Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Aprelin 8 də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalının açılışı olub

Aprelin 8 də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalının açılışı olub

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, UNEC rektoru, professor Ədalət Muradov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, dövlət və özəl qurumların rəhbərləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Elm Festivalının açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov tədbirin ölkə Prezidentinin sərəncamı ilə hər il ölkədə keçirilən Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-in start verdiyi iki mühüm təşəbbüsdən - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırlması”ndan söz açıb. Layihə çərçivəsində ölkənin aparıcı məktəblərində, eləcə də regionlardakı universitetlərdə şagirdlərin, həmçinin gənclərin elmə marağının artırılması məqsədilə ölkənin tanınmış alimlərinin iştirakı ilə görüşlərin keçirildiyini deyib.

Ədalət Muradov UNEC-də elmin inkişafı ilə bağlı həyata keçirilən tədbilərin öz bəhrəsini veridiyini diqqətə çatdıraraq, son beş ildə universitetin əldə etdiyi uğurlardan söz açıb, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artımın olduğunu deyib: “2024-2025-ci illər ərzində UNEC tədqiqatçılarının SCOPUS bazasında dərc olunan məqalələrinin sayı 6.4 dəfə, Web of Science bazasında 5.8 dəfə artıb. 2024-cü ildə Azərbaycan üzrə Scopusda çap olunan məqalələrin 33 %-i, Web of Science-də çap olunanların isə 23 %-i məhz UNEC-in payına düşür. Son beş ildə isə bu rəqəm Scopus üzrə 20%, Web of Science üzrə 19%-dir. Dayanıqlı İnkişaf Məqsədlərinin 17 istiqaməti üzrə yazılan elmi əsərlərin sayında isə son 5 ildə 10 dəfə artım olub. Ümumilikdə Scopusda dərc olunan məqalələrin 48,6 faizi məhz minilliyin inkişafı məqsədlərini əhatə edib. Bu artım tempinə görə UNEC dünyada liderdir” deyə, rektor bildirib.

Rektor UNEC-də elmin rəqəmsallaşdırılması ilə bağlı həyata keçirilən layihələr barədə də məlumat verib. UNEC-in öz adı da daxil olmaqla, 5 milyona yaxın ən zəngin elektron bazalara çıxış imkanının olduğunu deyib.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətini vurğulayaraq, ölkədə elmin inkişafının prioritet sahələrdən olduğunu deyib. Nazir ölkə elminin qarşısında duran çağırışlardan söz açıb, bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən olduğunu bildirib. O, elmi nəticələrin insanların rifahına və ölkə iqtisadiyyatına faydalılığının təmin edilməsinin, eləcə də elmin cəmiyyət üçün anlaşıqlı təqdim olunmasının vacib məsələlərdən olduğunu vurğulayıb.

Nazir elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin qiymətləndirilməsi ilə bağlı mövcud problemlərdən, onların həlli ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından elmi müəssisələrin rolundan söz açıb. O, tədbirdə səsləndirilən çağırışların akademiyaların işinin səmərəli qurulması baxımından əhəmiyyətli olduğunu deyib.

AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev elmin bəşəriyyətin inkişafındakı rolundan söz açaraq, bu inkişafın yalnız elmlə mümkün olduğunu diqqətə çatdırıb. O, süni intellektin elmin bütün sahələrinə tətbiqinin zəruruliyi məsələlərinə də toxunub.

Rəsmi hissə Türkiyənin Yıldız Texniki universiktetinin professoru Salim Yüce “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatı ilə yekunlaşıb.

Sonra iştirakçılar UNEC tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərindən ibarət olan “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. Həmçinin UNEC Dizayn məktəbinin tələbələrinin əl işlərinə baxış keçiriblər.

Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və “Bazarın hüdudları” kitabının təqdimatları keçirilib.

Elm Festivalı aprelin 10-na kimi davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see134

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see130

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri