Icma.az
close
up
RU
Azəristilik qışa nə dərəcədə hazırdır? RƏSMİ CAVAB

Azəristilik qışa nə dərəcədə hazırdır? RƏSMİ CAVAB

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Payız-qış mövsümü yaxınlaşdıqca paytaxtın istilik təchizatına hazırlıq işlərinin vəziyyəti əsas müzakirə mövzularından birinə çevrilir.

Bu barədə Azəristiliktəchizat ASC-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində magistral və məhəllədaxili istilik xətlərində sınaq-yoxlama tədbirləri həyata keçirilir:

“Müəyyən edilən texniki nasazlıqlar isə mövsüm başlamadan əvvəl aradan qaldırılır. Bununla yanaşı, qazanxanaların tam sınaqdan keçirilməsi, avadanlıqların sazlanması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlər aparılır. İstehlakçılara xatırladılıb ki, borcların vaxtında ödənilməsi həm xidmətin keyfiyyətinin qorunmasına, həm də istilik təchizatında dayanıqlığın təmin edilməsinə şərait yaradır”.

Qurumdan onu da qeyd ediblər ki, istismarı qeyri-səmərəli olan köhnə tipli qazanxanaların mərhələli şəkildə modernləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir:

“2024-cü ildə ilkin mərhələdə yararsız vəziyyətdə olan 4 qazanxana tam sökülərək müasir avadanlıqlarla yenidən qurulub və modernləşdirilib. Zirzəmidə yerləşən 1 qazanxana isə zirzəmidən çıxarılaraq yenidən inşa olunub.

Modernləşdirilən qazanxanaların ümumi gücü 20,6 MVt (17,75 Qkal/saata) bərabərdir. Bu güc 53 yaşayış binası, 4 məktəb, 5 uşaq bağçası, 2 səhiyyə müəssisəsi və 24 digər istehlakçının keyfiyyətli istiliklə təmin edilməsinə imkan verəcək“.

Qeyd edək ki, yeni qazanxanaların 15 noyabr istilik mövsümünə qədər istismara verilməsi nəzərdə tutulur.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri