Bakı İlahiyyat Kollecinin dini mənəvi xidmət ixtisasına qeydiyyat başlanır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 may, AZƏRTAC
Tam (11 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər mayın 21-dən iyunun 1-dək qeydiyyatdan keçə bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesində buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanı) 40 və daha yüksək bal (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) toplayan abituriyentlər iştirak edə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər Dini-Psixoloji Komissiyanın (DPK) müsahibəsində iştirak edəcəklər. DİM-in internet səhifəsində abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında əlavə məlumat veriləcək. “İmtahana buraxılış vərəqəsi”ndə müsahibənin tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Müsahibədən məqbul qiymət alan abituriyentlər digər ixtisaslarla yanaşı, dini-mənəvi xidmət ixtisasını da seçə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 21 May 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















