Icma.az
close
up
RU
Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” adlı plenar sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Azərbaycanın Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub.

Sessiyada çıxış edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos müasir dünyanın üzləşdiyi qlobal çağırışlardan danışıb.

O bildirib ki, iqlim dəyişmələri, müharibələr və süni intellektin inkişafı dövrümüzün əsas çağırışları sırasındadır. Bu problemlərin bir-biri ilə əlaqəli olması onların həllini daha da mürəkkəbləşdirir.

Gənclərə müraciət edən M.A.Moratinos mövcud çağırışların öhdəsindən gəlməkdə gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Çalışın, əzmkar olun və ümidinizi qoruyun. Özünüz, ailəniz, ölkəniz və bütün dünya üçün daha yaxşı gələcək qurmaq naminə bu ümidi yaşatmalısınız”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində də mühüm rol oynayırlar. Onun sözlərinə görə, müasir texnologiyalar coğrafi maneələri aradan qaldıraraq müxtəlif ölkələrdən olan gənclər arasında ünsiyyət, təcrübə mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu baxımdan beynəlxalq forumlar yeni əlaqələrin qurulması, ideyaların bölüşülməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm platformadır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə forum çərçivəsində təşkil olunan gənclər düşərgəsinin müxtəlif ölkələrdən olan gənc liderlər arasında əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət etdiyini bildirib. Diqqətə çatdırıb ki, forumda beş qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxışında ölkəmizdə gənclərin inkişafına və onların təşəbbüslərinin dəstəklənməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, gənclər üçün yaradılan imkanlar onların bilik və bacarıqlarının artırılmasına, liderlik potensialının gücləndirilməsinə və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir.

R.Hacıbəyli bildirib ki, hazırda 156 təşkilatı birləşdirən Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədi gənclərin potensialını inkişaf etdirmək, təşəbbüslərini dəstəkləmək və onların ictimai həyatda fəal iştirakını təşviq etməkdir.

Plenar sessiyada Fransa, Hindistan, Keniya və digər ölkələrdən olan gənclər də çıxış edərək mədəniyyətlərarası dialoq sahəsində qazandıqları təcrübələri bölüşüblər. Onlar müxtəlif ölkələrdən olan həmyaşıdları ilə birgə həyata keçirdikləri layihələrdən, bu təşəbbüslərin mədəni müxtəlifliyin təşviqinə və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıblar.

Sessiya çərçivəsində, həmçinin gənclərin sülh quruculuğunda rolu, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətdə müsbət dəyişikliklərin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi BMT-nin Sivilizasiyalar Alyansının həyata keçirdiyi proqramların gənclərə təsirini nümayiş etdirmək, onların mədəniyyətlərarası dialoqun inkişafında və sülhün möhkəmləndirilməsində rolunu ön plana çıxarmaqdır.

Müxbirlər - Günel Alıyeva, Gülay Nəzərova, Mikayıl Məmmədov

Foto - Tofiq Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri