Icma.az
close
up
RU
Bakı Hələb xətti formalaşır Azərbaycan Suriyaya qaz ixrac edə bilər

Bakı Hələb xətti formalaşır Azərbaycan Suriyaya qaz ixrac edə bilər

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Suriyaya təbii qaz tədarükü məsələlərində dəstək verməyə hazır olduğunu açıqlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, iyulun 4-də Prezident İlham Əliyevlə görüşdə Azərbaycan lideri təbii qaz məsələsində Suriyaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. Ərdoğanın sözlərinə görə, dövlət başçısı İlham Əliyevin belə yanaşması böyük əhəmiyyət kəsb edir: 

"Suriyanın ən ciddi problemi qazın olmamasıdır və ölkəni enerji ilə təmin etmək lazımdır". Ərdoğan vurğulayıb ki, Türkiyə də öz növbəsində bu məsələdə öz imkanları daxilində Suriyaya kömək etməyə çalışır: "Lakin bu xoş xəbəri İlham Əliyevdən eşidəndə, həqiqətən də, mən böyük rahatlıq hiss etdim. Bu xəbəri hörmətli əl-Şaaraya (Suriya prezidenti –red.) çatdıracağıq. Biz addımlarımızı Azərbaycanın dəstəyi ilə birləşdirib, birlikdə irəliləmək istəyirik". Ərdoğan qeyd edib ki, Suriyaya qarşı sanksiyaların ləğvi istiqamətində artıq addımlar atılıb. 

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Sherg.az"a deyib ki, Azərbaycan Türkiyə vasitəsi ilə Suriyanın qaz təminatında iştirak edə bilər. Ekspert bildirib ki, Azərbaycan Türkiyə bazarında ildə 10 milyard m3 ətrafında qaz satır: 

"Qaz Türkiyəyə iki kəmərlə - Bakı-Tiflis-Ərzurum və Genişləndirilmiş Cənub Qafqaz Boru kəmri ilə daxil olur: "Türkiyədən Suriyaya qazı ötürmək hazırda mümkündür. Artıq Türkiyə və Suriya arasında yeni  qaz kəməri çəkilib. 2025-ci ilin mayında Türkiyə və Suriya hökumətləri Türkiyə ilə sərhəd Kilis şəhəri ilə Suriyanın Hələb şəhərini birləşdirən qaz kəməri vasitəsilə təbii qazın tədarükünə dair razılığa gəliblər. Bu kəmərlə Suriyadakı Hələb və Homs elektrik stansiyalarının ehtiyacları üçün gündə 6 milyon m³-ə qədər (ildə təxminən 2 milyard m³) qaz tədarük etməyə imkan verir. Bəs Azərbaycanın Suriyaya qaz ermək üçün balansında ehtiyat varmı? Bunu ölkə daxilində qaz istehlakının azaldılması hesabına, qaz istehlakını isə bir neçə mənbə hesabına əldə etmək münkündür. İyunun 25-də istifadəyə verilmiş "8 noyabr" istilik elrktrik stansiyası ildə 1 mlrd m3 qazın istehlakını azaltnağa qadirdi. Demək, 500 mln m3 ətrafında qaza qənaət edilməsi cari ildə mümkündür. Artıq avqustda Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti 240 MVt gücündə olan  "Abşeron-Xızı"  külək elektrik stansiyasını mərhələli şəkildə istismara verəcək. Cari ilin IV rübü ərzində stansiya tam şəkildə tikilib başa çatacaq. Bu isə cari il üçün daha 100 milyon m3 təbii qaza qənaət deməkdir".
Ekspert vurğulayıb ki, SOCAR-ın "Azəriqaz" İB bu il qaz itkisini azaltmaq məqsədi ilə masştablı şəkildə qaz infrastrukturunun təmiri və bərpa edilməsi işlərini həyata keçirir:

 "Dövlət Statustika Komitəsinin cari ilin 5 ayının məlumatları əsasında deyə bilərik ki, ölkədə istehsal edulən elektrikin təqribən 85 faizi qazın yandırılması hesabına əldə edilib. Amna havaların bir tərəfdən sərin keçməsi ölkə daxilində elektrik enerjisi istehlakını azaldan amildir. İkinci amil isə yaz-yay mövsümündə yağışın miqdarının artması, çaylarda su bolluğu səbəbindən su elektrik stansiyalarında istehsalın kifayət qədər artımı ilə bağlıdır. Göründüyü kimi, Azərbaycan yeni qaz yataqlarının işlənməsunə başlamadan belə cari il üçün xarici bazarlara əlavə mavi yanacaq həcmləri çıxartmaq imkanına malikdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri