Icma.az
close
up
RU
Məlahət İbrahimqızı boşanmalarla bağlı məsələ qaldırdı, hökumətə təklif VERDİ

Məlahət İbrahimqızı boşanmalarla bağlı məsələ qaldırdı, hökumətə təklif VERDİ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ölkəmizdə ildən-ilə çox sürətlə artan və Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarında əks etdirilmiş boşanan ailələrin, nikaha girən ailələrin təxminən 50%-ni təşkil etməsidir. Xüsusilə də son üç ilin mənzərəsi çox düşündürücüdür".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin depuatı Məlahət İbrahimqızı parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirdi.

O, qeyd etdi ki, dövlətimizin başçısı çıxışlarında daim ailə institutunu xalqımızın min illər boyu yaratmış olduğu zəngin milli dəyərlərin tərkibi adlandırır və güclü millətin formalaşdırılmasında gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsində güclü ailə institutunun müstəsna əhəmiyyətini və onun qorunmasının zəruri olduğunu qeyd edir:

"Bu mənadaa ölkəmizdə ildən-ilə artan boşanmalar gələcəkdə dövlətimizin milli təhlükəsizlik konsepsiyasının tərkibi olan demoqrafik təhlükəsizliklə, aliment fondu kimi səsləndirilən problemlərlə, ailədə olan uşaqların psixoloji sağlamlığı və tərbiyəsi ilə bağlı ciddi problemlər yarada bilər. Bu isə son dərəcədə gələcəkdə dövlətimiz üçün ciddi maliyyə tutumlu yeni sosial proqram və strategiyaların hazırlanmasını zəruri edir.

Artıq 1950-ci illərdən dünyanın ən inkişaf etmiş ölkələrində, eləcə də qardaş Türkiyədə məhkəmələr, mediasia institutları ilə bərabər ailə məhkəmələri də fəaliyyət gösytərir. Ailə məhkəmələrinin strukturunda hakim, psixoloq, sosial işçi, pedaqoq, vəkil kimi mütəxəssislər fəaliyyət göstərir və ailə məhkəmələrinin əsas vəzifələri, məqsədləri heç də boşanma ilə müraciət etmiş tərəflərin nikahına xitam vermək deyil, ailənin bərpası, ailədaxili münaqişələrin və şiddətin aradan qaldırılması, uşaqların qorunması, o cümlədən maarifləndirici fəaliyyətdir. Təəssüff ki, bu gün dünyanın bütüün ölkələrində olduğu kimi, Azərbaycanda da, hətta ən inkişaf etmiş ölkələrdə hakim, hüquqşünas və vəkil çatışmazlığı və məhkəmələrdə onların ağır iş yükü səbəbindən ailə mübahisələrinə, mübahisələri ilə bağlı müracidətlərə bir çox hallarda qərarlar tələsik verilir.

Bugünkü iclasda Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərinin iştirakını nəzərə alaraq onlara bir neçə sual ünvanlamaq istəyərdim: Boşanmaların sürətlə artmasının qarşısının alınması və ailə institutunun qorunması ilə bağlı qarşıda hansısa bir proqram və strategiyaların hazırlanması gündəmdədirmi? Boşanmaların sürətlə artma səbəbləri akademik səviyyədə araşdırılıb, öyrənilirmi? Və nəhayət, yaxın gələcəkdə ölkəmizdə prezidentimizin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar çərçivəsində ölkəmizdə də ailə məhkəmələrinin yaradılması ilə bağlı hansısa da addımların atılacağı gözlənilirmi?"

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri