və strateji vizyonla qəbul etməsi yaxşı olardı”. Avropa üçün bu, regionda sülh və sabitliyi möhkəmləndirmək, yeni investisiya imkanları yaratmaq, həmçinin Cənub Qaz Dəhlizi kimi strateji layihələr vasitəsilə enerji təhlükəsizliyini artırmaq imkanıdır. Qeyd edək ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Qara dəniz strategiyasını genişləndirərkən Azərbaycanı tərəfdaş ölkə kimi qəbul etməlidir, çünki Bakı Xəzər vasitəsilə Avropa ilə nəqliyyat əlaqələrini gücləndirir və Ukraynadan Gürcüstana qədər bir sabit əməkdaşlıq qövsünü formalaşdırır. Beləliklə, davam edən danışıqlar və reallaşan layihələr Aİ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldırmaqla Avropanın Cənub Qafqazdakı təsirini möhkəmləndirəcək, iki tərəfə qarşılıqlı fayda gətirəcəkdir.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:356
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see283

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see270

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see270

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see230

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see229

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see226

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see224

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see220

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see220

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see208

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see202

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see199

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see198

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see191

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see189

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see189

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see185

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see184

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see179

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri