Icma.az
close
up
RU
Azərbaycan Suriyaya səfir təyin EDƏ BİLƏR

Azərbaycan Suriyaya səfir təyin EDƏ BİLƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd hakimiyyəti devrildi. “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı müxalifət 12 gün ərzində paytaxt Dəməşqə çatdı. Qruplaşmanın Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsəd ailəsilə birgə ölkədən qaçıb və Rusiyaya sığınıb.

Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd hakimiyyətini devirən “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Əl-Cəlalinin nəzarəti altında qalacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Telefon danışığının ardından Azərbaycan XİN bəyanat yayıb: "Azərbaycan Respublikası Suriyada baş verən prosesləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşər əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması, vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir".

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib ki, Azərbaycan Suriyada yeni dövrdə siyasi dialoq mühitinin olmasını arzu edir:

“Azərbaycan qardaş Türkiyə ilə birgə Suriyada baş verən prosesləri diqqətlə izləyib.  Azərbaycan hər bir məsələnin beynəlxalq hüquq normaları çərçivəsində məhz Suriyanın ərazi bütövlüyü çərçivəsində davam etməsi və ölkədə siyasi dialoqun mövcudluğunu arzu edir”.

Deputat vurğulayıb ki, bununla yanaşı beynəlxalq terror üzrə əlaqələri olan təşkilatların qarşısının alınması zəruridir:

“Azərbaycan bu isiqamətdə öz töhfəsini verməyə hazırdır. Terror təşkilatlarının Türkiyəyə qarşı hücumlarının qarşısını almaq üçün zəruri addımların həyata keçirilməsində qardaş ölkəyə dəstək verməyə hazırdır. Eyni zamanda Azərbaycan ənənəvi olaraq humanitar dəstək verməyə hazır olduğunu elan edib. Hesab edirəm ki, bizim ən birinci şüarımız "terrora yox"dur. Çünki Suriyada kommunist terror təkilatlarının Türkiyəyə  hücumlarının qarşısı alınmalı və Türkiyə Suriya sərhədi stabil rehimdə  fəaliyyət göstərməlidir”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Suriyada yaşayan türkmənlərə yardım etməliyik:

“Əsəd rejimi Ermənistanı müdafiə edirdi. Bu dəstək İkinci Qarabağ müharibəsində də özünü göstəririb.Qarşılqlı səfərlər olub. Ötən il Ermənistandan nümayəndə heyəti Suriyaya getmişdi. Əsəd həmin nümyəndə heyətini qəbul edəndə demişdi ki, Suriya hər zaman Ermənistanın yanındadır. Yəni anti-Azərbaycan siyasəti yürüdürdü. Artıq Əsəd yoxdur. Azərbaycanın Suriyada fəallığını artırmaq növbəsi çatıb. Suriyada türkmənlər yaşayır ki, onlara dəstək verməliyik”.

Politoloq vurğulayıb ki, böyük ehtimalla Suriyadakı səfirliyimiz fəaliyyətini bərpa edəcək:

“Suriyada Türkiyə əsas aparıcı mövqedə olacaq. Suriyada terrorla mübarizə, yenidən qurulmasında. Əlbəttə, Azərbaycan stratji müttəfiqinin yanındadır. Azərbaycan və Türkiyə Prezidentlərinin telefon danışığından dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi çox gərəkli bəyanat yaydı. Biz də Suriyada Türkiyənin yanında olacağıq. Səfirliyimiz də böyük ehtimalla Suriyada fəaliyyətı başlayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri