Icma.az
close
up
RU
Putin güzəşt etmir Hər şey 12 gündən sonra bilinəcək

Putin güzəşt etmir Hər şey 12 gündən sonra bilinəcək

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Rusiyaya verdiyi müddəti azaltmaq qərarına gəlib. Tramp Rusiyaya verdiyi möhləti 50 gündən 10-12 günə endirib. 

Bəs bu müddət bitəndən sonra ABŞ həm iqtisadi, həm də hərbi cəhətdən Rusiyaya nə edə bilər?

Mövzu ilə bağlıl Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzovun sözlərinə görə, Tramp prezidentliyinin əvvəlində Rusiyaya qarşı olduqca loyal münasibət sərgiləyib, hətta onun Putinə yaxınlığı barədə iddialar da səsləndirilib:

“Tramp ikinci dəfə prezident olanda ABŞ-nin Rusiyaya qarşı münasibəti inanılmaz dərəcədə loyal idi. Hətta o vaxt iddia edirdilər ki, Tramp cavanlıqda Putinlə birlikdə agent olub. Trampın məqsədi isə Ukrayna ilə Rusiyanı güzəştə getməsini təmin etmək idi. Ukrayna hazır olsa da, Rusiyanın addım atmaması stol arxasına oturmağa mane oldu. Tramp Putinlə son telefon danışığından sonra narazılığını ifadə etdi və bildirdi ki, Putin müharibəni sona qədər davam etdirməklə insanları öldürməkdə israrlıdır”.

Novruzov qeyd edir ki, Trampın bu mövqeyi dəyişməsi, Rusiya tərəfindən heç bir güzəştin edilməməsi ilə əlaqədardır:

“Dünən Tramp açıqlamasında Putinlə danışıqda maraqlı olmadığını bildirdi. Görünür ki, Rusiyanın heç bir güzəştə getmək fikri yoxdur. Bu da başa düşüləndir çünki Putin hazırda hakimiyyətini müharibə hesabına təmin edir. Bir çox dövlət tərəfindən cinayətkar kimi tanınır, həbs olunma ehtimalı var. Hansısa güzəştə getsə, xalq onu bağışlamayacaq. Digər tərəfdən, üstünlük də ondadır. Strateji olmasa da, taktiki baxımdan 1-2 həftədən bir hansısa ərazini tutur, uğurlar əldə edir. Tramp da Putinin güzəştə getməyəcəyini anladığı  an təzyiqə başladı. Telefon danışığından sonra sanksiyalar məsələsinin də aktualaşması buna sübutdur. Tramp artıq Putini açıq-aydın hədələyir. ABŞ liderinin əvvəlki Rusiyaya qarşı loyal münasibəti Avropanın narazılığına səbəb olmuşdu. Amerika tərəfləri bir araya gətirməyə çalışdıqca Avropa da bir tərəfdən Ukraynanı silahlandırırdı. Avropa müharibənin bitməsini istəmir çünki belə olan halda Rusiya qonşu Avropa ölkələr üçün təhdid yaratmağa başlayacaq. Rusiya da bunlara adekvat cavab verir ki, bu da müharibənin bitməsinin qarşısını alır. Tramp artıq etdiklərinin nəticə vermədiyini anladığı üçün Rusiyaya qarşı mövqeyini dəyişmək qərarını aldı”. 

Siyasi şərhçiyə görə, qarşıdakı 12 gün ərzində ciddi dəyişikliklər gözlənilmir:

“Bu vaxta qədər nə olubsa, o da olub. Buna görə də 12 gündən sonra da böyük dəyişiklik baş verməyəcək. Gözlənilən yenə sankiyaların tətbiqidir. Rusiya isə sanksiyalara öyrəşib artıq. ABŞ Ukraynanı silahlandıra bilər ki, bu da dünya müharibəsi ehtimalını yenidən aktuallaşdıracaq. Putini əsəbiləşdirdikcə nüvə silahı məsələsini yenidən gündəmə gətirəcək. İndiki vəziyyət elədir ki, müharibənin bitmə ehtimalı genişlənməsindən daha azdır. Hər an Rusiya ona qonşu növbəti ölkəyə keçə bilər və ya Rusiyaya qarşı yeni bir cəbhə açıla bilər”. 


Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri