Icma.az
close
up
RU
Bakı Enerji Həftəsi: Azərbaycanın enerji gündəliyinə beynəlxalq dəstək

Bakı Enerji Həftəsi: Azərbaycanın enerji gündəliyinə beynəlxalq dəstək

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan növbəti dəfə qlobal enerji dialoqunun əsas platformalarından biri kimi tanınan Bakı Enerji Həftəsinə ev sahibliyi etdi. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və “Baku Energy Forum”u kimi tədbirləri birləşdirən Bakı Enerji Həftəsi bu dəfə dünyanın enerji nəhənglərini, 39 ölkədən 267 şirkəti bir araya gətirdi.

Builki tədbir həm də Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və “Baku Energy Forum”unun artıq 30-cu dəfə keçirilməsidir. Bu yubiley tarixinə nəzər salanda, 30 il ərzində Bakı Enerji Həftəsinin mühüm bir platformaya çevrildiyi bir daha məlum olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə keçirilən bu tədbir “Əsrin müqaviləsi”nin imzalanmasına doğru gedən yolda Azərbaycanın ilk uğurlarından biri kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal enerji səhnəsində ilk cəsarətli addımlarını atan Azərbaycan sabit siyasi sistemi, inkişaf edən iqtisadiyyatı olan ölkəyə çevrilib. Yubiley münasibətilə göndərilən təbrik məktublarında da Azərbaycanla əməkdaşlıqda enerji müstəqilliyinin dayanıqlılığı əsas prioritet kimi vurğulanır, ölkəmizin enerji gündəliyi davamlı olaraq dəstəklənir. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə qədər Azərbaycanın həqiqətən də enerji təhlükəsizliyinin regionda və daha geniş coğrafiyada həlledici oyunçu olduğunu sübut etdiyi qeyd olunur.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım “525”ə deyib ki, Azərbaycanın enerji siyasəti dünya miqyasında yüksək qiymətləndirilir: “Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional aktora çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə güclənib. Geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir”.

Deputatın sözlərinə görə, Bakı Enerji Həftəsi çərçivəsində 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un keçirilməsi və bu tədbirlərdə çoxlu sayda ölkədən nüfuzlu şirkətlərin iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir: “Tədbirin açılış mərasimində cənab Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var. Dövlət başçısı bu barədə də fikirlərini açıqladı. Azərbaycanın bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır”.

Fatma Yıldırım qeyd edib ki, bu gün Avropa dövlətləri təbii qazla bağlı yeni imkanlar axtarışındadır. Burada isə ən önəmli ölkələrdən biri Azərbaycandır: “Təsadüfi deyil ki, xarici qonaqlar Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan edib. Eləcə də, Cənub Qaz Dəhlizinin Avropa ölkələri və region üçün əhəmiyyəti qeyd edilib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirilib. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Artıq Azərbaycan dünyanın 12 ölkəsinə qaz ixrac edir ki, 10-u Avropanı təmsil edir. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir. Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan qazının tədarükünün artırılmasına çalışır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq müstəvidə rolunun daha da artdığını bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatıb. Ölkəmiz hasilatı artırmaq niyyətindədir və 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur”.

Digər tərəfdən isə, deputat vurğulayıb ki, Azərbaycan alternativ enerji ixracatçısı qismində çıxış edir: “Artıq bu istiqamətdə praktiki addımlar atılır. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, ölkəmiz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialından da səmərəli istifadə olunacaq. Bütövlükdə, yubiley tədbirində Azərbaycan enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti qəbul edir. Bu, ölkəmizin enerji siyasətinin uğurlarını təsdiqləyən vacib faktdır”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Bakı Enerji Forumunda imzalanan sazişlər, şirkətlər arasında əldə edilən razılaşmalar onu deməyə əsas verir ki, 2026-2030-cu illərdə Azərbaycanın neft-qaz sektoruna yatırımlar qeyri-neft sektorunu hiss ediləcək dərəcədə geridə qoyacaq və qarşıdakı beş ildə iqtisadiyyatımızın məhz enerji sektoruna 10 milyard dollardan çox xarici kapital qoyuluşunun axınını təmin edəcək: “Bəs bundan sonra nə baş verəcək? Azəri-Çıraq-Günəşli yataqlarından təbii qaz hasilatına başlanılacaq, “Mərkəzi Azəri” platformasında yeni kompressor qurğuları tikiləcək ki, laylara su və qazın vurulmasını artırmaq münkün olsun, 2029-cu ildə müstəqil Azərbaycanda açılmış yeganə neft yatağı olan “Qarabağ”da hasilat başlamalıdır, 2029-cu ildə Şahdəniz yatağında inşa edilən tam insansız Kompressiya Platformasından qaz hasilatına başlanmalıdır.

2030-cu ildə “Abşeron” yatağının İkinci mərhələsi üzrə qaz və kondensatın hasil edilməsi gözlənilir. “Ümid” yatağından illik qaz hasilatı 3 mlrd m3 həcmə çatdırılmalıdır. Bu müddətdə 3 yeni neft-qaz platforması (Şahdəniz, Qarabağ və Abşeron yataqlarında quraşdırılmaq üçün) tikiləcək”.

Ekspert əlavə edib ki, Azərbaycanın quru hissəsində masştablı neft geoloji-kəşfiyyatı işləri aparılacaq. Azərbaycanın qərbində Amerika şirkəti, Quba-Xəzəryanı hissədə Kanada şirkəti və Qobustan-Şamaxı zonasında Macarıstan şirkəti kəşfiyyat işlərini həyata keçirməlidir: “Nəhayət, Xəzər dənizinin müxtəlif hissələrində kəşfiyyat və qiymətləndirmə quyuları qazılacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see112

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

ABŞ da sərnişin təyyarəsi qəzaya uğrayıb

09 İyun 2025 00:31see111

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri