Icma.az
close
up
RU
Bakı ilə Pekin arasında qurulan körpü Əməkdaşlığın yeni dövrü

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan-Çin əlaqələri qədim İpək Yolunun mirasından qaynaqlanaraq bu gün müasir beynəlxalq münasibətlərdə strateji əhəmiyyət daşıyan tərəfdaşlığa çevrilib. Coğrafi mövqeyi ilə Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan, Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə mühüm tranzit mərkəzlərindən biridir. Bu amil iki ölkəni həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşdırır və qarşılıqlı əməkdaşlıq üçün əsaslı zəmin yaradır.

Münasibətlərin əsas istiqamətini enerji, nəqliyyat və ticarət təşkil etsə də, mədəniyyət, təhsil və texnologiya sahələrində də əməkdaşlıq getdikcə genişlənir. Çin Azərbaycanın bazarına sərmayə və texnologiya gətirərkən, Azərbaycan da öz növbəsində enerji resurslarını və tranzit imkanlarını təqdim edir. Bu qarşılıqlı tamamlayıcılıq ikitərəfli münasibətləri daha da dərinləşdirir və regional sabitlik üçün strateji perspektivlər açır.

Azərbaycanla Çin arasında münasibətlər son illərdə həm siyasi, həm də iqtisadi baxımdan keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əvvəllər iki ölkə arasında əlaqələr əsasən diplomatik səviyyədə təmsil olunurdusa, indi əməkdaşlıq sahələri çoxşaxəli xarakter alıb. Azərbaycanın strateji coğrafi mövqeyi - Avrasiyanın kəsişməsində yerləşməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində olması Çinə Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar yaradır. Çin isə öz növbəsində iri maliyyə resursları, qabaqcıl texnologiyaları və qlobal layihə təcrübəsi ilə Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatır.

Bu tərəfdaşlığın real təzahürü kimi Çinin Fucien əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisini göstərmək olar. Dünyanın 120-dən çox ölkəsindən minlərlə iş adamını, dövlət rəsmilərini və şirkətləri bir araya gətirən bu sərgi beynəlxalq əməkdaşlıq üçün mühüm platforma sayılır. Azərbaycan nümayəndə heyətinin də sərgidə iştirakı təsadüfi deyil. Məqsəd ölkəmizin iqtisadi potensialını tanıtmaq, yeni sərmayədarları cəlb etmək və mövcud tərəfdaşlıqları möhkəmləndirməkdir. Sərgi çərçivəsində təşkil olunan Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbiri xüsusi önəm daşıyıb. Tədbirdə nazirliklərdən tutmuş müxtəlif biznes strukturlarına qədər hər iki tərəfdən nümayəndələr iştirak edib və sənaye, energetika, logistika, kənd təsərrüfatı, İKT kimi sahələrdə əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev çıxışında vurğulayıb ki, Azərbaycan və Çin arasında münasibətlər artıq sadəcə dostluq prinsiplərinə əsaslanmır, hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Mərasimdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan ilə Çin arasındakı münasibətlər son illərdə ciddi şəkildə inkişaf edib və daha yüksək səviyyəyə qalxıb. O bildirib ki, bu inkişafın əsas səbəbi hər iki ölkə rəhbərinin göstərdiyi səylərdir. Ş.Mustafayev vurğulayıb ki, bu ilin aprel ayında Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması ilə bağlı Birgə Bəyanat imzalanıb. Bu, Azərbaycan-Çin əlaqələrində yeni bir mərhələnin başlanğıcıdır və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verəcək. Baş nazirin müavini həmçinin Prezident İlham Əliyevin Çinə yaxın günlərdə baş tutan səfərini xatırladaraq, bu səfər çərçivəsində Çin lideri Si Cinpin ilə aparılan görüşlərin əlaqələrin inkişafı üçün yeni imkanlar yaratdığını qeyd edib.

Ş.Mustafayev ölkəmizin Cənubi Qafqaz regionunda Çinin etibarlı tərəfdaşı olduğunu da bildirib. O əlavə edib ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çoxdur. Bu göstəricilər göstərir ki, iqtisadi əlaqələr davamlı olaraq inkişaf edir və iki ölkə arasındakı əməkdaşlıq yalnız diplomatik deyil, həm də praktik xarakter daşıyır. Baş nazirin müavini qeyd edib ki, son dövrlər investisiya sahəsində aparılan səylər nəticəsində Çin şirkətləri ilə birgə layihələr müxtəlif sahələrdə həyata keçirilir. Bu sahələrə sənaye, yaşıl enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar daxildir. Həmçinin yaradılan infrastruktur, investisiya və ticarət imkanları iki ölkənin əlaqələrinin daha da genişlənməsinə şərait yaradır.

Ş.Mustafayev Azərbaycanın Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bu təşəbbüsə ən çox sərmayə yatıran dövlətlərdən biridir. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir və ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üçün yeni iqtisadi və nəqliyyat imkanları yaradıb. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəal inkişaf etdirilməsi və müasir infrastrukturun qurulması ölkəmizin strateji mövqeyini gücləndirir.

O həmçinin Azərbaycanın yaxın tarixdə əldə etdiyi tarixi uğurlara da diqqət çəkib. Ş.Mustafayev bildirib ki, işğaldan azad edilmiş ərazilərimiz və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması ilə bağlı əldə olunan razılaşmalar Zəngəzur dəhlizini həm Orta Dəhliz, həm də Şimal-Cənub dəhlizinin vacib seqmentinə çevirir. Bu isə regionda sülh və sabitliyin təmin olunmasına töhfə verəcək. Bundan başqa, vizasız səyahət rejimi turistlərin və iş adamlarının qarşılıqlı əlaqələrini artırır, mədəniyyətlərarası mübadiləni gücləndirir və insanların bir-biri ilə daha sıx təmasda olmasına imkan yaradır.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycanın Çində keçirilən nüfuzlu sərgilərdə davamlı iştirakı ölkəmizin investisiya və ticarət imkanlarını təqdim etmək, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq məqsədini daşıyır.

Çin tərəfdən çıxış edən kommersiya nazirinin müavini Lin Ci isə ölkəsinin Azərbaycanla ticarət, logistika, sənaye və yaşıl enerji sahələrində sıx əməkdaşlıq etdiyini, son illərdə bu əlaqələrin davamlı artım göstərdiyini bildirib. 

Tədbir yalnız rəsmi nitqlərlə yekunlaşmayıb. Panel müzakirələrində və B2B görüşlərdə konkret biznes imkanları barədə danışıqlar aparılıb. Bu isə o deməkdir ki, Azərbaycanla Çin arasında tərəfdaşlıq nəzəri söhbətlərdən çıxaraq praktiki əməkdaşlığa çevrilir. İki ölkə şirkətləri arasında qurulan əlaqələr yaxın illərdə sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrində bir sıra layihələrin icrasına yol aça bilər. Azərbaycanın günəş və külək enerjisi potensialı ilə Çinin texnologiya imkanlarının birləşməsi gələcəkdə enerji keçidi üzrə uğurlu nəticələr vəd edir. Eyni zamanda, Azərbaycanın tranzit potensialı və nəqliyyat dəhlizləri ilə Çinin geniş bazar imkanları birləşdikcə regionun iqtisadi xəritəsində yeni səhifə açılır.

Bu kimi əlaqələr göstərir ki, Azərbaycan-Çin münasibətləri artıq təkcə iqtisadi göstəricilər üzərində qurulmur. Bu əlaqələr strateji hədəflərlə müəyyən olunur və uzunmüddətli tərəfdaşlıq üzərində formalaşır. Azərbaycanın Çində keçirilən nüfuzlu sərgilərdə mütəmadi iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir, Çin bazarında Azərbaycan məhsullarına və investisiya imkanlarına marağı artırır. Siamendə keçirilən son tədbir də göstərdi ki, Azərbaycanla Çin münasibətləri sadəcə bugünkü ehtiyacları deyil, həm də gələcək onilliklərin inkişaf perspektivlərini nəzərə alan genişmiqyaslı əməkdaşlığa doğru irəliləyir. Bu, hər iki ölkə üçün faydalı olmaqla yanaşı, bütövlükdə regionda sabitlik və yeni iqtisadi imkanlar deməkdir.

Azərbaycanla Çin arasında qurulan münasibətlər artıq sadəcə rəsmi sənədlərdən və protokollardan ibarət deyil. Burada həm maraqların real kəsişməsi, həm də gələcəyə hesablanmış iradə görünür. Azərbaycan Avrasiyanın mərkəzində yeni qovşaqlar inşa edir, Çin isə bu qovşaqları öz qlobal iqtisadi planına bağlayır. Bakı ilə Pekin arasında körpülər artıq qurulub və bu körpülərin üzərindən gələcəyin böyük karvanları keçəcək.

İslam
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Sentyabr 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri