Ərdoğanın telefon zəngi Bakı Ankara arasında gərginliyi azaldacaqmı?
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
"Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi yaxşı görüntüdür. Ancaq müzakirə edilən məsələlər və haqsız münasibətə son qoyulması ilə bağlı ortaq mövqenin əldə edilməsi cəhdləri daha çox diqqət mərkəzinə gətirilməlidir.
Yayılan məlumatlara istinad etsək prezidentlər Azərbaycan -Türkiyə münasibətilərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Belə bir fikrin Ərdoğan tərəfindən ifadə edilməsi xoş təəssürat yaradır".
Bunları Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib. Onun sözlərinə görə, Türkiyənin sosial şəbəkələri, bir çox TV kanalları sistemli şəkildə ölkəmiz əleyhinə kampaniya aparırlar:
"Üstəlik Ərdoğanın köməkçisinin bu kampaniyaya dəstək verdiyi müşahidə olundu. Bütün bunların dayandırılması lazımdır. Bütün bunlara son qoyulacaqsa Ərdoğanın telefon zənginin münasibətlərdəki gərginliyi aradan qaldırmağa xidmət etdiyini deyə bilərik".
Partiya sədri qeyd edib ki, Azərbaycan tərəfi baş verənlərə kifayət qədər səbrli yanaşır və bütün bunların iki qardaş arasında müvəqqəti anlaşmazliq kimi qəbul etməkdədir:
"Ümid edirik ki, tezliklə baş verən xoşagəlməz hallara son qoyulacaq".
Süleyman
Bu mövzuda digər xəbərlər:Ərdoğanın diqqətçəkən telefon zəngi Ankara hərəkətə keçdi
17 İyun 2025 00:09
Bakı ilə Ankara arasında nə baş verir? Ərdoğanın iki hədəfi var
20 Noyabr 2024 20:58
Bakı Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir
05 İyul 2025 20:10
Bakı və Ankara arasında telefon danışığı: Regional eskalasiya...
02 Mart 2026 15:02
Ərdoğanın Abbasla görüşü: Ankara nə mesaj verdi?
14 Avqust 2026 13:29
Baxış sayı:73
Bu xəbər 22 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















