Icma.az
close
up
RU
Bakı Enerji Həftəsi qlobal enerji strategiyasının vacib platformasına çevrilib

Bakı Enerji Həftəsi qlobal enerji strategiyasının vacib platformasına çevrilib

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dünyanın qabaqcıl enerji şirkətlərinin rəhbərlərinin, dövlət rəsmilərinin qatıldığı Bakı Enerji Həftəsi yeni çağırışların müzakirəsi, məlumatlar mübadiləsi və imkanların təqdimatı baxımından mühüm platformaya çevrilib. Enerji sahəsində dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirəsi gələcəkdə daha səmərəli və real addımların atılmasını şərtləndirir. 30 illik yubleyini qeyd edən “Baku Energy Forum”u təsis edildiyi gündən beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması baxımından ciddi uğurlara imza atıb. Avropadan Asiyaya qədər ölkələrin və şirkətlərin maraqlarını birləşdirən Bakı Enerji Həftəsi həm regional, həm də qlobal iqtisadi əhəmiyyətə malikdir. Şirkətlər Bakıda yeni texnologiyalarını təqdim etməklə gələcək əməkdaşlığın təməlini qoyurlar. Həmçinin Azərbaycanın bu sahədəki potensialını iştirakçılara təqdim edir. Bütün halllarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi ölkə iqtisadiyyatına müsbət töhfələr verəcəkdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, dünyanın diqqət mərkəzində olan şaxələndirilmiş enerji siyasətimizə maraq zaman keçdikcə daha da artır. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu sərgiyə 30 ölkədən 200-dən çox şirkət təmsil olunması Azərbaycana və onun enerji resurslarına olan marağın göstəricisidir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də enerji siyasətində regional və qlobal miqyasda strateji liderdir. Enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan çətinliklərin öhdəsindən gəlmək, ortaya real nəticələr qoymaq çətindir. Xüsusilə də, siyasi böhranın, iqtisadi çətinliklərin, müharibə və yoxsulluğun hökm sürdüyü ölkələrə investor cəlb etmək o qədər də asan deyil. Amma Ümummilli lider Heydər Əliyev bunu bacardı. Məhz onun dərin zəkası, qətiyyəti sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi” bağlandı və bu müqavilə Azərbaycanın müasir enerji strategiyasının təməlində dayanır. Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Cənab Prezidentin də qeyd etdiyi kimi, neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir”. 

Millət vəkili qeyd etdi ki, bu gün Azərbaycanın Avrasiyanın əsas enerji arteriyalarından birinə çevrilməsi uzun müddət aparılan gərgin işin, məqsədyönlü fəaliyyətin nəticəsidir. 3500 kilometrlik strateji marşrut olan Cənub Qaz Dəhlizi layihəsi ölkəmizi istehsalçı və tranzit ölkələr arasında strateji platformaya çevirib. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir və ixrac coğrafiyası genişlənməkdə davam edir. Azərbaycandan qaz alan ölkələrin 10-u Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. 

Cənab prezient təbii qaz ixracımızın ötən il 25 milyard kubmetrə çatdığını diqqətə çatdırdı. Ölkəmiz hasilatı artırmaq niyyətindədir, artıq yeni müqavilələr imzalanıb. Azərbaycan 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artırmağə hədəfləyir. İmzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da ölkəmizin ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Azərbaycan təkcə enerji tədarük etmir, həm də geosiyasi sabitliyin formalaşmasında vacib rol oynayır. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri