Icma.az
close
up
RU
Bakı əhalisinə XƏBƏRDARLIQ! Bu ünvanlar çökmə və sürüşmə təhlükəsi ilə üz üzə

Bakı əhalisinə XƏBƏRDARLIQ! Bu ünvanlar çökmə və sürüşmə təhlükəsi ilə üz üzə

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Paytaxtın müxtəlif əraziləri sürüşmə və torpaq çökməsi hadisələri tez-tez gündəmə gəlir. Bəzən bu proseslər kiçik torpaq yerdəyişmələri ilə müşahidə olunsa da ciddi təhlükənin xəbərçisi sayılır.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun "Landşafşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin müdiri Mirnuh İsmayılov BAKU.WS-ə açıqlama verərək bildirib ki, Abşeron və Bakı ərazisi, Böyük Bakının yerləşdiyi sahə və bir qədər də onun ətraf əraziləri gedoloji quruluşuna, coğradi şəraitinə, iqlim şəraitinə, relyefinə görə sürüşməyə meyilli ərazilərdir. Bunun üzərinə də antropogen təsirlər də yüklələndikdə Bakı ərazisində sürüşmələrin aktivliyinin olması labüd haldır.

"Bəzən bunlar xırda və zərərsiz sürüşmələrlə ötürülür, kiçik ərazilərdə uçqun sürüşmələrlə baş verir. Ümumilikdə isə şükürlər olsun ki, ciddi sürüşmələr olmur. Böyük Bakı ərazisində sürüşməyə meyilli olan sahələr Binəqədi qəsəbəsinə yaxın ərazilərdə var. Burada antropogen yüklənmə artır, yol infrastukturunun dəyişilməsi, yenidən çəkilməsi, onu çəkərkən ətraf sabələ qarşı nə qədər uyğunluğunun, ekoloji normalara cavab verməsi çox vacib şərtdir.

Ekspert deyir ki, Masazırda da sürüşmə sahələri var. Əvvəllər də sürüşmə olan Gəncə prospekti təhlükəli sayılan ərazilərdəndir:

"Köhnə Günəşli tərəfdə, Köhnə Günəşli yaylasının şərqə və cənub şərqə baxan yamaclarında bir neçə dəfə sürşmə və torpaq çökməsi görmüşəm. Bu torpaq çökməsi yaxın vaxtlarda sürüşmə üçün təhlükəli sayılır. Çünki çökmə elə-belə yaranmır. Bu ondan xəbər verir ki, ərazidə haradasa yeraltı suların təsiri ilə süxurların yuyulma prosesi gedir. Laylar arasındakı boşluqlar sıxılaraq yolun çökməsinə səbəb olur. Orada haradasa 2-3 yerdə belə sahə var. Müəyyən tədbirlər görülsə də bununla çökməni qabaqlamaq mümkün deyil. Əslində o gələcəkdəki sürüşmə üçün böyük təhlükə yaradır".

Şöbə müdiri Yeni Günəşlinin dik yamaclarını da sürüşmə, qismən də uçqun təhlükələri olan ərazilər kimi qeyd edir. Onun sözlərinə görə, bu sahədə də sürüşmə gözləmək olar.

Sürüşmədən danışarkəm Mirnuh İsmayılov Badamdar qəsəbəsində olan hadisələri xüsusi vurğulayıb.

"Ərazidə xeyli bərkidici işlər aparılıb. Lakin bu o demək deyil ki, həmin yamacda yenidən sürüşmə olmayacaq. Bu cür yamaclar potensial sürüşmə təhlükəsi olan ərazilərdir".

O, qeyd edib ki, Bakı ərazisində sürüşmə və uçqunlar baxımdan onu ən çox narahat edən Bakı Dairəvi yolundadır.

"Bibiheybət şossesinin dik yamacları, Bayıl qəsəbəsinə qədər yamaclar uçqun-sürüşmə təhlükəli ərazilərdir. Qarşıdan bol yağıntılı və çox rütubətli havalar gəlir. Belə havaların, ağır texnikanın, səs-küyün təsiri ilə ətraf ekosistemdə sürüşmə kimi təhlükəli hadisələr törədə bilir. Bunları nəzərə alaraq qeyd olunan ərazilərdə mütəmadi olaraq müşahidələr aparılmalıdır. Orada gedən prosesləri, əmələ gələn çatları, quruntun çökməsini müşahidə edəndə təcili mübarizə aparmaq və möhkəmləndirmə işləri görmək lazımdır. Qarşıdakı intensiv yağışlı dövrə hazır olmaq lazımdır. Ara sıra yağıntı azalır, sonra artır. Belə ciddi sinoptik dəyişmələr bundan sonra çox müşahidə ediləcək. Bu da iqlim dəyişmələrinin bir əlamətidir ki, sinoptik proseslər qəfil baş verə bilir. Bura güclü leysan xarakterli yağıntıları misal çəkmək olar. Bu yaınlarda Qusarda, Laza kəndində baş verən hadisə palçıq kütləsinin hərəkəti idi. Bunun da müəyyən səbəbləri var və region üçün xarakterik haldır. Buna görə də təbiətdə daimi monitorinqlər aparılmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri