Icma.az
close
up
RU
Avropa qurumlarının Gürcüstanda seçki təxribatları

Avropa qurumlarının Gürcüstanda seçki təxribatları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi və ATƏT/DTİHB arasında “müşahidəçilik böhranı”

“Gürcüstan hakimiyyəti qarşıdan gələn yerli özünüidarə seçkilərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (DTİHB) müşahidəçi kimi dəvət etməyəcək. Çünki avropalı tərəfdaşların özləri bu təşkilatın nəticələrinə hörmət göstərmirlər. Əgər siz ATƏT/DTİHB-nin missiyalarına və nəticələrinə hörmət etmirsinizsə, bizim də onları dəvət etməməyimiz təəccüblü deyil”. Bunu “Gürcü Arzusu – Demokratik Gürcüstan”ın nümayəndəsi Levan Maxaşvili deyib.

O, ATƏT/DTİHB-nin parlament seçkiləri ilə bağlı hesabatlarını xatırladıb: “Hesabatda yalnız müəyyən prosedur pozuntuları qeyd olunub, lakin bu hallar seçkilərin nəticələrinə təsir göstərməyib. Gürcüstanda seçicilərin iradəsi tam şəkildə seçki nəticələrində öz əksini tapıb və bu, ATƏT-in baş katibi tərəfindən açıq şəkildə təsdiqlənib. ATƏT-in baş katibi Feridun Sinirlioğlu təşkilatın hesabatında qeyd olunan nöqsanlara baxmayaraq, seçkilərin nəticələrinin xalqın seçimini əks etdirdiyini və müxalifətin parlamentdə 40 faizdən çox təmsil olunmasının siyasi plüralizmin göstəricisi olduğunu bildirib. Buna baxmayaraq, bəzi şəxslər media vasitəsilə manipulyasiya xarakterli açıqlamalarla, guya, seçkilərin saxtalaşdırıldığını və bunu ATƏT-in sənədlərinin də təsdiqlədiyini iddia ediblər”.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin bu təşkilatı yerli seçkilərə dəvət etməməsinə təəccüblənmək lazım deyil. Çünki ATƏT/DTİHB-nin reputasiyası bir neçə aydır ki, qəsdən və sistemli şəkildə aşağı salınıb: “Əgər siz qurumun müşahidə missiyalarında dəyər görürsünüzsə, o zaman onların qərarlarına və nəticələrinə hörmət göstərin. Biz onlara qarşı hörmət görməmişik”.

Baş nazir İrakli Kobaxidze bu günlərdə bildirib ki, ATƏT/ DTİHB-ni müşahidəçi qismində əsasən parlament seçkilərinə dəvət edirlər: “ATƏT /DTİHB-nin rəyinə məhəl qoymayanlar indi bizi missiyanı oktyabrda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət etməyə çağırırlar. Lakin təcrübəyə əsasən, missiya parlament seçkilərini müşahidə etmək üçün dəvət olunur. Ona görə hesab edirik ki, onları yerli seçkilərlə yükləməyə dəyməz. ATƏT /DTİHB parlament seçkilərini müşahidə edib, rəy hazırlayıb, lakin hesabatla heç kim maraqlanmayıb. Bu gün həmin insanlar bizi missiyanı dəvət etməyə çağırırlar”.

Xatırladaq ki, Böyük Britaniyanın Gürcüstandakı səfirliyi Gürcüstan hökumətini bu ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün ATƏT/ DTİHB-ə dəvət göndərməyə və onun 2024-cü il parlament seçkiləri ilə bağlı yekun hesabatındakı bütün tövsiyələri yerinə yetirməyə çağırıb.

Bu arada, ATƏT/DTİHB Gürcüstan hakimiyyətinin onlara dəvət göndərməməsi ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. Təşkilat açıqlayıb ki, bu addım “uzunmüddətli və ardıcıl birgə əməkdaşlıq təcrübəsindən uzaqlaşmaqdır” və əgər rəsmi dəvət alınarsa, qurum müşahidə missiyası göndərməyə tam hazırdır.

Bu arada iqtidardan fərqli olaraq müxalifət parlament seçkilərinin nəticələrini saxtalaşdırılmış adlandıraraq, onları tanımadığını bəyan edib və parlamentin fəaliyyətini boykot edərək növbədənkənar seçkilər tələb edirlər. Bununla yanaşı, Qərbdən “Gürcü Arzusu”na qarşı sanksiyalar tələb edırlər. Məsələn, bu günlərdə “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava, baş katib Petre Tsiskarişvili və partiyanın aparıcı simalarından biri – Levan Sanikidze Böyük Britaniyada Lordlar Palatasının üzvləri – Lord Corc Folks və Lord Ceyms Tuig ilə görüşdə bu tələblə çıxış ediblər.

Avropa Parlamentində oturanlar da müxalifətlə eyni mövqe sərgiləyir. AP-da Gürcüstanla bağlı iyulun 9-da qəbul edilən son qətnamə bunu deməyə əsas verir. Sənəddə Gürcüstan hökumətinə, xüsusilə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına qarşı sərt ittihamlar yer alıb, ölkədə demokratik geriləmə ilə bağlı ciddi narahatlıq ifadə olunub. Qətnamədə keçmiş prezident Mixeil Saakaşvili və müxalifət liderləri azadlığa buraxılması, seçkilərin müstəqil və qərəzsiz seçki administrasiyasının nəzarəti altında, ədalətli, azad və şəffaf şəraitdə keçirilməsi və sabiq prezident Salome Zurabişvilinin rəsmi legitim təmsilçi kimi tanınması tələb olunub. Sənəddə “Gürcü Arzusu-Demokratik Gürcüstan”ın qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqinə çağırış da yer alıb.

Qətnamədə bildirilir ki, hazırkı siyasi və hüquqi şərait bələdiyyə seçkilərində iştirak etmək istəyən namizədlər üçün çətinliklər yaradır: “Mövcud şəraitdə bələdiyyə seçkilərində iştirak potensial namizədlər üçün böyük çağırışdır – xüsusilə də azad və ədalətli rəqabətə ümid edənlər üçün. Hakimiyyət bu seçkidən yeni status-kvonun legitimləşdirilməsi üçün istifadə edə bilər”.

AP qətnamədə vurğulayıb ki, Gürcüstanda yaranmış siyasi və konstitusiya böhranından yeganə çıxış yolu yaxın aylarda azad və ədalətli parlament seçkilərinin keçirilməsidir. Bu seçkilər təkmilləşdirilmiş seçki mühitində, beynəlxalq və yerli müşahidəçilərin ciddi monitorinqi ilə baş tutmalıdır ki, xalqın həqiqi iradəsi düzgün şəkildə əks olunsun. İndiki şəraitdə Gürcüstandakı vəziyyət Aİ-nin gözləntilərinə cavab vermir, demokratik institutlar zəifləyir və hökumət ictimai müzakirələr olmadan repressiv qanunvericilik təşəbbüsləri ilə çıxış edir. AP “Gürcü Arzusu–Demokratik Gürcüstan”nı demokratik islahatlar və Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırır. Əks halda Gürcüstanın Aİ-yə gedən yolunun təhlükə altında qalacağını bildirir.

İqtidar partiyası və onun tərəfdarları isə bu qətnamələri qeyri-ciddi, birtərəfli və daxili siyasi proseslərə müdaxilə cəhdi kimi qiymətləndirirlər. Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski qətnamə layihəsini ədalətsiz və siyasi cəhətdən qərəzli adlandırıb. O bildirib ki, sənəddə yazılan hər bir söz Gürcüstana qarşı qərəzli münasibətin nümunəsidir: “Təəssüf ki, bu, bizim reallığımızdır. Gürcüstana münasibətdə istifadə olunan hər bir ifadə ədalətsiz və birtərəflidir”.

Gürcüstan parlamentin sədri Şalva Papuaşvili də AP-nin son qətnaməsinə reaksiya verib. O, bu sənədi “dəyərlərin çaşqınlığı” kimi qiymətləndirib. Papuaşvili sosial şəbəkədə paylaşdığı açıqlamada AP-nin Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması ilə bağlı çağırışını tənqid edib. Onun sözlərinə görə, AP “diktator” adlandırdığı Saakaşvilinin qanuni həbsdən azad olunmasını tələb edir, halbuki, Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən məhbuslara qarşı sistemli və sistematik işgəncələrə görə ittiham olunub: “Dəyərlərin çaşqınlığı. Brüsselin bugünkü vəziyyəti haqqında bilməli olduğumuz tək şey budur”, – deyə Papuaşvili qeyd edib.

Beləliklə, Gürcüstanın ATƏT/DTİHB müşahidə missiyasını seçkiyə dəvət etməmək qərarı ölkənin beynəlxalq demokratik öhdəlikləri ilə daxili siyasi narahatlıqları arasında gərginliyi ortaya qoyur. Digər tərəfdən, müxalifət qüvvələrinin seçkinin nəticələrini tanımaması ölkə daxilində siyasi qeyri-sabitliyi daha da dərinləşdirə bilər. Seçkilərin obyektivliyinə dair beynəlxalq legitimliyin zəifləməsi isə gələcək siyasi böhranların toxumu ola bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see243

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see214

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see203

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see190

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see188

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see183

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see181

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see177

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see175

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see171

İldırımlı hava AZAL ın təyyarəsi geri qayıtdı

12 İyun 2026 22:09see166

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see165

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see162

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see162

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see161

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see160

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see159

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see158

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

12 İyun 2026 21:06see158

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri