Icma.az
close
up
RU
Bakı Brüssel xəttində yeni mərhələ: Azərbaycan artıq Avropa üçün strateji zərurətdir ŞƏRH

Bakı Brüssel xəttində yeni mərhələ: Azərbaycan artıq Avropa üçün strateji zərurətdir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 iyul, AZƏRTAC

Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin keçirdiyi görüş və mətbuata verdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlandığını nümayiş etdirdi. Bu, sadəcə növbəti diplomatik görüş deyildi. Son aylarda Avropa İttifaqı rəhbərliyinin ən yüksək səviyyədə ardıcıl şəkildə Bakıya səfərləri göstərir ki, Brüssel artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik siyasətinin ayrılmaz hissəsinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik” fikri son illərin geosiyasi reallığının siyasi təsbitidir. Həqiqətən də əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, daha sonra isə Ursula Fon der Lyayenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmi açıq şəkildə ortaya qoyur. Ən diqqətçəkən məqamlardan biri enerji məsələsinin artıq təkcə iqtisadi deyil, siyasi təhlükəsizlik məsələsinə çevrilməsidir. Prezident İlham Əliyev təsadüfi olaraq bildirmədi ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir.

“Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir. Növbəti beş-altı il ərzində səkkiz giqavat günəş və külək enerjisinin istehsalına imkan verəcək müqavilələrin imzalanması Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək iddiasını gücləndirir. Xəzərin küləyi və Azərbaycanın günəşi artıq Avropanın enerji balansının gələcək elementlərindən biri kimi qiymətləndirilir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir”, - deyə deputat bildirib.

Müsahibimiz diqqətə çatdırıb ki, görüşün digər strateji istiqaməti nəqliyyat və logistika idi. Dünyada ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xətləri Azərbaycanın əhəmiyyətini daha da artırır: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlər üzrə artır və ölkə buna uyğun olaraq liman, dəmir yolu və logistika infrastrukturuna milyardlarla investisiya yatırır. Bu gün Avropa üçün Cənubi Qafqaz artıq Asiya ilə birləşdirən strateji qapıdır. Məhz buna görə Avropa Komissiyası regionun nəqliyyat, enerji və rəqəmsal bağlantısını gücləndirmək məqsədilə 200 milyon avroluq yeni təşəbbüs elan edib”.

Deputat bildirib ki, diqqətçəkən ən mühüm siyasi mesajlardan biri də sülh prosesi ilə bağlı idi: “Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh artıq qurulub və Bakı bunun praktik nəticələrini göstərmək üçün konkret addımlar atır. Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq ixracının başlanması regionda yeni iqtisadi münasibətlər modelinin formalaşdığını göstərir. Dövlətimizin başçısının “Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur” fikri əslində Azərbaycanın yeni regional strategiyasının mahiyyətini ifadə edir. Burada diqqətçəkən başqa məqam Avropa Komissiyasının da bu prosesi açıq şəkildə dəstəkləməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan etməsidir.

Bütün bunların fonunda Bakı ilə Brüssel arasında münasibətlərin mahiyyəti dəyişir. Bir neçə il əvvəl əsas müzakirə mövzusu enerji tədarükü idisə, indi gündəlikdə ticarət, yaşıl enerji, nəqliyyat dəhlizləri, regional təhlükəsizlik, sülh və uzunmüddətli iqtisadi inteqrasiya dayanır. Avropa Komissiyasının yeni hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək niyyətini açıqlaması da bunun göstəricisidir.

Bu görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq Avropa üçün sadəcə enerji ixrac edən ölkə deyil. O, Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində əsas dayaq nöqtələrindən biridir.

İyulun 1-də Bakıda verilən mesaj isə aydın idi: Avropa ilə Azərbaycan arasında münasibətlər artıq keçmişin ehtiyacları üzərində deyil, gələcəyin ortaq maraqları üzərində qurulur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri