Icma.az
close
up
RU
Bakı dünyanı birləşdirir

Bakı dünyanı birləşdirir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Aprelin 28-29-da Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək

Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə baş verəcək. Söhbət Qlobal Cənub QHT Platformasının təsis olunmasından gedir.

Təsis konfransı aprelin 28-29-da Bakıda keçiriləcək. Qlobal Cənub coğrafiyasına aid ölkələrin vətəndaş cəmiyyətlərini birləşdirəcək platformanın yaradılması ideyası Azərbaycandan gəlib. Bununla da ölkəmiz daha bir qlobal həmrəylik təşəbbüsünə imza atıb.

Azərbaycanın qlobal liderliyi

Sürətlə dəyişən dünyada qarşıya tez-tez yeni çağırışlar çıxır. Bir sıra hallarda ayrı-ayrı ölkələrin bu çağırşları qarşılamağa imkanları çatmır və onlar çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə qlobal həmrəylik bir zərurət qismində çıxış edir. Milli səviyyədə dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan da daim o mövqedən çıxış edir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylik daha da gücləndirilməlidir. Əks halda bəşəriyyətin gələcəyini xilas etmək mümkün olmaz. Təkcə son illərdə Prezident İlham Əliyev mahiyyət etibarı ilə sivilizasiyaların birgəyaşayışını, multikulturalizmi təşviq edən, qlobal həmrəyliyin gücləndirilməsini hədəfləyən çox saylı təşəbbüslər irəli sürüb və bu təşəbbüslər beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanıb. Azərbaycanın dövlət başçısının qətiyyətli siyasi iradəsi ilə başlayan “Bakı prosesi”, ölkəmizin davamlı olaraq ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq forumları dünyanın müxtəlif qütblərini birləşdirməyə, inam mühitini möhkəmlətməyə xidmət edir və bu cərçivədə yaxşı təcrübə qazanılıb.

Bir neçə il bundan əvvəl yeni növ koronavirus pandemiyası dönəmində beynəlxalq birlik Azərbaycanın yaranan təhdidə necə böyük həssaslıqla yanaşdığının və həmin çətin günlərdə qlobal liderlik keyfiyyətləri nümayiş etdirdiyinin bir daha şahidi oldu. Milli səviyyədə pandemiyaya qarşı nümunəvi qaydada mübarizə aparan Azərbaycan həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), Qoşulmama Hərəkatında (QH) təmsil olunan dövlətlərə böyük həcmlərdə maliyyə yardımları göstərdi, “peyvənd millətçiliyi”nə qarşı çıxdı.  Ölkəmizin təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirildi. Həmin dövrdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi QH-yə üzv ölkələr adından pandemiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifini irəli sürməsi çox doğru olaraq qlobal təhdidə qlobal cavab kimi dəyərləndirlir.  Sessiya baş tutdu və 150 ölkə tədbirdə qəbul olunan qətnamənin lehinə səs verdi.

Son vaxtlarda aktuallığı artan iqlim çağırşlarına həssas yanaşması Azərbaycanın qlobal liderliyinə daha bir nümunədir. Ötən ilin noyabr ayında respublikamız BMT-nin iqlim konfransına  - COP29-a uğurla ev sahibliyi etdi.  COP29-un keçirilməsi üçün Bakının məkan seçilməsi beynəlxalq birliyin ölkəmizə artan inamını təsdiqləyir. Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar görməklə və konfransda bir sıra mühüm nəticələrə, xüsusilə də iqlim maliyyələşməsində, kiçik ada dövlətlərinə dəstək göstərilməsində  irəliləyişlərə  nail olmaqla bu etimadı yüksək səviyyədə doğrultdu.

Azərbaycanın Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsündən çıxış etməsi bir yenilikdir. Bununla ölkəmiz həm də cəmiyyətlər arasında körpülər yaradılmasına nail olmaq istəyir. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli təsis konfransı ilə əlaqədar qurumun ofisində keçirilən brifinqdə beə bir təşəbbüsün ölkəmizdən gəlməsinin xüsusi önəminə diqqət çəkərək vurğulayıb: “Tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur. Bizim üçün şərəf və qürurdur ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir”.

Dünyanın 140 ölkəsində dəstək qazanan təşəbbüs

R.İskəndərli xatırladıb ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.

Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib. Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunub. “Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarıq, bu qlobal təşəbbüsü reallığa çevirməkdə bizə əsl dəstək verdi, kömək üçün bütün müraciətlərimizə müsbət yanaşdı. Dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri dəvətimizi qəbul edib, onlar Bakıda olacaqlar. Bu, həm Qlobal Cənub, həm də Azərbaycan üçün əsl QHT səfərbərliyidir. Biz həmrəyliyimizi nümayiş etdirəcək, gücümüzü birləşdirəcəyik”, - deyə R.İsgəndərli vurğulayıb.

Ölkənin vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc

Brifinqdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının COP29-un ölkəmizin həyatına gətirdiyi daha bir yenilik olduğunu bildirərək vurğulayıb: “Bu təşəbbüs məhz COP29 zamanı irəli sürülüb. Biz böyük iftixar içərisindəyik ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb”. Bu tədbirin Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc olduğunu söyləyən A.Əliyeva qeyd edib: “Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək”.

Qeyd edək ki, platformanın təsis konfransı aprelin 28-29-da Bakı Konqres Mərkəzində keçiriləcək. İki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edəcək, qlobal diskussiyalar təşkil olunacaq, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanacaq. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri