Icma.az
close
up
RU
Bakı Vaşinqton münasibətlərində yeni dövr

Bakı Vaşinqton münasibətlərində yeni dövr

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Vaşinqton Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb. Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi, tərəflər arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu vurğulanıb. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi xatırladılıb.

Enerji diplomatiyasında ABŞ-ın yeri və dəstəyi

Ümummilli Lider Heydər Əliyevin yürütdüyü mükəmməl enerji diplomatiyasının ən uğurlu nəticələrindən biri ABŞ-ın enerji şirkətlərinin Azərbaycana gəlişinin təmin olunmasıdır. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”n ?? ABŞ-ın “Chevron”, “Exxon”, “Mobil” neft şirkətlərinin təmsil olunması, SOCAR-la həmin şirkətlər arasında “Abşeron”, “Naxçıvan” və “Oğuz” neft yataqlarının istismarı ilə bağlı müqavilələrin imzalanması münasibətlərdə əsaslı dönüş yaratmaqla, iqtisadi əlaqələrin inkişafına təkan vermiş oldu.

Prezident İlham Əliyevin bu uzaqgörən iqtisadi diplomatiyanı uğurla davam etdirməsi və    2006-cı ildə ABŞ-a səfər çərçivəsində səmərəli müzakirələr aparması, yeni iqtisadi-ticari-enerji anlaşmaları üzrə razılaşmlar əldə etməsi Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə yüksəltdi. Sonrakı illərdə əla?ələrin sürətlə inkişafı ölkəmizdə və regionda irimiqyaslı enerji layihələrinin həyata keçməsində Vaşinqtonun  dəstəyinin artmasın?a mühüm rol oynayıb.

Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasında hər zaman davamlı dəstək verən Amerika BTC, TANAP, TAP layihələrin?? sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizləri olmasını bəyan edərək Azərbaycanın enerji siyasətini alqışlayıb.

Siyasi, iqtisadi, təhlükəsizlik məsələlərində faydalı əməkdaşlıq Azərbaycan ABŞ-da baş verən 2001-ci il 11 ?entyabr hadisələrindən sonra aparılan  terrorizmlə mübarizədə də qətiyyətli mövqe sərgiləməklə bu koalisiyada yer alaraq öz töhfələrini verdi. Həmçinin, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması, bu hərbi birliyə inteqrasiya prosesinin sürətləndirilməsi ikitərəfli əməkdaşlığı daha da gücləndirdi. Donald Trampın birinci prezidentlik dövründə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində verdiyi dəstək Azərbaycanın ABŞ üçün önəmli strateji əməkdaş olduğunu təsdiqlədi.

Ümumiyyətlə, rəsmi Bakının yürütdüyü daxili və xarici siyasətin, həm Azərbaycan, həm də Qərb və ABŞ-ın maraq və prinsiplərinə tam cavab verməsi, Azərbaycanın Qafqaz regionunda və Xəzərətrafı bölgədə malik olduğu geostrateji mövqe və iqtisadi əhəmiyyət də əlavə olunmaqla, ABŞ-ın strateji tərəfdaşları sırasına daxil edilməsini şərtləndirən əsas amillər hesab olunur.

Ümumiyyətlə, iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə - siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə genişləndirilib və daha da inkişaf edib. Təəssüf ki, ermənipərəst kon?resmenlərin və lobbinin təsiri altında olan Bayden administrasiyasının iqtidara gəlməsindən sonra  Azərbaycan-ABŞ münasibətlərində soyuqluq yarandı. ABŞ-ın Ermənistana humanitar yardım adı altında silahlanmasına dəstək göstərməsi, göndərdiyi yardımların bir qisminin  Qarabağdakı separatçı rejimə ötürməsi və digər amillər münasibətləri kritik həddə gətirdi.

Azərbaycan-ABŞ münasibətləri üçün yeni imkanlar...

ABŞ Azərbaycanın yaxın enerji müttəfiqlərindən biridir və Qərbə nəql edilən karbohidrogen resurslarının şaxələnməsində dəstəkləyici mövqeyini nümayiş etdirib. Trampın birinci hakimiyyəti illərində ABŞ şirkətlərinin ölkəmizin enerji sektoruna sərmayə yatırımları da ümidverici olub, digər sahələrdə ABŞ Ticarət Palatasının təşviqedici rolu ilə sərmayələrin axını baş verib. Vaşinqtonun 2021-ci ildən sonrakı siyasətində müəyyən natarazlıqlar səbəbindən iqtisadi proqramlardakı hərarət sabit qalıb. Azərbaycanın ümumi iqtisadi-ticari dövriyyəsinin balansında ABŞ-ın payı 2019-cu ild? 2,3 faiz təşkil edibsə, 2023-cü ildə bu göstərici 1,7 faizə bərabər olub. Yəni keçmiş hökumətin səmərəsiz yanaşması siyasi-hüquqi münasibətlərlə yanaşı, iqtisadi-ticari templərin yüksəlişinə də mane olub.

Donald Trampın yenidən prezident seçilməsindən sonra  ABŞ və Azərbaycan arasında olan münasibətlərin də müsbət məcr?da dəyişməsi müşahidə edilməkdədir. Prezident İlham Əliyevin bir neçə dəfə vurğuladığı kimi, Trampa ümidlər böyükdür və Amerika-Azərbaycan strateji əlaqələrində yaxınlaşma mümkündür. Cari il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda dövlətimizin başçısı bildirib ki, münasibətlərimizdə yeni dövrü başlayır və ABŞ-?n Azərbaycanla güclü əlaqələrinin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir.

Yeri gəlmişkən, Donald Tramp Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanla ölkəsi arasında əlaqələrin zəngin tarixə malik olduğunu qeyd edərək bildirib ki, “Mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm”.

Vaşinqton Azərbaycanın Orta Dəhliz və yeni kommunikasiyalar quruculuğunu alqışlayır

Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır. Bu qətiyyətli siyasi kurs Vaşinqton tərəfindən yüksək dəyərləndirilir və Mikayıl Cabbarovla  Emi Karlonun görü?ündə Orta Dəhliz və müasir kommunikasiya qovş?qlarında Azərbaycanın təşəbbüskarlığına xüsusi önəm verilib.

ABŞ Azərbaycanda enerjinin yeni gündəliyi olan “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli proseslərinə də dəstək verərək  fəal əməkdaşlığa can atır. Azərbaycanın “yaşıl enerji” üzrə nəql marşrutu da Şərq-Qərb xətti üzərində qurulub ki, bu da Vaşinqtonun dəstəklədiyi enerji konsepsiyasına uyğundur. Bütün bunlar onu göstərir ki, ABŞ-ın “yaşıl enerji” proqramlarında Azərbaycanla birg? əməkdaşlığı üçün fürsət və mühit də formalaşıb.

ABŞ şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində digər sahələrə investisiya qoyması üçün də imkanlar böyükdür. Hazırda bu ölkənin qeyri-hökumət təşkilatı ???? Marşal Fondu Azərbaycanın ANAMA təşkilatına ərazilər minalardan təmizlənməsi işinə dəstək verir. Bu faktor da amerikalı şirkətlərin ərazilərin minalardan təmizlənməsindən sonra həmin torpaqlarda əsası qoyulan aqrar, aqrar-sənaye, enerji layihələrində təmsil olunmasına stimul verə bilər. Həmçinin, son aylarda Avropanın, Böyük Britaniyanın nüfuzlu şirkətləri azad edilmiş ərazilərdəki potensialı qiymətləndirərək burada icra edilən investisiya layihələrində iştirak üçün təkliflərlə çıxış etməkdədir. Xarici sərmayə?ilərin artan bu marağı və Qarabağda intensiv xarakter alan işgüza?lıq, investisiya təşəbbüskarlıqları ABŞ şirkətlərinin də xarici tərəfdaşları ilə birgə eyni cərgədə yer almasında motivasiyaedici rol oynaya bilər. Üstəlik, bərpa olunan enerji sektoruna maraq göstərən Amerika şirkətlərinin bu sahə ilə birbaşa bağlı olan sənaye sahələrində də təmsil olunması imkanları böyükdür. 

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri