Icma.az
close
up
RU
Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?

Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. 

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar “Bakibaku” saytı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinin fəaliyyətinə birbaşa məsul olan qurum cavablandırıb.

– Payız yağışları yaxınlaşır. Bakının hazırkı kollektor sistemi bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?

– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları payız və qış mövsümünə hazırlıq çərçivəsində kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi, eləcə də kanalizasiya nasos stansiyalarının və mexaniki avadanlıqların texniki vəziyyətinin yoxlanılması istiqamətində işləri davam etdirir. Bu tədbirlərin məqsədi mövcud sistemin ötürücülük qabiliyyətini maksimum səviyyədə saxlamaq və intensiv yağışlar zamanı yaranan yüklənmənin təsirini azaltmaqdır.

Son illərdə yağıntıların xarakterində dəyişiklik müşahidə olunur: bəzi hallarda qısa zaman ərzində yüksək intensivlikli leysanlar baş verir. Belə yağıntılar xüsusilə köhnəlmiş və yüksək yüklə işləyən infrastruktur üçün əlavə risk yaradır.

Bakıda kanalizasiya sistemlərinin bir hissəsinin köhnəlməsi, eləcə də şəhərin uzun illər ərzində sürətli və bəzi ərazilərdə plansız urbanizasiyası mövcud şəbəkələrə əlavə yük yaradıb. Normal şəraitdə işləyən bəzi xətlər qısa müddətdə çox böyük həcmdə yağış suyu daxil olduqda tam ötürücülük qabiliyyətini təmin edə bilmir.

Bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında içməli su, tullantı su və yağış sularının idarə olunmasının təkmilləşdirilməsi 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Proqram mərhələli şəkildə icra olunacaq və yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun yaradılması hesabına intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması nəzərdə tutulur.

– Yanvar ayında Prezidentin sədrliyi ilə keçirilən müşavirədə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması tapşırılmışdı. Bu işlərin hansı hissəsi artıq başa çatıb, payıza qədər daha nə görüləcək?

– Dövlət Proqramı çərçivəsində 12 yeni kollektorun tikilməsi və 3 mövcud kollektorun bərpası nəzərdə tutulur. Hazırda 7 kollektor və bir sıra əlaqəli infrastruktur layihələri üzrə işlər başlanıb, digər layihələr üzrə isə layihələndirmə və hazırlıq mərhələsi davam edir.
Bakı şəhəri və Abşeron yarımadasında Pirşağı hövzəsi, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan istiqaməti, Lökbatan, Müşfiqabad, Sahil, Böyükşor və Zığ–Hövsan istiqamətləri üzrə kollektor və tullantı sularının idarə olunması infrastrukturu ilə bağlı işlər mərhələli şəkildə həyata keçirilir.

Bakının 30 küçəsində nəzərdə tutulan yağış və tullantı su şəbəkələrinin qurulması da Dövlət Proqramının tərkib hissəsidir. Bu işlər vahid layihə deyil, müxtəlif ərazilər və infrastruktur elementləri üzrə mərhələli şəkildə həyata keçirilir. Ona görə də nəticələr ayrı-ayrı küçə və ərazilərdə işlərin tamamlanma qrafikinə uyğun olaraq hiss olunacaq.

Məqsəd yalnız yeni kollektorların tikilməsi deyil, həmin kollektorları qidalandıracaq geniş şəbəkənin də yaradılmasıdır. Bu şəbəkə genişləndikcə tullantı və yağış sularının daha sistemli idarə olunması və subasma riskinin mərhələli şəkildə azaldılması mümkün olacaq.

– Bakıda kanalizasiya təminatı hazırda təxminən 50%-dir. Bu rəqəm bu ilin sonuna qədər real olaraq nə qədər artacaq?

– Hazırda Bakıda əhalinin təxminən 50 faizi mərkəzləşdirilmiş kanalizasiya xidməti ilə təmin olunur. 95 faizlik hədəf bir il üçün nəzərdə tutulmuş göstərici deyil. 2026–2035-ci illər üzrə Dövlət Proqramına əsasən, bu hədəfə yeni kollektorların, kanalizasiya şəbəkələrinin və tullantı sutəmizləyici qurğuların tikilməsi, eləcə də mövcud infrastrukturun yenilənməsi hesabına mərhələli şəkildə çatılması nəzərdə tutulur.

2026-cı il proqramın ilk mərhələsidir və əsas diqqət layihələndirmə, tikinti və yenidənqurma işlərinin başlanmasına və intensivləşdirilməsinə yönəlib. Buna görə ilin sonuna qədər müəyyən irəliləyiş gözlənilsə də, əsas artım yeni infrastrukturun mərhələli şəkildə istifadəyə verilməsi ilə sonrakı illərdə baş verəcək.

– Son dövrlərdə yağan leysanlar nəticəsində su altında qalan konkret ərazilər üçün bu payız ayrıca təcili tədbir planı varmı?

– İntensiv yağışlar zamanı riskli hesab olunan ərazilər üzrə əməliyyat tədbirləri əvvəlcədən planlaşdırılır. Yağış və tullantı su kollektorlarının, kanalizasiya nasos stansiyalarının və əlaqəli xətlərin iş rejimi mövcud vəziyyətə uyğun tənzimlənir, zəruri hallarda axınların alternativ istiqamətlər üzrə ötürülməsi üçün texniki imkanlardan istifadə olunur.

Xırdalan, Binəqədi, Biləcəri, Qaradağ, eləcə də Xətai, Nizami, Nərimanov və Sabunçu rayonlarının ayrı-ayrı ərazilərində yağış sularının idarə olunması üçün mövcud kollektor və nasos sistemləri gücləndirilmiş rejimdə nəzarətdə saxlanılır.

İntensiv yağış proqnozlarından əvvəl dislokasiya nöqtələri müəyyən edilir, xüsusi təyinatlı nasos və texnikanın riskli ünvanlara yaxın yerləşdirilməsi təşkil olunur. Məqsəd su yığıntısı baş verdikdə müdaxilə imkanlarını sürətləndirmək və mövcud infrastrukturun imkanlarından maksimum istifadə etməkdir.

– Yağış və məişət suları hazırda eyni kollektora yönəlir. Bu iki sistemin ayrılması Bakı üçün nə vaxt planlaşdırılır?

– Bakıda yağış və məişət tullantı sularının idarə olunması sistemlərinin ayrılması mərhələli şəkildə həyata keçiriləcək. 2026–2035-ci illər üçün təsdiqlənmiş Dövlət Proqramında yağış sularının ayrıca idarə olunması üçün yeni kollektorların və şəbəkələrin yaradılması, mövcud infrastrukturun isə yenilənməsi nəzərdə tutulur.

İlk mərhələdə – 2026–2030-cu illərdə – əsas tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Proqram çərçivəsində 12 yeni kollektorun tikilməsi, 3 kollektorun bərpası və 30 küçədə yeni yağış və tullantı su şəbəkələrinin inşası nəzərdə tutulur. Sistemlərin ayrılması bütün şəhər üzrə eyni vaxtda deyil, yeni infrastruktur istifadəyə verildikcə mərhələli şəkildə baş verəcək.

– Leysan zamanı ADSEA-nın əməliyyat qrupları hansı prinsiplə işləyir? Vətəndaş çağırış etdikdə orta müdaxilə vaxtı nə qədərdir?

– Leysan və intensiv yağışlar zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarının əməliyyat qrupları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yağış və kanalizasiya xətləri, kollektorlar, baxış quyuları və yağış barmaqlıqları operativ nəzarətdə saxlanılır. Su yığıntısı yaranan ərazilərə vəziyyətə uyğun olaraq qəza briqadaları və xüsusi texnika cəlb edilir, tutulmuş xətlərin açılması və suyun çəkilməsi üzrə tədbirlər görülür.

Vətəndaş müraciətləri 24 saat fəaliyyət göstərən 955 Çağrı Mərkəzi vasitəsilə qəbul edilir və aidiyyəti əməliyyat qruplarına yönləndirilir. Müdaxilə üçün vahid orta vaxt göstərmək düzgün olmazdı, çünki bu müddət hadisənin miqyasından, ərazidəki vəziyyətdən, eyni vaxtda daxil olan müraciətlərin sayından və texnikanın əlçatanlığından asılı olaraq dəyişir. Prioritet təhlükə və risk səviyyəsi daha yüksək olan ərazilərə verilir.

– Bu il yayda baş verən Oğuz-Qəbələ-Bakı kəməri qəzasından sonra əsas magistral xəttin payıza qədər tam bərpası təmin olunubmu?

– Hazırda beynəlxalq maliyyə institutlarının iştirakı ilə mütəxəssislər cəlb edilərək müvafiq qiymətləndirmə işləri aparılır. Gələn il ərzində isə müvafiq tender prosedurlarının həyata keçirilməsi nəzərdə tutulur.

Magistral su xətlərinin bərpası yalnız Oğuz–Qəbələ–Bakı kəmərini deyil, həmçinin Bakı şəhərinin içməli su ilə təmin edilməsində iştirak edən bütün mənbə qurğularını əhatə edəcək. Bu bərpa işləri nəticəsində Bakı şəhərinə daxil olan suyun keyfiyyətinin yaxşılaşdırılması, eləcə də su təchizatı sisteminin məhsuldarlığının artırılması təmin olunacaq.

– Bakı sakinləri leysan zamanı öz evlərinin su altında qalmasının qarşısını almaq üçün ADSEA-ya necə müraciət edə bilər və bu müraciətlərə real vaxtda cavab veriləcəkmi?

– Bakı sakinləri leysan zamanı ev və həyətlərdə su yığılması, yağış sularının çəkilməməsi və kanalizasiya infrastrukturu ilə bağlı problemlər barədə 24 saat fəaliyyət göstərən 955 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Müraciət zamanı dəqiq ünvanın, problemin xarakterinin və mümkündürsə suyun hansı istiqamətdən gəldiyinin bildirilməsi operativ qiymətləndirməyə kömək edir. Daxil olan məlumatlar aidiyyəti üzrə rayon sukanal strukturlarına və əməliyyat qruplarına yönləndirilir, zəruri hallarda əraziyə briqada və xüsusi texnika cəlb olunur.

İntensiv yağış zamanı eyni vaxtda çoxsaylı müraciətlər daxil ola bildiyindən müdaxilə müddəti vəziyyətin miqyasına və risk səviyyəsinə görə dəyişə bilər. Müraciətlər təhlükə dərəcəsi və texniki imkanlar nəzərə alınmaqla operativ şəkildə prioritetləşdirilir.

– Duzsuzlaşdırma və digər yeni layihələr içməli suya yönəlib, bəs yağış suyunun idarə olunması üçün ayrıca hansı büdcə və müddət nəzərdə tutulub?

– Dəniz suyunun duzsuzlaşdırılması layihəsi içməli su təminatının artırılmasına yönəlmiş ayrıca bir layihədir. Bakı və Abşeron yarımadasında yağış sularının idarə olunması isə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında ayrıca infrastruktur istiqaməti kimi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində 2026–2030-cu illərdə əsas magistral xətlərin və kollektorların tikintisinin həyata keçirilməsi, 2031–2035-ci illərdə, yəni Proqramın ikinci mərhələsində isə paylayıcı və toparlayıcı şəbəkələrin inşasının təmin edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin içməli su və tullantı su xidmətlərinə çıxış imkanlarının 95 faizə qədər artırılması planlaşdırılır.

– Son illərdə Bakıda hər yağışdan sonra təkrarlanan bu mənzərənin kökündən dəyişməsi üçün real olaraq neçə ilə ehtiyac var sizcə?

– Qeyd etdiyimiz kimi, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində tullantı su və yağış suyu infrastrukturlarının mərhələli şəkildə yenidən qurulması və bir-birindən ayrılması nəzərdə tutulur. Proqram çərçivəsində həyata keçirilən layihələrin ilk nəticələrinin yaxın 2 il ərzində ayrı-ayrı ərazilərdə tədricən hiss olunması gözlənilir. Sonrakı mərhələlərdə yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun istifadəyə verilməsi ilə subasma riskinin daha da azaldılması nəzərdə tutulur. 2035-ci ilədək isə şəhərin yağış və tullantı su infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və intensiv yağıntılar zamanı yaranan risklərin əhəmiyyətli dərəcədə azaldılması əsas hədəflərdən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri