Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə çətin dövr arxada qalıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
“Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə çətin dövr arxada qalıb desək yanılmarıq. Bayden-Blinken hakimiyyəti Azərbaycana qarşı çox qərəzli şəkildə ədalətsiz davrandı. Ümumiyyətlə Bayden erməni lobbisinin quluna çevrilmişdi. Məhz ona görə də 1992-ci ildə Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq senator Baydenin moderatorluğu ilə Azadlığa Dəstək Aktına ölkəmizə qarşı bədnam 907-ci düzəliş qəbul olunmuşdu və onun ləğvi müşkül məsələyə çevrilmişdir.
Tramp hakimiyyəti isə Baydendən fərqli olaraq gələcəyə ABŞ-ın milli maraqlarından baxır. Ona görə də Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla strateji tərəfdaş olmaq üzərində düşünür”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov Amerika-Azərbaycan münasibətlərindən danışarkən səsləndirib. Millət vəkili bildirib ki, iki ölkə arasında münaisibətlərin yenidən müsbət məcraya qaytarılması üçün Tramp administrasiyası ölkəsinin Azərbaycanla bağlı siyasətində düzəlişlər edir:
“Azərbaycan-ABŞ münasibətlərinin müsbət istiqamətdə inkişafı Cənubi Qafqaza davamılı sülh və əməkdaşlıq gətirir. Məhz 8 avqust Vaşintonda imzalanmış sənədlər, TRİPP layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan -ABŞ münasibətlərində yeni bir səhifənin açılışının başlanğıcı oldu”.
Azər Badamov qeyd edib ki, 8 avqustdan sonra Azərbaycan nümayəndə heyəti ABŞ-a 4 dəfə çox səmərəli səfər edib:
“O cümlədən ABŞ nümayəndə heyəti də Bakılya səfərlər etdi və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin istiqamətləri müəyyənləşdirildi. Bəli, Azərbaycan və ABŞ arasında əməkdaşlığın potensialı çox böyükdür və hesab edirəm ki, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanandan sonra ölkələrimiz arası münasibətlərdə həndəsi silsilə ilə artımlar olacaqdır”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Peskov: Moskva ilə Bakı arasındakı münasibətlərdə çətin dövr yaşanır
21 İyul 2025 14:42
Bakı Vaşinqton münasibətlərində yeni dövr
07 Avqust 2025 11:11
Peskov: Bakı ilə Moskva arasında çətin dövr keçicidir
21 İyul 2025 18:01
Vaşinqton Moskva danışıqları ilə bağlı ilk açıqlama: Çətin, amma faydalı
25 Mart 2025 13:56
Brüssel ilə Vaşinqton arasındakı çəkişmə böyüyür...
19 Fevral 2025 09:42
Baxış sayı:100
Bu xəbər 26 Yanvar 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















