Icma.az
close
up
RU
Bakı ilə Moskva arasında vasitəçilik edə biləcək yeganə şəxs...

Bakı ilə Moskva arasında vasitəçilik edə biləcək yeganə şəxs...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Axar.az ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauzun Globalinfo.az-a müsahibəsini təqdim edir:

- Yücel bəy, Azərbaycan təyyarəsinin vurulmasından bir qədər sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il Xocalıya səfər edəcəyi barədə mediada xəbər yayıldı. Türkiyə hər zaman Azərbaycanla müttəfiq mövqedən çıxış edir. Bəs Rusiya ilə münasibətlərdəki gərginliyin aradan qaldırılmasında Türkiyə faktoru hansı rolu oynayır? Biz eyni zamanda Suriyada Türkiyəyə uduzan Rusiyadan danışırıq.

- Əvvəla, Rusiyanı Suriyadan Türkiyə çıxarmayıb. Rusiyanı Suriyadan kənarlaşdıran geosiyasi və geostrateji tarazlıq, Suriyanın 13 ildir öz xalqına qarşı yürütdüyü soyqırım siyasəti idi. Rusiya rəhbərliyinin həqiqəti görə bilməməsi ilə müəyyən mənada öz sonunu hazırladığını söyləmək olar. Təbii ki, Türkiyənin də rolu var, amma bütün yükü Türkiyənin üzərinə atmaq düzgün deyil. Eyni şeyi İranda da edirlər. İran Suriyadan çəkilməsini Türkiyə ilə əlaqələndirir, lakin bu, tək Türkiyənin rolu deyil.

Bu il Xocalı faciəsinin anım tədbirinin Xocalıda, yoxsa Bakıda keçiriləcəyi hələ dəqiq deyil. Bu kimi məsələlər gündəmə gətirilir, amma tam dəqiqləşməyib. Azərbaycan keçmişdə hər zaman Türkiyənin yaşadığı problemli hadisələrdə, xüsusən də yaxın coğrafiyadakı hadisələrdə müsbət və konstruktiv vasitəçi olub. Türkiyə-Rusiya təyyarə böhranı zamanı bunu gördük. Azərbaycanla Rusiya arasında hazırda artan gərginliyin azalması, geosiyasi və geostrateji tarazlıqların qorunması, imperialist dövlətləri sevindirməmək üçün təbii ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələlərdə Azərbaycanla Rusiya arasında vasitəçilik edə biləcək yeganə liderdir. Və onun üzərinə düşəni edəcəyini düşünürəm. Türkiyə bu gərginliyin azaldılmasına öz töhfəsini verəcək. Rusiya ilə Türkiyə arasında münasibətlər zaman-zaman qeyri-sabit olub, lakin bu münasibətlərin davam etdirilməsi hər iki ölkənin maraqlarına uyğundur və bir-birilərinə ciddi təsir göstərmir.

- Türkiyənin xarici işlər naziri Hakan Fidan bir az əvvəl Fransaya qarşı sərt çıxış edərək Suriyada yalnız ABŞ-la müzakirə aparacaqlarını dedi. ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Suriyada söz sahibinin Türkiyə olduğunu vurğulayıb. Yaxın Şərq siyasətində Türkiyə hansı üstünlükləri əldə etdi?

- Türkiyə Suriyada bu qəddar və soyqırımçı təfəkkürlə 13 il mübarizə aparıb, onunla danışıqlara getməyib. O, Suriyanın bütövlüyü, bütün terrorçu ünsürlərin təmizlənməsi, Suriya xalqı üçün əlindən gələni etdi. Nəticə etibarilə doğru olan da zülmkarın getməsi və Suriya xalqının öz yerli idarəetməsini qurması idi. Bu prosesə Türkiyənin verdiyi töhfə əhəmiyyətlidir. Bu kontekstdə 810 km sərhədi olan, orada yaşayan təxminən 5 milyondan çox türkmanla sıx əlaqələrə malik və ortalama 5-6 milyon suriyalını ən yaxşı şəkildə qəbul edən bir ölkə kimi Türkiyə, təbii ki, Suriyanın gələcəyində söz sahibi olan ilk ölkələrdən biridir. Bunu ən yaxşı anlayan şəxs Donald Tramp oldu. O, Suriyanın birlik və həmrəyliyini Türkiyə ilə bərabər qurmağı düşünür. Digər yerlərdə olduğu kimi Fransa Suriyada da əngəl yaratmağa çalışır, amma bu boş cəhddir. Təbii ki, Türkiyənin həmsöhbəti Fransa deyil. Fransa orda beynəlxalq gücə kiçik bir töhfə verməklə Suriyada söz sahibi ola bilməz. Əslində Suriyada yeni administrasiyaya verdiyi dəstəyin müqabilində Fransa oradakı paydan liman işlətmək hüququ qazanıb. Bundan artıq söz demə imkanı və iqtidarında deyil.

- Türkiyə hökuməti və xalqı Qəzzada baş verənlərlə bağlı mövqeyini, duruşunu hər zaman açıq şəkildə ortaya qoyub. Prezident Trampın planına da münasibətini bildirib. Qəzzadakı hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?

- Ən çətin məsələ Qəzzadakı insanların vəziyyətidir. Trampın zərərçəkmiş bölgədəki insanların vəziyyəti ilə bağlı fikirləri, təbii ki, qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının ABŞ istisna olmaqla digər daimi üzv ölkələrinin öz fikirlərini ortaya qoyması vacibdir. Almaniya məsələ ilə bağlı mövqeyini açıqladı. Rusiya və Çinin də mövqeyini bilirik. ABŞ-ın minlərlə kilometr uzaqlıqdan gəlib Qəzzanı idarə etməsi real siyasətə uyğun görünmür. Lakin əsirlərin mübadiləsi ilə bağlı yaranan problemlərə görə atəşkəsin şənbə günündən etibarən sona çatması gözlənilir. Orada böyük əksəriyyəti qadın və uşaq olmaqla 46 minə yaxın insan həyatını itirdi. Türkiyə Trampın irəli sürdüyü planla razılaşmadığı və Fələstin xalqının öz müstəqilliyini və ərazi bütövlüyünü qorumalı olduğu fikrini bildirdi. Biz 2025 və 2026-cı illərdə Qəzzanı müzakirə etməyə davam edəcəyik. Dünyanın digər məzlum xalqları və dünyanı idarə edən BMT TŞ-nin ABŞ xaric digər üzvləri Türkiyə kimi açıq-aşkar münasibət göstərməlidir. Əks halda orada dağıdıcı siyasət və insan ölümləri davam edəcək. Bu hadisəyə səbəb olan şərtlər aradan qaldırılmadıqca 2025-ci il elə bu şəkildə keçəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Fevral 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri