Icma.az
close
up
RU
Bakı bulvarında üfunət Ekoloq hökumətə TƏKLİF VERDİ

Bakı bulvarında üfunət Ekoloq hökumətə TƏKLİF VERDİ

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Milli Məclisdə çıxışı zamanı deputat Nəsib Məhəməliyev bildirib ki, Bakıda bulvar ərazisi bizim fəxr olunası ərazimiz sayılsa da, gecələr ora gedəndə baxırsan ki, şəhərin kanalizasiya sisteminə qoşulduğu üçün eybəcər bir qoxu gəlir.

Qeyd edək ki, Bakı bulvarındakı kanalizasiya qoxusu ora gedən hər kəsə məlumdur.

Bəs hansı işlər görülməlidir ki, bulvarda ekoloji vəziyyət yaxşılaşsın?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən ekoloq Sadiq Həsənov qeyd etdi ki, Bakı şəhərinin bulvarının bu vəziyyətdə olmasının əsas səbəblərindən biri 50-100 il arasında, həmin əraziyə həddindən artıq çirkab sularının axıdılmasıdır:

"Kanalizasiya sularının, sənaye sularının axıdılması və onların tərkibinin həddindən artıq müxtəlif cür kimyəvi elementlərdən ibarət olması həmin suların dənizin dibinə, sanki, çökməsinə səbəb olub. Orada müxtəlif maddələrlə, dənizin təsirindən, suyun təsirindən, sonra müxtəlif maddələrlə kimyəvi əlaqəyə girərək möhkəm bir çirklənmiş zona yaradıblar. Çox güman ki, onun təmizlənməsi elə də asan məsələ deyil. Uzun illərin çirkab suları, çirkab materiallar, qarışıq kimyəvi maddələrin təsirindən orada artıq havası pis olan bir atmosfer yaranıb".

Ekoloq hesab edir ki, bunun təmizlənməsi üçün hökumətin ayrıca proqramları qəbul olunmalıdır:

"Çünki çox çətin bir işdir, yəni onları təmizləmək, dənizin dibindən toplamaq, harasa daşımaq, sonra onları utilizasiya etmək çətin proseslərdir. Bakı bulvarı Bakının gözü olduğundan, Bakının ən görməli yeri olduğundan, onun təmizlənməsinə çox ciddi ehtiyac var. Əsas məsələ odur ki, o kanalizasiya sularının axıdılması dayandırılıb. Yəni onlar artıq başqa istiqamətdə yönəldilib və bundan sonra müəyyən tədbirlər görülsə, həmin mühiti sağlamlaşdırmaq mümkündür.

İlk növbədə kanalizasiya və sənaye sularının axıdılmasının dayandırılmasına əmin olmaq, mənbəni kəsmək lazımdır. İkinci isə müxtəlif texniki vasitələr cəlb etməklə, həmin dibə çökmüş ağır metalları, müxtəlif kimyəvi maddələrin qarışığını, karbohidrogenləri və digər maddələri ordan təmizləmək lazımdır. Bir az çətin və baha başa gələn üsuldur".

Müsahibimiz bildirdi ki, biz əgər Bakı bulvarını təmiz görmək və ordan xoş bir ab-havanın, xoş bir qoxunun gəlməsini istəyiriksə, bunları etməliyik:

"Bunun üçün mən düşünürəm ki, iri texnikalar cəlb olunduğuna görə hökumətin müəyyən planları olmalıdır və tədbirlər planı hazırlanmalıdır. Həmin toplanmış çirkab materialların utilizasiyası eyni zamanda həyata keçirilməlidir. Məncə, dənizin daha bir az da dibinə getdikcə, orada 30 sm-dən 1 m-ə qədər hündürlüyündə çirkablar var. Bu metodlar tətbiq olunsa, müəyyən müddətdən sonra həmin ərazini sağlamlaşdırmaq mümkün olar".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri