Icma.az
close
up
RU
Bakı Daşkənd xətti: əməkdaşlığın yüksələn trayektoriyası ŞƏRH

Bakı Daşkənd xətti: əməkdaşlığın yüksələn trayektoriyası ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Bu gün dünya türk dövlətlərinin birliyinin, həmrəyliyinin, Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsinin şahidinə çevrilib. Qeyd etdiyimiz kimi, əlaqələrin inkişafı qarşılıqlı səfərlərdə və imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da genişlənir. Dövlət başçılarının şəxsi dostluq münasibətləri ölkələrimiz arasında əməkdaşlığa müsbət təsir edir. Həmçinin əlaqələr çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Azərbaycanın qurumun beynəlxalq nüfuzunun artırılması istiqamətində göstərdiyi səylər bütün türk dövlətləri tərəfindən təqdir edilir.
Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri bütün bu məqamlara bir daha işıq saldı. Belə ki, keçirilən görüşlərdə, Prezidentlərin mətbuata birgə bəyanatlarında iki dost ölkənin münasibətləri geniş təhlil edildi. Səfər çərçivəsində imzalanan sənədlər tərəflərin bu əlaqələri müxtəlif istiqamətlərdə uğurlu inkişaf etdirməkdə maraqlı olduqlarını təsdiqləyir. Mətbuata bəyanatında “Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri mübaliğəsiz tarixi əhəmiyyət daşıyır” söyləyən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğuladı ki, biz bu barədə bu gün dəfələrlə danışdıq, çünki
imzaladığımız bütün sənədlər, razılaşdığımız bütün məsələlər ikitərəfli əməkdaşlıq üçün tarixi hadisələrdir. Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir. Biz Özbəkistanda qardaş Azərbaycanın hər bir uğuruna, onun davamlı iqtisadi inkişafına və artan beynəlxalq nüfuzuna həmişə səmimi-qəlbdən sevinirik. Prezident İlham Əliyevin məqsədyönlü siyasi kursu sayəsində ölkənin bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə
nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir. Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətdir. Münasibətlərimizin təməlində vahid sivilizasiya kodu, ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır. Məhz bu dərin bağlılıq münasibətlərimizi monolit və xarici konyunkturun təsirinə qarşı dayanıqlı edir.
Dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram: “Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir”.

Səfər çərçivəsində imzalanan sənədlər arasında Əbədi dostluq haqqında Müqavilə iki ölkənin münasibətlərinin bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Bu sənəd ilə Azərbaycan- Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluq və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcəkdir. Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol, Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq. Azərbaycan-Özbəkistan münasibətlərinin dərinliyi yalnız siyasi və iqtisadi göstəricilərlə məhdudlaşmır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakı,
eyni zamanda, ötən il Bakıda “Özbəkistan”, cənab İlham Əliyevin bu dəfəki səfəri zamanı isə Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan qardaşlığın, dostluğun bariz təzahürlərindəndir. Həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ildə Azərbaycana dövlət səfəri çərçivəsində Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 960 şagird yerlik məktəb Özbəkistan tərəfindən Azərbaycana hədiyyə edilib. Məktəbin Mirzə Uluqbəyin adını daşıması layihəyə əlavə tarixi-mədəni məna qazandırır. Səfər Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf tarixində yeni səhifənin başlanğıcı oldu. İki müttəfiq ölkə əbədi dost olaraq qarşıdakı dövrdə görüləcək işlərin yol xəritəsini təqdim etdilər.
Cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də Azərbaycan-Özbəkista münasibətlərinin ayrı-ayrı sahələrdə inkişafına xüsusi diqqət yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb. Özbəkistan Respublikasının Prezidenti ilə cənab İlham Əliyev arasında mövcud olan
səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının
möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və
müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Şavkat Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb.
Prezident İlham Əliyev əlaqələrin inkişafında iqtisadi amilin rolundan da bəhs etdi. İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün
mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir. Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı üçün bütün imkanlar mövcuddur. Tərəflər imzalanan sənədlərdən irəli gələn addımların atılması fonunda qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyirlər.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri