Icma.az
close
up
RU
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.  

Qeyd edək ki, ICPC dünya finalı Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə gerçəkləşir. Kapital Bank isə PAŞA Holding-in daxilində bu mühüm qlobal layihədə fəal iştirak edir.

Açılış mərasimində ICPC Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə proqramçılarından ibarət 148 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bu mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycanın texnoloji tərəqqisinin göstəricisi, beynəlxalq əməkdaşlığa açıqlığının nümunəsi adlandırıb. O vurğulayıb ki, bu təcrübə gənclərin ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına və maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə mühüm töhfə verəcək.

Bankın nümayəndələrinin də qatıldığı açılış mərasimi, Kapital Bank-ın gənclərin inkişafına, innovasiya və texnologiya sahəsində beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin nümunəsidir. Bununla yanaşı, PAŞA Holding-in stendində Kapital Bank tərəfindən gənclərə bank sektorunda mövcud iş imkanları, karyera inkişafı, innovativ məhsullar və layihələr haqqında ətraflı məlumat təqdim olunur. Ziyarətçilərin sualları cavablandırılır, onların maraq göstərdiyi mövzular üzrə interaktiv söhbətlər aparılır.

Beş gün davam edəcək layihə çərçivəsində iştirakçılar həm də Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə müxtəlif beynəlxalq şirkətlərin stendləri ilə tanış ola biləcəklər. Sərgidə "OpenAI”, "JetBrains”, "Huawei”, "Google” kimi qlobal lider texnologiya şirkətləri də öz təcrübə və həllərini təqdim edirlər. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc. 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Sentyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri