Icma.az
close
up
RU
Bakı ilə Moskva arasında vasitəçilik edə biləcək yeganə şəxs odur Yücel Karauz

Bakı ilə Moskva arasında vasitəçilik edə biləcək yeganə şəxs odur Yücel Karauz

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Globalinfo.az ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauzla müsahibəni təqdim edir:

– Yücel bəy, Azərbaycan təyyarəsinin vurulmasından bir qədər sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il Xocalıya səfər edəcəyi barədə mediada xəbər yayıldı. Türkiyə hər zaman Azərbaycanla müttəfiq mövqedən çıxış edir. Bəs Rusiya ilə münasibətlərdəki gərginliyin aradan qaldırılmasında Türkiyə faktoru hansı rolu oynayır? Biz eyni zamanda Suriyada Türkiyəyə uduzan Rusiyadan danışırıq.

– Əvvəla, Rusiyanı Suriyadan Türkiyə çıxarmayıb. Rusiyanı Suriyadan kənarlaşdıran geosiyasi və geostrateji tarazlıq, Suriyanın 13 ildir öz xalqına qarşı yürütdüyü soyqırım siyasəti idi. Rusiya rəhbərliyinin həqiqəti görə bilməməsi ilə müəyyən mənada öz sonunu hazırladığını söyləmək olar. Təbii ki, Türkiyənin də rolu var, amma bütün yükü Türkiyənin üzərinə atmaq düzgün deyil. Eyni şeyi İranda da edirlər. İran Suriyadan çəkilməsini Türkiyə ilə əlaqələndirir, lakin bu, tək Türkiyənin rolu deyil.

Bu il Xocalı faciəsinin anım tədbirinin Xocalıda, yoxsa Bakıda keçiriləcəyi hələ dəqiq deyil. Bu kimi məsələlər gündəmə gətirilir, amma tam dəqiqləşməyib. Azərbaycan keçmişdə hər zaman Türkiyənin yaşadığı problemli hadisələrdə, xüsusən də yaxın coğrafiyadakı hadisələrdə müsbət və konstruktiv vasitəçi olub. Türkiyə-Rusiya təyyarə böhranı zamanı bunu gördük. Azərbaycanla Rusiya arasında hazırda artan gərginliyin azalması, geosiyasi və geostrateji tarazlıqların qorunması, imperialist dövlətləri sevindirməmək üçün təbii ki, cənab prezident Rəcəb Tayyib Ərdoğan bu məsələlərdə Azərbaycanla Rusiya arasında vasitəçilik edə biləcək yeganə liderdir. Və onun üzərinə düşəni edəcəyini düşünürəm. Türkiyə bu gərginliyin azaldılmasına öz töhfəsini verəcək. Rusiya ilə Türkiyə arasında münasibətlər zaman-zaman qeyri-sabit olub, lakin bu münasibətlərin davam etdirilməsi hər iki ölkənin maraqlarına uyğundur və bir-birlərinə ciddi təsir göstərmir.

– Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bir az əvvəl Fransaya qarşı sərt çıxış edərək Suriyada yalnız ABŞ-la müzakirə aparacaqlarını dedi. ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Suriyada söz sahibinin Türkiyə olduğunu vurğulayıb. Yaxın Şərq siyasətində Türkiyə hansı üstünlükləri əldə etdi?

Yücel Karauz

– Türkiyə Suriyada bu qəddar və soyqırımçı təfəkkürlə 13 il mübarizə aparıb, onunla danışıqlara getməyib. O, Suriyanın bütövlüyü, bütün terrorçu ünsürlərin təmizlənməsi, Suriya xalqı üçün əlindən gələni etdi. Nəticə etibarilə doğru olan da zülmkarın getməsi və Suriya xalqının öz yerli idarəetməsini qurması idi. Bu prosesə Türkiyənin verdiyi töhfə əhəmiyyətlidir. Bu kontekstdə 810 km sərhədi olan, orada yaşayan təxminən 5 milyondan çox türkmənlə sıx əlaqələrə malik və ortalama 5-6 milyon suriyalını ən yaxşı şəkildə qəbul edən bir ölkə kimi Türkiyə, təbii ki, Suriyanın gələcəyində söz sahibi olan ilk ölkələrdən biridir. Bunu ən yaxşı anlayan şəxs Donald Tramp oldu. O, Suriyanın birlik və həmrəyliyini Türkiyə ilə bərabər qurmağı düşünür. Digər yerlərdə olduğu kimi Fransa Suriyada da əngəl yaratmağa çalışır, amma bu boş cəhddir. Təbii ki, Türkiyənin həmsöhbəti Fransa deyil. Fransa orda beynəlxalq gücə kiçik bir töhfə verməklə Suriyada söz sahibi ola bilməz. Əslində Suriyada yeni administrasiyaya verdiyi dəstəyin müqabilində Fransa oradakı paydan liman işlətmək hüququ qazanıb. Bundan artıq söz demə imkanı və iqtidarında deyil.

– Türkiyə hökuməti və xalqı Qəzzada baş verənlərlə bağlı mövqeyini, duruşunu hər zaman açıq şəkildə ortaya qoyub. Prezident Trampın planına da münasibətini bildirib. Qəzzadakı hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?

– Ən çətin məsələ Qəzzadakı insanların vəziyyətidir. Trampın zərərçəkmiş bölgədəki insanların vəziyyəti ilə bağlı fikirləri, təbii ki, qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının ABŞ istisna olmaqla digər daimi üzv ölkələrinin öz fikirlərini ortaya qoyması vacibdir. Almaniya məsələ ilə bağlı mövqeyini açıqladı. Rusiya və Çinin də mövqeyini bilirik. ABŞ-ın minlərlə kilometr uzaqlıqdan gəlib Qəzzanı idarə etməsi real siyasətə uyğun görünmür. Lakin əsirlərin mübadiləsi ilə bağlı yaranan problemlərə görə atəşkəsin şənbə günündən etibarən sona çatması gözlənilir. Orada böyük əksəriyyəti qadın və uşaq olmaqla 46 minə yaxın insan həyatını itirdi. Türkiyə Trampın irəli sürdüyü planla razılaşmadığı və Fələstin xalqının öz müstəqilliyini və ərazi bütövlüyünü qorumalı olduğu fikrini bildirdi. Biz 2025 və 2026-cı illərdə Qəzzanı müzakirə etməyə davam edəcəyik. Dünyanın digər məzlum xalqları və dünyanı idarə edən BMT TŞ-nin ABŞ xaric digər üzvləri Türkiyə kimi açıq-aşkar münasibət göstərməlidir. Əks halda orada dağıdıcı siyasət və insan ölümləri davam edəcək. Bu hadisəyə səbəb olan şərtlər aradan qaldırılmadıqca 2025-ci il elə bu şəkildə keçəcək.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see314

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see247

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see236

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see213

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see194

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see175

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see175

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see173

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see166

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see165

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see156

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see156

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see130

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see128

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see127

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see126

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri