Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Bakı Brüssel yaxınlaşması...

Bakı Brüssel yaxınlaşması...

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Son günlər Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərdə müsbət dinamika özünü göstərir. Qarşılıqlı səfərlər, əməkdaşlıq gündəliyi, əlaqələrin dərinləşdirilməsi üçün mövcud imkanlar münasibətlərdə müsbət bir səhifə açır.

Məlumdur ki, bir müddət əvvəl Aİ-Azərbaycan münasibətlərində gərginlik yaranmışdı. Buna səbəb qurumun əvvəlki rəhbərliyinin ölkəmizə münasibətdə sərgilədiyi ədalətsiz və haqsız yanaşma idi. Bu gün isə vəziyyət dəyişib, qurumun yeni rəhbərliyi Azərbaycanın əhəmiyyətini, regionda əsas güc olduğunu anlayır, ölkəmizlə münasibətləri gərginləşdirməyin onlar üçün faydalı olmadığının fərqindədir. Aİ rəhbərliyinin Azərbaycana münasibətdə mövqeyində əhəmiyyətli irəliləyiş yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin nəzərəçarpacaq dərəcədə artmasında da özünü göstərir.

Bu günlərdə Brüsseldə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb. Görüş zamanı Komitə üzvləri ilə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair əsaslı müzakirələr aparılıb.

"Komitəyə Azərbaycanın regionda irəli sürdüyü sülh gündəliyi, o cümlədən sülhün iqtisadi faydaları, Zəngəzur dəhlizinin inkişafı və etimad quruculuğu tədbirləri barədə məlumat verdim. Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızı və tərəfdaşlığımızı gücləndirmək üçün gələcək addımları tam dəstəklədiklərini ifadə etdiklərinə görə təşəkkür edirəm", - Prezidentin köməkçisi "X" hesabındakı paylaşımda qeyd edib.

Hikmət Hacıyev Avropa İttifaqının rəsmi şəxsləri ilə görüşünə dair digər bir paylaşımda qeyd edib: "Mən Avropa İttifaqından olan həmkarlarımla Azərbaycan və Aİ arasında münasibətlərdə son vaxtlar müşahidə olunan müsbət dinamikanı müzakirə etməkdən məmnun oldum. Biz ikitərəfli gündəliyin geniş spektrini və Azərbaycan-Aİ tərəfdaşlığının daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq".

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri, səfir Delfin Pronk isə öz növbəsində sosial şəbəkə hesabında bildirib ki, regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb. Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır.

Bu gün Azərbaycan Avropa siyasi məkanında mövqeyini ardıcıl olaraq möhkəmləndirir, Avropa üçün etibarlı və strateji əhəmiyyətli tərəfdaş rolunu oynayır. Regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas qüvvə olmaqla yanaşı, enerji təhlükəsizliyində, nəqliyyat dəhlizlərinin şaxələndirlməsində də mühüm oyunçudur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Onların  arasında 8-i Aİ-nin üzv dövləti olmaqla 10 Avropa ölkəsi var. Hazırda ölkəmizdən ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Avropanın etibarlı enerji tərəfdaşı statusunu qazanmış Azərbaycan hazırda yaşıl enerji sahəsində də əməkdaşlığı inkişaf etdirir. Qara dənizdən Avropaya çəkiləcək "yaşıl kabel" layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə iştirak edir.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə görüşlərində iştirakı və qarşı tərəfin müraciətləri əsasında Avropa liderləri ilə görüşləri bir daha Aərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu, etibarlı tərəfdaş statusunu vurğulayır. Bu ilin oktyabrında keçirilən Kopenhagen Zirvəsində ölkəmizə və onun liderinə böyük maraq özünü göstədi. 

Dövlət başçısı sammitdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirib. Aİ rəhbərləri Azərbaycan liderini Vaşinqtonda Ermənistanla əldə edilmiş sülh razılaşmasına görə təbrik edərək sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildiriblər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu deyiblər.

Bu gün Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat, təhlükəsizlik sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi qəbul edilir. Təkcə regional deyil, dünya çapında əhəmiyyətli aktora çevrilən Bakı Avropa İttifaqı ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahələrində əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu, Aİ-ni Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istədiyini bəyan edir.

Yeri gəlmişkən, bu günlərdə Bakı və İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono yerli mediaya müsahibəsində regionda kommunikasiya xətlərinin açılması prosesində, eyni zamanda “Tramp marşrutu” layihəsinin icrasında Aİ-nin mümkün iştirakına toxunaraq deyib ki, konnektivlik gündəliyi və Orta Dəhliz Aİ üçün əsas prioritetlərdir və bunlar bölgənin kritik infrastrukturu ilə bağlı məsələlərdir: “Tərəflərlə və ABŞ-la apardığımız müzakirələr nəticəsində son zamanlarda gələcək regional konnektivlik infrastrukturunun Naxçıvan seqmenti prioritet kimi seçilib. Bu, əlbəttə ki, Naxçıvanın həm cənubunda, həm də şimalında Ermənistanla əlaqələri əhatə edir və 42 km-lik TRIPP seqmentini effektiv şəkildə birləşdirmək və layihələrin bütün region üçün inklüziv olmasını təmin etmək məqsədi daşıyır. Biz hazırda mümkünlüyün öyrənilməsi üzrə tədqiqatlar aparırıq və potensial investisiya imkanlarını araşdırırıq. Həmçinin Beynəlxalq Maliyyə İnstitutları və özəl sektoru da buraya cəlb etməyə çalışırıq”.

Hazırda Azərbaycanla Aİ arasında yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlar və yeni ikitərəfli Saziş layihəsi üzrə müzakirələr davam edir. Maqdalena Qrono ümid edir ki, bu danışıqlar çox tez bir zamanda nəticə verəcək, beləliklə, biz ikitərəfli gündəmimizə müsbət və hərtərəfli şəkildə fokuslana biləcəyik.

Göründüyü kimi, Azərbaycan-Aİ gündəliyi ikitərəfli əməkdaşlığı dərinləşdirəcək kifayət qədər əhəmiyyətli, strateji sahələri əhatə edir. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı “525”ə şərhində bu istiqamətdə dinamikanı müsbət qiymətləndirib: “Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsselə çox uğurlu səfər etdi, həm NATO qərargahında, həm Avropa İttifaqında əhəmiyyətli görüşlər keçirdi. Daha əvvəl Aİ-nin xarici məsələlər üzrə əsas şəxsi olan Kaya Kallas Azərbaycana səfər etdi. Bununla yanaşı, cənab Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində həm Avropa İttifaqı Şurasının sədri, həm Avropa Komissiyasının rəhbəri ilə görüşlər keçirdi. Bunlar hamısı onu göstərir ki, bizim dialoqumuz kifayət qədər uğurlu şəkildə irəli aparılır. İndi onun nəticəsi vacibdir. Hələlik nəticə yoxdur. Yəni söhbət ikitərəfli əməkdaşlıqla bağlı sənəddən gedir. Həmin sənədlə bağlı bir neçə məqam razılaşdırılmamış qalsa da, ümumən demək olar ki, 90-95 faiz işlənib. Məlumdur ki, sənəd təsdiq olunmaq üçün həm Avropa Parlamentindən, həm üzv ölkələrin parlamentlərindən keçməlidir. Yada salsaq ki, o parlamentlərin bəzilərində Azərbaycana qarşı müxtəlif bəyanatlar qəbul olunub, belə olan halda təbii ki, sənədə də bir əmma qoyacaqdılar. Azərbaycana qarşı hansısa qəbulolunmaz əlavələr, düzəlişlər, tələblər irəli sürə bilərdilər ki, bununla da sənəd orda ilişib qalacaqdı. Ona görə də biz sazişin işlənib təsdiqə göndərilməsinə tələsdirmirdik. Ancaq indi ab-hava dəyişib, hamı anlayır ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi paraflanıb və imzalanması, təsdiqlənməsi gündəlikdədir. İndi hansısa manelər yaradan, bəyanatlarla, tələblərlə çıxış etmək yersizdir. Ancaq hələlik elə qüvvələr var ki, götürüb Qarabağ ermənilərinin hansısa xüsusi imtiyazlarla qayıdışının, yaxud Azərbaycanda “hərbi əsirlər” adlandırdıqları şəxslərin, - halbuki onlar cinayətkardırlar -, buraxılması tələblərini ortaya ata bilərlər. Düşünürəm ki, məsələləri nəzarətdə saxlayaraq irəli getmək lazımdır”.

Deputat hesab edir ki, istənilən halda tərəflər üçün əhəmiyyətli olan üç əsas məsələ var: “Bunlar energetika sahəsi, kommunikasiyalar və təhlükəsizlikdir. Azərbaycan bu gün bölgədə Yaxın Şərq, Mərkəzi Asiya üçün təhlükəsizlik məsələsinə görə ən önəmli bir dövlətdir.  Azərbaycanla bu sahədə həm əməkdaşlıq etmək, həm dialoq aparmaq Avropa İttifaqı üçün də əhəmiyyətlidir. Ona görə də düşünürəm ki, ikitərəfli sənədin imzalanıb ratifikasiyaya göndərilməsi hələlik bəlkə baş tutmasa belə, əsas sadaladığım istiqamətlərdə həm dialoq, həm əməkdaşlıq irəli aparılacaq”. 

Zəngəzur dəhlizində Aİ-nin mümkün iştirakçılığına gəlincə, R.Musabəyov deyib ki, Azərbaycan birtərəfli qaydada Ermənistan sərhədinə qədər dəmir yolunun və antomobil yolunun müasir standartlara uyğun şəkildə gələn ilin ortası, ən uzağı axırı üçün inşasını Ağbəndə kimi başa çatdıracaq.

Mehridən keçən yolun maliyyələşməsini ABŞ öz üzərinə götürüb: “Ermənistana bu məqsədlə 145 milyon dollar vəsait ayırıb. İndi Naxçıvanda olan yol qalıb ki, o yol mövcuddur, ancaq demək olar ki, 35 ildir çox nadir hallarda istifadə olunub. Biz istədiyimiz sürəti təmin etmək istəyiriksə, yolun mütləq şəkildə modernləşdirilməsi, yenilənməsi gündəlikdə olmalıdır. İndi Avropa İttifaqı bu layihəyə görə Azərbaycana investisiya ayıra bilər, necə ki, bu gün Ermənistan ərazisində Şimal-Cənub adlanan avtomobil yoluna vəsait ayırıb. Həmin yol Avropaya lazım deyil, İran onu Avropanın puluna inşa edir və  əslində bu, İrana lazımdır. Avropa İttifaqı isə buna pul ayırır. Halbuki Mərkəzi Asiyaya çıxış əldə etmək üçün bütün qatarlar, avtomobillər Naxçıvandan keçməlidir. Ona görə əllərin ciblərinə salmalıdırlar. Biz bunu öz vəsaitimiz hesabına onsuz da edəcəyik, amma Avropa üçün ondan istifadə olunması şərtləri heç də ürəkləri istəyən şəkildə olmayacaq”.    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri