Icma.az
close
up
RU
Bakı ilə Ankara arasında nə baş verir? Ərdoğanın iki hədəfi var

Bakı ilə Ankara arasında nə baş verir? Ərdoğanın iki hədəfi var

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İshaq Hersoqun COP29-da iştirak məqsədi ilə Azərbaycana gəlmək üçün bu ölkənin hava məkanından istifadəsinə icazə vermədiyini açıqlayıb.

O, Braziliyada baş tutan G20 sammiti çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı İsraillə əlaqələrin tam kəsildiyini, bu səbəblə hava məkanından keçidə icazə verilmədiyini bildirib. Türkiyə prezidenti deyib ki, İ.Hersoqun başqa vasitə ilə getməsi tövsiyə olunub.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ərdoğanın Fələstin məsələsi üzərindən verdiyi bəyanatlar iki hədəfə hesablanıb:

“Birincisi, daxili auditoriyada dini kəsimin səslərinin itirilməməsidir. Çünki Qəzza müharibəsi başladıqdan sonra Türkiyə hakimiyyətinin İsraillə əlaqələri tənqid edildi, hətta etirazlar da keçirildi. Bu vəziyyətdə Ərdoğan Fələstin məsələsinə xüsusi diqqət ayırır.

İkincisi, İslam dünyasında Türkiyənin güc mərkəzi rolunu artırmaqdır. Fələstin məsələsi xüsusilə İran tərəfindən islam coğrafiyasında zaman-zaman bu kontekstdə istifadə edilib. Fələstinlilərə faktiki olaraq, heç bir ciddi dəstək verməyən Tehran bu məsələni öz siyasi maraqları naminə istismar edir, hətta mövzunu manapoliyasında saxlamaq üçün Türkiyəyə qarşı da ittihamlar irəli sürür. Fikrimcə, Ankaranın Fələstin məsələsinin üzərində xüsusi olaraq dayanması həm də bundan qaynaqlanır”.


Asif Nərimanlı 

A.Nərimanll bildirib ki, bu məsələnin Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməsi arzuolunan deyil:

“Lakin Ankara-Bakı münasibətlərinin göründüyü və ya təqdim edildiyi kimi, gərgin olmadığını, yaxud pisləşmədiyini düşünürəm. Ərdoğanın COP29-da iştirakı da buna nümunədir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri