Icma.az
close
up
RU
Bakı bu adamın Ağ Evə gəlişini gözləyir Hər şey 40 gün sonra bilinəcək

Bakı bu adamın Ağ Evə gəlişini gözləyir Hər şey 40 gün sonra bilinəcək

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibi Entoni Blinkenin ölkədəki insan hüquqları və azadlıqları ilə bağlı tənqidi fikirlərini pisləyib. Belə ki onun sözügedən açıqlaması “mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanat” kimi qiymətləndirilib.

ABŞ təzyiqi nədən artırır? Bu, müvəqqətidir? Entoni Blinken nəyin, kimin qisasını almağa çalışır? Tramp hakimiyyəti təhvil aldıqdan sonra Vaşinqton-Bakı münasibətləri normallaşacaq?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, dekabrın 11-də Entoni Blinkenin Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı çıxışı təəssüf doğurur:

“Təhrif olunmuş tezislər sərgiləyir. O, öz çıxışı ilə Azərbaycanın daxili işlərinə qarışır, məhkəməyə təzyiq etmək istəyir. Azərbaycan XİN bu addıma çox düzgün cavab verdi. Həqiqətən də ABŞ-ın birtərəfli mövqeyi rəsmi Bakı tərəfindən qəbuledilməzdir. Bir neçə dəfə bu halın şahidi olmuşuq. Azərbaycana təzyiq etmək istəyiblər, Bakı da öz milli, dövlət maraqlarını heç nəyə dəyişməyib. Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçi olmaq istəyir.

Elşad Həsənov

Bu məqsədlə may ayında Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşlər keçirib, danışıqlar aparıb. Oktyabr ayının sonunda ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubunda Ermənistan və Azərbaycan arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirmişdi. Lakin məlum olduğu kimi ölkəmizin irəli sürdüyü haqlı tələblər təmin olunmadığı müddət ərzində həmin müqavilənin imzalanması mümkün deyil”.

Politoloqun sözlərinə görə, Bayden administrasiyası bu sahədə heç nəyə nail ola bilmədiyindən ölkəmizə qarşı qəzəblidir:

“Blinken Azərbaycana son dəfə də olsa təzyiq etməyə çalışır. Qarayaxma kampaniyası aparır, məsələləri birtərəfli qaydada qiymətləndirir. Bunlar ölkəmiz üçün qəbuledilməzdir. Yeni administrasiya ilə Azərbaycanın münasibətləri normallaşacaq. Bayden dövründəki problemlər Trampın dövründə qaydasına düşə bilər. Azərbaycan Cənubi Qafqazda liderdir. ABŞ üçün də önəmli rola malikdir. Uzun illər Bakı Vaşinqtonla əməkdaşlıq edib. Prezident seçkiləri ərəfəsində Donald Tramp və Kamala Harrisin namizədliyi məlum olanda Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, ABŞ-la münasibətlərimiz Respublikaçıların dövründə daha yaxşı idi. Çünki Demokratlar birtərəfli mövqedən çıxışlar etdilər, Ermənistana dəstək göstərdilər. Hərbçilərə təlimlərin keçirilməsi, maliyyə yardımları da bu siyahıya daxildir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri