Icma.az
close
up
RU
Bakı İlahiyyat Kollecinin nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub

Bakı İlahiyyat Kollecinin nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin (BİK) əməkdaşlarından ibarət nümayəndə heyətinin 24-28 noyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfəri baş tutub.

Nümayəndə heyətinin tərkibində BİK-in direktoru Mehman İsmayılov, kollecin tədris işləri üzrə direktor müavini Əbülfət Vəliyev, tədris hissə müdiri Hilalə İbadova, tyutor İsrail Əsgərov təmsil olunublar. 

Səfərin ilk günündə Ankarada Türkiyə Respublikası təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirilib.

Görüş zamanı BİK-in direktoru Mehman İsmayılov Azərbaycanın dini təhsil sistemi barədə məlumat verib, dövlətin bu sahəyə qayğısından bəhs edib. 

Türkiyə təhsil nazirinin müavini Celile Eren Ökten Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil istiqamətində də qardaşlıq və dostluğa söykənən qarşılıqlı münasibətlərin mövcudluğunu vurğulayıb, dini tədris sahəsində Türkiyə Təhsil Nazirliyinin təcrübəsini bölüşməyə və bu sahəyə dəstək verməyə hazır olduqlarını bildirib. 

Səfər çərçivəsində BİK-in nümayəndə heyəti Türkiyə Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən, Ankara şəhərində yerləşən Dini Tədris Mərkəzini ziyarət edib. Dini Tədris Mərkəzinin müdiri Ahmet İşleyen qurumun fəaliyyət istiqamətləri, həmçinin Türkiyədə fəaliyyət göstərən imam-xətib liseylərinin tədris proqramları və dərslikləri haqqında geniş məlumat verib. 

Səfər zamanı nümayəndə heyətinin üzvləri Ankarada yerləşən Şəhid Cengiz Polat Anadolu Liseyinin tədris prosesi ilə də tanış olublar.

BİK-in nümayəndə heyəti daha sonra  Ankaranın tanınmış tədris ocaqlarından hesab edilən Tevfik İreli Anadolu imam-xətib liseyini ziyarət edib. Liseyin müdiri İsgəndər Gənc rəhbərlik etdiyi təhsil ocağının tədris proqramı, sosial-mədəni fəaliyyəti haqqında geniş məlumat verib. Dərs prosesini canlı şəkildə izləyən qonaqlar burada tətbiq metodları ilə tanış olublar. 

Nümayəndə heyətinin üzvləri, həmçinin Türkiyə və digər türkdilli ölkələrdə ortaq milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və tanıdılması istiqamətində böyük layihələr həyata keçirən, Ankara şəhərində yerləşən Anadolu Məktəbini ziyarət ediblər. Türkiyə Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən məktəbin rəhbəri Sami Güçlü təhsil ocağının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Türkiyənin 40-dan çox bölgə və şəhər məktəbində, həmçinin türkdilli ölkələrin bir neçə təhsil ocağında həyata keçirilən layihələrin əsas məqsədi şagird və tələbələri böyük coğrafi ərazini əhatə edən türk dünyasının ortaq mədəniyyəti, ənənə və dəyərləri ilə yaxından tanış etməkdir. Sami Güçlü bildirib ki, Anadolu Məktəbi qeyd olunan bu dəyərlərin təbliği üçün ölkə daxilində və xaricdə gənclər arasında müxtəlif müsabiqələr təşkil edir.

Nümayəndə heyətinin üzvləri Ankarada fəaliyyət göstərən və dünyanın müxtəlif ölkələrindən gələn şagirdlərin təhsil aldıqları Beynəlxalq Milli İradə Anadolu İmam-xətib Qızlar Liseyinin fəaliyyəti ilə də tanış olublar. Liseyin direktoru Asuman Yüksel tədris ocağında 45 ölkədən gələn şagirdlərin təhsil aldığını bildirib. BİK-in nümayəndə heyətinə liseydə tədris olunan fənlər, həyata keçirilən müxtəlif proqram və layihələr barəsində geniş məlumat verilib.

Nümayəndə heyəti İstanbul şəhərində yerləşən bir neçə imam-xətib liseyində olub.

Müxtəlif istiqamətlər üzrə ixtisaslaşan Mehmet Emin Saraç Anadolu İmam-xətib liseyi, Bəyoğlu Anadolu İmam-xətib liseyi və İstanbul Rəcəb Tayyib Ərdoğan İmam-xətib liseyini ziyarət edən nümayəndə heyətinin üzvləri hər üç liseyin fəaliyyəti, həmçinin bu təhsil ocaqlarında dini fənlərin tədrisində istifadə olunan ədəbiyyatlarla tanış olublar. Heyət üzvlərinə bildirilib ki, Türkiyə Respublikasında fəaliyyət göstərən imam-xətib liseyləri, ümumilikdə, on bir istiqamət üzrə ixtisaslaşıb. Qonaqlara dini dərslərlə yanaşı, dil, ədəbiyyat, incəsənət, texnologiya, fəlsəfə, mədəniyyət və digər sahələrlə bağlı fənlərin tədris olunduğu bu liseylərin özünəməxsus tədris metodları haqqında ətraflı məlumat verilib. Gələcəkdə BİK ilə adıçəkilən liseylər arasında əməkdaşlığın genişləndirilməsi, kollecin müəllimlərinin təcrübə mübadiləsi məqsədilə bu tədris ocaqlarına göndərilməsi, həmçinin tələbələrin İstanbuldakı liseylərdə təşkil olunacaq yay məktəblərində iştirakı müzakirə edilib.

Məlumat üçün bildirək ki, səfər xarici ölkələrin müvafiq təhsil muəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilib.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri