Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Bakı Enerji Həftəsi dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib Vüqar Rəhimzadə

Bakı Enerji Həftəsi dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib Vüqar Rəhimzadə

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Hər il ənənəvi keçirilən Beynəlxalq Neft və Qaz sərgiləri ölkəmizin ötən müddətdə enerji sektorunda qazandığı uğurların təhlilini zərurətə çevirir. Bu sərgilər həm də qarşıdakı dövrün hədəflərini müəyyənləşdirir. İyunun 2-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi, həmçinin yubiley tədbiri ilə bağlı dövlətimizin başçısına ünvanlanan təbrik məktubları, çıxışlarda səsləndirilən fikirlər Azərbaycanın bu gün dünyanın enerji xəritəsində hansı yeniliklərə imza atdığını, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu ortaya qoyur. Reallıq budur ki, ölkəmiz beynəlxalq səviyyədə etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb.

Onu da qeyd edək ki, builki yubiley tədbirində Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, ümumilikdə 39 ölkədən 267 şirkət təmsil olunur. İldən-ilə iştirakçıların say tərkibində artım bir daha onu təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib. Prezident İlham Əliyev çıxışında bildirdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edildi. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Ümummilli Lider Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycanın çətinliklərin öhdəsindən gələ və həqiqi müstəqil dövlət ola bilməyəcəyi aydın idi. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı qaranlıq mənzərə yaranmışdı. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə kimi diqqətdədir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın bugününə və sabahına inam artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması üçün atılan bu mühüm addım Azərbaycanın uğurlu gələcəyinə, ölkəmizin daha da güclənməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda burada toplanan vəsaitin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara da diqqəti yönəltdi. Bildirdi ki, neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Ölkədə savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.

Vüqar Rəhimzadə Azərbaycanın Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrildiyini də xüsusi qeyd edib. Bildirib ki, açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, tranzit imkanlarımız günbəgün artır. Ölkəmizdə infrastrtuktur layihələrinin uğurlu icrası prioritet məsələlərdəndir. Bu günlərdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı keçirilən Laçın Beynəlxalq Hava Limanı ölkəmizin sayca 9-cu beynəlxalq hava limandır. Təkcə bu gün azad edilmiş ərazilərimizdə infrastrtuktur layihələrinin icrasına diqqət yetirməklə ümumilikdə dövlətimizin yol-nəqliyyat infrastrukturuna xüsusi diqqət göstərdiyini görmək mümkündür. Azərbaycan enerji və nəqilyyat layihələrinin uğurlu icrası ilə yerləşdiyi coğrafi məkana uyğun olaraq ölkələr, xalqlar arasında birləşdirici, körpü roluna bir daha aydınlıq gətirir.

Prezident İlham Əliyev yubiley tədbirinin açılışındakı çıxışında onu da qeyd etdi ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Bir çox ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bundan sonra da enerji, neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Müqayisə üçün qeyd edək ki, ötənilki Bakı Enerji Həftəsindəki çıxışındə dövlət başçısı İlham Əliyev qaz ixracının coğrafiyasının genişlənməsindən bəhs edərkən bu rəqəmi açıqlamışdı ki, səkkiz ölkəyə təbii qaz ixrac edirik. Bir ildə həmin ölkələrin sayı 12-yə çatıb. Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşularımıza da töhfə verdiyini görürük. Reallıq budur ki, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir.

Milli Məclisin deputatı bildirib ki, günün əsas çağırışına uyğun olaraq Azərbaycanın yaşıl enerji gündəliyi də olduqca zəngindir. Ötən il ölkəmizin yüksək səviyyədə ev sahibliyi ilə keçirilən COP29 iqlim konfransı bütün bu məqamlara işıq saldı. Neft və qazla zəngin olan Azərbaycanın xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması özündə günün əsas çağırışını ehtiva edir. Prezident İlham Əliyev çıxışında bu məqamlara da diqqəti yönəltdi ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində toplam 1000 meqavat həcmində yaşıl enerji müqavilələri imzalandı. Builki tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaq. Yəni, Azərbaycan bu yol ilə irəliləyir. COP29-un “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Bir sözlə, COP29 iqlim konfransı Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha dünyaya nümayiş etdirdi. Yeni əməkdaşlıq formatlarının yaradılması, ənənəvi tərəfdaşlarla əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaradıldı.

Vüqar Rəhimzadə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, yeni dostlar və tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayan neft strategiyasının uğurlu icrasında SOCAR-ın da öz payı olduğunu bildirib. Vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev sərgidə əvvəlcə Azərbaycanın və ölkəmizin strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə mühüm töhfə verən SOCAR-ın stendinə baxdı. SOCAR qlobal enerji şirkəti olaraq milli sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasında strateji rol oynayır. Neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirən SOCAR keyfiyyətli idarəetmə, şəffaflıq və müasir yanaşmalar əsasında enerji sektorundakı mövqeyini ardıcıl olaraq möhkəmləndirir. SOCAR, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edərək ekoloji cəhətdən təmiz və qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir.

Millət vəkili ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Azərbaycanın uğurlu enerji siyasəti nailiyyətlərimizin davamlılığını şərtləndirir. Hazırda ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları ilə diqqətdədir. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Azərbaycanın iqtisadi inkişaf səviyyəsi özünü aydın şəkildə nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri