Icma.az
close
up
RU
Bakı Dövlət Universitetində Azərbaycan Koreya Kompüter Elmləri Mərkəzinin açılışı olub

Bakı Dövlət Universitetində Azərbaycan Koreya Kompüter Elmləri Mərkəzinin açılışı olub

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz BDU və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə İnformasiya Təminatı Mərkəzinin bazasında yenidən qurulub və Universitetdə informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik sahələrində tədris və tədqiqat fəaliyyətinin gücləndirilməsinə xidmət edəcəkdir.

Globalinfo.az xəbər verir ki, mərkəzin yeni konsepsiya ilə istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda ali təhsil müəssisələrinə verilən çağırışlara cavab olaraq həyata keçirilmiş təşəbbüslərdəndir. Belə ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin genişləndirilməsini prioritet istiqamətlər kimi müəyyən edir. Eyni zamanda, həmin tarixdə imzalanmış Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə institusional yanaşmanın gücləndirilməsinə xidmət edir. Bu təşəbbüs ali təhsil müəssisələrinin rəqəmsal bacarıqların inkişafı, süni intellekt və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış kadr hazırlığı, elmi-tədqiqat və innovasiya fəaliyyətinin gücləndirilməsi üzrə öhdəliklərinin icrasını təmin etməyi nəzərdə tutur.

Yenilənmiş Mərkəzin əsas məqsədi müasir texnoloji çağırışlara cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla inteqrasiyası, innovativ tədqiqat mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Mərkəzin universitet–sənaye əməkdaşlığının inkişafına, tətbiqyönümlü layihələrin hazırlanmasına və tələbələrin real texnoloji problemlərin həllinə cəlb olunmasına xidmət etməsi nəzərdə tutulur.

Mərkəzin konsepsiyası süni intellekt, kibertəhlükəsizlik və kriptoqrafiya istiqamətləri üzrə inteqrasiya olunmuş fəaliyyət mühiti yaratmağa yönəlib. Süni intellekt istiqaməti maşın öyrənməsi, böyük verilənlərin analizi və ağıllı sistemlərin hazırlanması üzrə tədris və tətbiqi imkanları təqdim edir. Kibertəhlükəsizlik fəaliyyəti informasiya sistemlərinin qorunması, şəbəkə təhlükəsizliyinin təmin edilməsi və kiberhücumların qarşısının alınması üzrə praktiki bacarıqların inkişafına yönəlir. Kriptoqrafiya isə məlumatların qorunması, təhlükəsiz rabitənin təmin edilməsi və müasir şifrələmə texnologiyalarının tətbiqi üzrə praktiki bacarıqların inkişafını əhatə edir.

Mərkəz müasir tələblərə uyğun əsaslı təmir olunub və qabaqcıl texnoloji avadanlıqlarla təmin edilib. Burada kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “firewall” sistemləri, SIEM platforması, şəbəkə simulyatorları və virtual laboratoriya mühitləri tətbiq edilib. Tədris və tədqiqat prosesini dəstəkləmək üçün virtualizasiya həlləri, analitik və təlim platformalarına çıxış imkanları yaradılıb, həmçinin məntiq analizatoru və digər xüsusi təyinatlı qurğular vasitəsilə praktiki və eksperimental fəaliyyət üçün geniş şərait təmin olunub. Eyni zamanda, müasir avadanlıqlar və iş mühiti qurularaq tələbələr üçün komfortlu və funksional tədris məkanı yaradılıb.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elchin Babayev Mərkəzin yenilənməsinin dövlətin ali təhsil sahəsində innovasiya və rəqəmsallaşma siyasətinə göstərdiyi dəstək və qayğının təzahürü olduğunu vurğulayıb. Rektor bildirib ki, Mərkəzdə kibertəhlükəsizlik, kriptoqrafiya və süni intellekt kimi üç mühüm istiqamət üzrə müasir dövrün çağırışlarına cavab verən kadrlar hazırlanacaq. Yaradılan müasir infrastruktur tələbələrin praktiki hazırlığını artıracaq, innovativ düşüncə tərzini inkişaf etdirəcək və onların beynəlxalq əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına imkan verəcək.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kang Kymgu çıxışında Azərbaycan ilə Koreya arasında təhsil və texnologiya sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini və BDU-nun bu prosesdə mühüm rol oynadığını qeyd edib. O bildirib ki, BDU-da Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi iki dost ölkə arasında münasibətlərin inkişafının mühüm halqası ola bilər: “İstərdik ki, bu Mərkəzin istifadəçiləri Azərbaycanda informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinin güclənməsinə töhfə versinlər. Mərkəzdən istifadə edən tələbələrin Azərbaycan–Koreya əlaqələrinin inkişafında körpü olmalarını arzulayıram”.

Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi BDU-da rəqəmsal təhsil və tədqiqat mühitinin inkişafına, innovativ yanaşmaların tətbiqinə və tələbələrin qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edən mühüm platformadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2026 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri