Icma.az
close
up
RU
Bakı dünyanı işığa topladı

Bakı dünyanı işığa topladı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29 dünya tarixində müsbət hadisə kimi qalacaq
Azərbaycan dövləti bu qlobal tədbirin keçirilməsini yüksək peşəkarlıqla təşkil etməkdədir.
COP29-a ev sahibliyi etmək, konfransı yüksək səviyyədə keçirmək böyük məsuliyyət tələb edir. Ancaq Azərbaycanın bu sahədə xeyli təcrübəsi var, bir çox beynəlxalq əhəmiyyətli idman yarışlarının, musiqi müsabiqələrinin və digər tədbirlərin paytaxt Bakıda, həmçinin regionlarda keçirilməsi göstərir ki, Azərbaycan mühüm tədbirlərə ev sahibliyi etməyə və yüksək təşkilatçılıq bacarığı ilə həyata keçirməyə qadirdir. Bunu COP29 konfransının açılış mərasimi bir daha sübut etdi. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi və 200 dövlətin bu tədbirə ev sahibliyini Azərbaycanın etməsinə razılıq verməsi ölkəmizin beynəlxalq aləmdə yüksələn nüfuzunun və dövlətimizin rəhbəri İlham Əliyevin düşünülmüş siyasətinin göstəricisidir. COP29 başladığı gün ilk uğuruna imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır. COP29 Azərbaycan üçün yalnız nüfuzlu beynəlxalq tədbir deyil, həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”. Ümumilikdə COP29 tədbiri, ölkənin ekoloji problemlərin həlli istiqamətində atacağı addımları daha təsirli və dayanıqlı edəcək. Daha yaxşı, daha təmiz dünyamız üçün belə beynəlxalq tədbirlərin keçirilməsi zəruridir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə ilk növbədə onu qeyd edib ki, ölkə vətəndaşı olaraq Azərbaycanda belə mötəbər bir tədbirin keçirilməsini çox yüksək qiymətləndirir. Hüquq müdafiəçisi bildirib ki, görünən dağa bələdçi lazım deyil: 

"BMT-nin ÇOP29 tədbiri çox böyük peşəkarlıqla, böyük diqqət və səliqə-sahmanla təşkil olunub. COP29-un uğurla həyata keçirilməsi istiqamətində atılan ardıcıl addımlar öz bəhrəsini verməkdədir. Əlbəttə, biz tədbirin yüksək səviyyədə keçirilməsini arzulayırdıq. Dünyanın müxtəlif ölkələrindən tədbirə qatılanlar da COP29-un ən yüksək səviyyədə təşkilindən, hərtərəfli hazırlıqdan böyük məmnunluq ifadə edirlər, olduqca müsbət reaksiyalar verirlər. Bu da bizim üçün sevindirici, qürurvericidir. Qeyd edim ki, ayrı-ayrı qonaqlar, beynəlxalq təşkilatların rəhbərləri, dövlət rəsmiləri televiziya və mediaya açıqlamalarda COP29-un arzuolunan səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər. Unutmayaq ki, beynəlxalq mətbuat orqanları, xarici televiziyalar da COP29-un gedişatı ilə bağlı gözəl yazılar, süjetlər verirlər. COP29-a qatılanların arasında bir nəfər də ola bilməz ki, tədbirin hansısa məqamından narazılıq etmiş olsun. Bu həm də Azərbaycanın imicinin, dövlət idarəçiliyinin imicinin artmasıdır. Tədbirin təşkilatçısı BMT olsa da, onun hazırlanması, qonaqların qəbul edilməsi və ev sahibliyi Azərbaycanın üzərindədir. Yəni yük və məsuliyyət daha çox Azərbaycanın üzərinə düşür. Göründüyü kimi də Azərbaycan dövləti bu qlobal tədbirin keçirilməsini yüksək peşəkarlıqla təşkil etməkdədir". 
Ş.Qənizadə əlavə edib ki, ölkəmizə gələn çoxsaylı qonaqların Azərbaycanı yaxından tanıması, ölkəmizin mədəniyyəti, müvafiq dövlət orqanlarının rəhbərləri ilə təmasları, ictimai mühitlə tanışlığı, paytaxtımızı gəzərək Bakının inkişafını görməsi həm də Azərbaycanın yüksək təbliğatı kimi dəyərləndirilməlidir: "Çox arzulayırdıq ki, dünya ictimaiyyəti Azərbaycan dövlətinin və xalqının necə olduğunu, nəyə qadir olduğunu yaxından görsünlər. Nəzərə alaq ki, COP BMT-nin tədbiridir. Dünyada iqlim dəyişikliyi ilə bağlı, "yaşıl dünya"nın qorunub saxlanması, daha da inkişaf etdirilməsi, gələcəkdə baş verə biləcək böhranların qarşısının alınması ilə əlaqədar yol xəritələrinin tərtib olunması və həyata keçirilməsi istiqamətində addımların atılması çox vacibdir. Hesab edirəm ki, COP29-un sonunda hazırlanacaq yekun sənəddə bəhs etdiyimiz təhlükələrdən qorunmaq üçün Bakıda qəbul ediləcək qərarların icrası mühüm rol oynayacaq. "Yaşıl dünya"nın təmin olunması, kainatın bizə bəxş etdiyini qoruyub saxlamaq və inkişaf etdirmək yönündə COP29-un töhfələri olduqca önəmlidir. O mənada COP29 həm Azərbaycan, həm də dünya tarixində müsbət hadisə kimi qalacaq". (Sherg.az)
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri