Icma.az
close
up
RU
Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasının uğurlarını nümayiş etdirir

Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasının uğurlarını nümayiş etdirir

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bakı Enerji Həftəsi artıq uzun illərdir ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzər regionunun ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunur. Hazırda keçirilən 31-ci Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji şirkətlərinin rəhbərlərini, investorları və ekspertləri bir araya gətirərək qlobal enerji gündəliyinin müzakirə olunduğu mühüm platformaya çevrilmişdir. Tədbir çərçivəsində Xəzər Neft və Qaz Sərgisi, Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi, həmçinin Bakı Enerji Forumu təşkil edilmişdir.
Bakı Enerji Həftəsinin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə ölkənin beynəlxalq enerji siyasətində tutduğu mövqenin daha da möhkəmlənməsində özünü göstərir. Müstəqillik dövründə həyata keçirilən uğurlu enerji strategiyası nəticəsində Azərbaycan etibarlı enerji təchizatçısı kimi tanınmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəmizin enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaş kimi nüfuzunu artırmışdır. Hazırda Azərbaycan öz enerji resurslarını Avropa, Türkiyə və region ölkələrinə ixrac etməklə qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bu proses Azərbaycanın enerji diplomatiyasının inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində müxtəlif ölkələrin hökumət nümayəndələri və aparıcı şirkətləri arasında keçirilən görüşlər yeni investisiyaların cəlb olunmasına, strateji tərəfdaşlıqların qurulmasına və enerji layihələrinin reallaşdırılmasına şərait yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi inkişafına və qeyri-neft sektoruna da müsbət təsir göstərən beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır.
Tədbirin regional əhəmiyyəti isə daha geniş miqyasda qiymətləndirilməlidir. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və alternativ enerji mənbələrinə keçid prosesləri Xəzər regionunun strateji əhəmiyyətini artırmışdır. Bakı Enerji Həftəsində aparılan müzakirələr region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə, enerji marşrutlarının şaxələndirilməsinə və yeni nəqliyyat-logistika imkanlarının yaradılmasına xidmət edir. Azərbaycan bu prosesdə Xəzər hövzəsini Qara dəniz, Aralıq dənizi və Avropa bazarları ilə birləşdirən mühüm körpü rolunu oynayır.
Bu gün Bakı Enerji Həftəsi yalnız neft və qaz məsələləri ilə məhdudlaşmır. Tədbirdə yaşıl enerji, bərpa olunan enerji mənbələri, rəqəmsallaşma, süni intellekt texnologiyaları və enerji keçidi kimi mövzular da geniş müzakirə olunur. Bu isə Azərbaycanın gələcək enerji strategiyasının yalnız karbohidrogen ehtiyatlarına deyil, həm də ekoloji dayanıqlılığa və innovativ texnologiyalara əsaslandığını nümayiş etdirir.
Bakı Enerji Həftəsində səsləndirilən fikirlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan enerji sahəsində regional lider mövqeyini qoruyub saxlayır və yeni istiqamətlər üzrə əməkdaşlığı genişləndirir. Xüsusilə Türkiyə, Gürcüstan və digər tərəfdaş ölkələrlə elektrik enerjisi və yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində aparılan müzakirələr regionun enerji inteqrasiyasında yeni mərhələnin başlanğıcından xəbər verir.
Bu olduqca əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsinə, ölkənin enerji siyasətinin dünyaya təqdim olunmasına və yeni iqtisadi imkanların yaradılmasına xidmət edən mühüm platformadır. Eyni zamanda bu tədbir regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Xəzər regionunun qlobal enerji xəritəsində strateji mövqeyinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasının uğurlarını nümayiş etdirən və ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən ən mühüm beynəlxalq tədbirlərdən biri olaraq qalır.
Əminə Ağazadə
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyun 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri