Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Bakı ilə Daşkənd arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Bakı ilə Daşkənd arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


“Azərbaycan bütün yaxın-uzaq ölkələrlə yüksək səviyyəli əməkdaşlıq qurmağa maraqlıdır, bu istiqamətdə ciddi, nəticəyə hesablanmış addımlar atır. Bu mənada Orta Asiya respublikaları, xüsusilə də Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Son illərdə istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanla Özbəkistan arasında çox güclü əlaqələr formalaşıb. Sevindirici hal ondan ibarətdir ki, bu əlaqələr hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. İkitərəfli münasibətlərin inkişafına Bakı ilə yanaşı Daşkənd də xüsusi maraq göstərir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, artıq iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə çatıb:
“Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin keçən il Özbəkistana səfəri zamanı iki ölkə arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Cənab İlham Əliyevin dünən Şavkat Mirziyoyevlə görüşündə dediyi kimi bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.
İlham Məmmədov diqqətə çatdırıb ki, Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış sənədlər əməkdaşlığın daha dərinləşdirilməsində baza rolunu oynayacaq:
“Bakı ilə Daşkənd arasında əlaqələri daha da irəli aparmaq üçün hər iki ölkənin kifayət qədər potensialı, imkanları var. Bu sırada iqtisadi əməkdaşlıq, eləcə də nəqliyyat-logistika sahəsində əlaqələri xüsusi qeyd etmək lazımdır. Onsuz da hər iki ölkə bir sıra nəqliyyat-logistika layihələrində səmərəli əməkdaşlıq edir və əlaqələr qurur. Bu mənada Orta Dəhliz layihəsində də birgə əməkdaşlıq üçün kifayət qədər imkanlar var”.
Millət vəkili deyib ki, qarşılıqlı şəkildə investisiya layihələrinin həyata keçirilməsi baxımından da ortada nəticəyə dayanan təcrübə var:
“Özbəkistan investisiyası hesabına Xankəndində tikiş fabriki inşa edilməkdədir. Bundan başqa Füzuli şəhərində Özbəkistan dövlətinin Qarabağda aparılan bərpa işlərinə yardımı çərçivəsində Mirzə Uluqbəy adına orta məktəb istifadəyə verilib. Paralel olaraq Özbəkistan digər xarici investorlar kimi azərbaycanlı iş adamları üçün də cəlbedici ölkədir. Bir sözlə bütün istiqamətlərdə Bakı ilə Daşkənd arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri