Icma.az
close
up
RU
Bakı Forumundan Türk dünyasına yeni siyasi mesajlar

Bakı Forumundan Türk dünyasına yeni siyasi mesajlar

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumuna ünvanladığı müraciət, regionda formalaşmaqda olan yeni türk inteqrasiya modelinin konturlarını göstərən strateji sənəd kimi dəyərləndirilə bilər. Müraciətin Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən səsləndirilməsi də onun yüksək siyasi çəkisini nümayiş etdirir. Bu, Azərbaycan rəhbərliyinin QHT müstəvisini artıq təkcə sosial layihələrin deyil, türk dünyasının uzunmüddətli strateji hədəflərinin tərkib hissəsi kimi qəbul etdiyini göstərir.

Prezident müraciətində birinci olaraq vurğulayır ki, Türk dövlətləri artıq qlobal miqyasda güclənən aktor kimi çıxış edir. Bu güc yalnız hərbi və iqtisadi alətlərdən ibarət deyil. Onu möhkəmləndirən əsas elementlər tarix, dil və mədəniyyət birliyidir. Vətəndaş cəmiyyəti təşkilatlarının bu prosesə qoşulması inteqrasiyanı daha dərin, daha dayanıqlı və daha çoxcəhətli edir. İlk dəfə keçirilən Həmrəylik Forumu göstərir ki, TDT öz strukturlarını hökumətlərarası formatdan çıxararaq ictimai diplomatiya, yumşaq güc və humanitar istiqamətlərdə genişləndirməyə başlayıb.

Müraciətin ən mühüm elementlərindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident Əliyev açıq şəkildə bildirir ki, Qarabağ Zəfəri təkcə Azərbaycanın tarixi uğuru deyil, eyni zamanda Türk dünyasının ortaq qürur mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri və gələcəkdə Zəngəzur dəhlizinin açılması TDT məkanında iqtisadi əlaqələri, nəqliyyat marşrutlarını və strateji bağlılığı gücləndirən mühüm faktor kimi qiymətləndirilir. Bu dəhliz türk dövlətləri arasında fiziki inteqrasiyanı təmin edərək vahid geoiqtisadi məkanın formalaşmasına ciddi töhfə verəcək.

Prezidentin ortaq qrant müsabiqələri və layihələrin dəstəklənməsi ilə bağlı çağırışı da xüsusi əhəmiyyət daşıyır. Bu, QHT-lər arasında sistemli əməkdaşlıq yaratmaqla yanaşı, tədqiqatçılar, gənclər, ekspertlər və müxtəlif sosial institutlar arasında uzunmüddətli əməkdaşlıq mühiti formalaşdıracaq. Bu mexanizm TDT-nin gələcəkdə humanitar və elmi diplomatiya sahəsində daha koordinasiyalı şəkildə çıxış etməsinə imkan verəcək.

Diqqət çəkən digər vacib məqam 2026-cı ildə qeyd ediləcək Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlıdır. Prezident bu hadisəni sadəcə yubiley kimi yox, türk mədəni inteqrasiyasının yarımçıq qalmış istiqamətlərinin yenidən aktuallaşdırılması üçün tarixi fürsət kimi təqdim edir. Bu yanaşma Türk dünyasında birgə elmi araşdırmaların, mədəni layihələrin və intellektual əməkdaşlığın daha sistemli şəkildə qurulmasına zəmin yaradır.

Müraciətin xarici auditoriyaya ünvanlanan hissəsində BMT və digər beynəlxalq qurumlarda türk QHT-lərinin koordinasiyalı çıxışına çağırış xüsusi mesaj xarakteri daşıyır. Bu, TDT-nin yumşaq güc potensialını artırmaq, beynəlxalq informasiya mübarizəsində vahid mövqe formalaşdırmaq və humanitar təşəbbüslərdə daha görünən aktora çevrilmək niyyətini göstərir.

Nəticə etibarilə, Bakı forumu Azərbaycan üçün təkcə diplomatik tədbir deyil. Türk dünyasının yeni həmrəylik arxitekturasının qurulması prosesində strateji mərhələdir. Prezidentin müraciəti Türk dövlətlərinin yalnız siyasi və iqtisadi deyil, həm də ictimai, mədəni və humanitar müstəvidə daha sıx şəkildə birləşməsi üçün yol xəritəsi təqdim edir. Bu istiqamətdə qurulacaq əməkdaşlıq Türk dünyasının qlobal sistemdə daha vahid, daha təsirli və daha çevik aktor kimi çıxış etməsinə ciddi töhfə verə bilər.

Züriyə Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri